Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
52 
5.15. Recurvaria nanella (Denis et Schiffermüller, 1775) Yarpaq 
güvəsi  
Güvənin  6  sinonimi  mövcuddur:  Tinea  nanella  Denis  et  Schiffer-
müller,  1775;  Tinea  pumilella  [Denis  et  Schiffermüller],  1775;  Recurvaria 
nana  Haworth,  1828;  Recurvaria  crataegella  Busck,  1903;  Recurvaria 
srataegella Busck, 1903; Recurvaria unicolor Rebel, 1927 [177].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Recurvaria nanella - Yarpaq güvəsi  
Zərərverici 
Naxçıvan 
Muxtar 
Respublikasının 
meyvəçilik 
təsərrüfatlarında  geniş  yayılaraq,  çəyirdəkli  meyvə  ağaclarından  başqa, 
tumlu  meyvə  ağaclarına  da  ciddi  zərər  verir.  Yarpaq  güvəsi  Azərbaycanda 
ilk  dəfə  muxtar  respublikanın  Ordubad  rayonunda  «qırmızı  yarpaqbükən» 
adı  ilə,  Quba-Xaçmaz  bölgəsində  və  sonra  isə  Kiçik  Qafqazın  meyvəçilik 
rayonlarında qeydə alınmışdır. Onun bioekoloji xüsusiyyətləri və təsərrüfat 
əhəmiyyəti haqqında Z.M.Məmmədovun işində geniş məlumat verilir [94, s. 
37-39].  
Kəpənyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları 
açıq qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə 
rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla 
qəhvəyi  rəngdədir.  Yarpaq  güvəsi  ikinci  yaş  tırtıl  mərhələsində  hörümçək 
toruna  bənzər  baramacıq  içərisində,  ağacların  qabıq  yarıqlarında  qışlayır. 


 
53 
Qışlama  yerlərindən  yazda,  mart  ayının  axırları,  aprel  ayının  əvvəllərində 
çıxaraq, təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində 
qidalanırlar. Yarpaq güvəsi ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır 
və  sıradan  çıxırlar.  Belə  yarpaqlar  içərisində  tırtıl  mərhələsi  başa  çatır. 
Tırtılın  inkişafı  24-28  gün  çəkir.  Yaşlı  tırtıllar  inkişafını  başa  vurduqdan 
sonra  cavan  zoğların  üzəri  ilə  hərəkət  edərək,  ağacın  gövdəsinin  qabıq 
yarıqlarına girir və orada ağ baramacıq içərisində puplaşırlar. Pup mərhələsi 
20-25  gün  çəkir.  İlin  gəlişindən,  havanın  rütubətliyindən  və  əsasən  tem-
peraturundan  asılı  olaraq  kəpənəklərin  uçuş  müddəti  müxtəlifdir.  Kəpə-
nəklərin  pupdan  təbiətə  uçuşu,  adətən  iyun  ayının  birinci  yarısına  düşür. 
Uçuş  müddəti  iyun  ayından  avqust  ayının  ortalarınadək  davam  edir  (şək. 
5.5).  
 
Şək. 5.5. Naxçıvan Muxtar Respublikasının meyvə bağlarında Yarpaq 
güvəsinin uçuş dinamikası  
Göründüyü kimi, kəpənəklərin uçuşu muxtar respublikanın ayrı-ayrı 
yerlərində  fərqlidir,  belə  ki,  uçuş  18-22°C  temperaturda  iyun  ayının  əvvəl-
lərindən  başlayır.  Müşahidələrə  əsasən,  kütləvi  uçuş  Ordubad  rayonunda 
adətən 5 iyulda, Şahbuz rayonunda 15 iyulda, Şərur rayonunda isə 10 iyulda 
baş  verir.  Hər  bir  rayonda  uçuş  avqust  ayının  ortalarında  qurtarır.  Uçuş 
müddəti  70-75  gün  çəkir.  Yumurtaqoyma  iyun  ayının  axırında  başlayır  və 
iyul ayının əvvəlində (6-8 gün) qurtarır. Bir dişi fərd yarpaqların alt səthinə, 
bəzən də zoğlar üzərinə  120-130  ədəd  yumurta qoyur. 10-15  gündən sonra 
yumurtalardan  tırtıllar  çıxır  və  qidalanırlar.  Qidalanma  müddəti  65-75  gün 
çəkir. Bundan sonra onlar qışlamaya gedirlər. İldə bir nəsil verir. Aparılan 


 
54 
hesablamalara görə,  yarpaq güvəsi ərik ağacına 30-35%, gavalıya 20-25%, 
şaftalıya  isə  10-18%  zərər  verir. 
Muxtar  respublikanın
  bağlarında  yarpaq 
güvəsinin 10 növ entomofaqı aşkar edilmişdir (cədvəl 6.1).  
 
 
5.16. Spilonota ocellana (Denis et Schiffermüller, 1775) - Tumur-
cuq fırfırası  
 
Növün 7 sinonimi: Tortrix ocellana [Denis et Schiffermuller], 1775; 
Spilonota ocellana centralasiae Obraztsov, 1949; Tortrix comitana Hubner, 
[1796-1799];  Pyralis  luscana  Fabricius,  1794;  Penthina  occulana  Harris, 
1862;  Hedya  pyrifoliana  Clemens,  1860;  Tmetocera  zellerana  Borgmann, 
1895 mövcuddur [178].  
Naxçıvan 
Muxtar Respublikasında 
geniş yayılmaqla çəyirdəkli meyvə 
ağaclarına, o cümlədən əriyə, şaftalıya, gavalıya və alçaya ciddi zərər verir. 
Kəpənəyin  qanadları  açılmış  halda  ölçüsü  14-18  mm-dir.  Ön  qanadları  ağ-
sarımtıl  olmaqla  kənarlarına  yaxın  parlaq  gözcük  yerləşir.  Tırtılı  boz-
qəhvəyi  rəngdə  olub,  9-12  mm-dir.  Pupu  açıq-qəhvəyidir,  uzunluğu  7-10 
mm-dir. Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı ara-
sında  ağ  baramacıq  içərisində  qışlayır.  Yazda  aprel  ayının  axırlarında 
havanın orta temperaturu 10-12
0
C olduqda qışlama yerlərindən çıxan tırtıllar 
əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi 
ilə  qidalanırlar.  Qışlamadan  çıxan  tırtılların  qidalanması  15-20  gün  çəkir. 
May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə tırtıllar budaqların 
qabığı  altında,  bəzən  də  bir  neçə  yarpağın  saplaqlarının  birləşdiyi  yerdə, 
möhkəm  hörülmüş  ağ  barama  içərisində  puplaşırlar.  Pup  dövrü  12-15  gün 
çəkir.  İyun  ayının  birinci  ongünlüyündə  puplardan  kəpənəklər  çıxmağa 
başlayır (Şək. 5.6).  
 
Şək. 5.6. Naxçıvan 
Muxtar Respublikasının 
meyvə bağlarında Tumurcuq 
fırfırasının uçuş dinamikası  


 
55 
Göründüyü  kimi,  kəpənəklərin  uçuş  müddəti  ayrı-ayrı  illərdə 
rayonlar  üzrə  dəyişilir.  Müşahidələr  göstərmişdir  ki,  bəzi  illərdə  (2005  və 
2007-ci  illər)  təbiətdə  kəpənəklərin  sayı  az  olmuşdur.  Bu  illərdə  muxtar 
respublikanın  rayonlarında  kəpənəklərin  uçuşu  hər  üç  rayonda  iyun  ayının 
birinci  və  ikinci  ongünlüyünə  təsadüf edir. Rayonların  dəniz səviyyəsindən 
hündürlüyünü  nəzərə  alsaq  uçuşun  müddəti  Ordubad  rayonunda  80  gün, 
Şahbuz  rayonunda  60  gün,  Şərur  rayonunda  isə  70  gün  olmuşdur.  Qeyd 
olunmuşdur ki, bölgənin dağlıq hissələrində kəpənəklərin uçuşu iyul ayının 
axırında başa çatır. Kəpənəklər yumurtalarını tək-tək yarpağın alt hissəsinə 
qoyurlar.  Bizim  müşahidələrə  əsasən  isə  muxtar  respublikada  bir  dişi  fərd 
160-165  ədəd  yumurta  qoyur.  Qoyulmuş  yumurtalardan  8-12  gün  sonra  I 
nəslin  tırtılları  çıxmağa  başlayır.  Tırtıllar  ilk  əvvəl  bir  neçə  yarpağı  ifraz 
etdikləri  saplarla  birləşdirərək  onların  arasında  yaşayır  və  yarpağın  lətli 
hissəsi  ilə  qidalanırlar.  Bəzən  meyvələri  də  zədələyirlər.  Tırtılların 
qidalanma  müddəti  avqust  ayının  axırı  və  sentyabr  ayının  ortalarında  başa 
çatır.  Bu  müddət  ərzində  tırtıllar  3-4-cü  yaşa  çataraq  qışlamaya  gedirlər. 
Onlar  ağacların  gövdə  qabıqları  altında  qışlayırlar.  Naxçıvan 
Muxtar 
Respublikası
 şəraitində ildə bir nəsil verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Spilonota ocellana - Tumurcuq fırfırası  
Tumurcuq  fırfırasının  entomofaqlarını  aşkar  etmək  məqsədilə  onun 
600  tırtılını  və  400  pupunu  şüşə  qablarda  bəsləyərək  onlardan  neçəsinin 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə