Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
62 
50-250 ədəd yumurta qoya bilir. 8-10 gündən sonra yumurtadan kiçik yaşlı 
tırtıllar  çıxmağa  başlayır.  Onlar  ağacların  cavan  zoğlarının  içərisinə  daxil 
olur,  orada  10-25  gün  qidalanaraq  4-5-ci  yaş  dövrünə  çatır  və  puplaşırlar. 
25-30  gündən  sonra  puplardan  yeni  nəslin  kəpənəkləri  çıxır.  Şərq  meyvə-
yeyəninin  bir  nəslinin  inkişafı  30-45  gün  çəkir.  İqlim  şəraiti  ilə  əlaqədar 
olaraq  zərərverici  bir  ildə  6-7  nəsil  verir.  Ədəbiyyat  məlumatlarına  əsasən, 
ABŞ-da 4-5 nəsil, Yaponiyada 4 nəsil, Fransada 4-6 nəsil, keçmiş Sovetlər 
İttifaqında  4-5  nəsil,  Azərbaycanda  isə  Quba-Xaçmaz  bölgəsində  4  nəsil, 
Şəki-Zaqatala bölgəsində 4-5 nəsil verir [29,30,129]. 
 
Aparılan hesablamalara əsasən, şərq meyvəyeyəninin tırtılları heyva 
və  ərik  ağaclarına  45-50%,  tezyetişən  şaftalı  sortlarına  28-36%,  gecyetişən 
şaftalı  sortlarına  50-60%,  heyva  ağacına  isə  80-90%  zərər  verir.  İlk  dəfə 
olaraq  tərəfimizdən  şərq  meyvəyeyəninin  12  növ  entomofaqı  aşkar 
edilmişdir (cədvəl 6.1).  
 
5.20.  Euproctis  (Euproctis)  chrysorrhoea  (Linnaeus,  1758)  - 
Qızılqarın kəpənək  
Növün  2  sinonimi  mövcuddur:  Nygmia  phaeorrhoea  (Donovan, 
1813); Phalaena chrysorrhoea Linnaeus, 1758 [182].  
Bu  kəpənək  əsasən  ağ  rənglidir.  Qanadları  açılan  zaman  32-40  mm 
böyüklükdə olur. Bəzi hallarda ön qanadları üzərində olduqca kiçik miqyaslı 
qara nöqtələrə də təsadüf olunur. Dişi fərdlərin qarıncığı nahiyyəsində qızılı 
rəngdə  topa  halında  tükcük  vardır  ki,  kəpənək  də  öz  adını  buradan  götür-
müşdür.  Bığcıqlar  lələkvaridir.  Yumurtası  girdə,  sarımtıl-ağ  rənglidir.  Onu 
yarpağın  üzərinə  qoyarkən  kəpənək  yarpaq  səthini  qarıncığı  nahiyəsindəki 
tükcüklərlə örtür.  
Tırtılı qonur-qara və ya bozumtul qəhvəyi rəngdə olmaqla 25-40 mm 
uzunluqda olur. Hər bir buğumu üzərində iki qırmızı ziyilcik vardır. Həmin 
ziyilcik  üzərində  topa  halında  tükcüklər  vardır.  Tırtılların  yan  tərəfindən 
qırıq  xətlərdən  ibarət  ağ  zolaq,  beli  üzərindən  isə  iki  qırmızı-qonur  zolaq 
uzanır.  9-10-cu  buğumların  hər  birində  başqa  ziyilciklərdən  fərqlənən,  bir 
cüt açıq-qırmızı rəngli ziyilcik vardır.  
 
 
 
 
 
 


 
63 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Euproctis chrysorrhoea - Qızılqarın kəpənək  
Bu  zərərverici  bəzi  illərdə  dağlıq  və  dağətəyi  ərazilərdəki  bağlarda 
kütləvi çoxalıb çəyirdəkli meyvə (ərik, şaftalı, gavalı və s.) ağaclarına zərər 
verir. Qızılqarın kəpənək ikinci və üçüncü yaşda tırtıl mərhələsində qışlayır. 
Qışlama  tırtılın  ifraz  etdiyi  hörümçək  sapı  vasitəsilə  birləşmiş  bir  neçə 
yarpağın (5-7 ədəd və daha çox) daxilində, daha doğrusu, tırtılın düzəltdiyi 
«qış  yuvası»  daxilində  gedir.  Bu  yarpaq  komaları  (qış  yuvaları)  sap 
vasitəsilə  budaqlara  möhkəm  birləşdirilir.  Hər  bir  yuvada  200-300-ə  qədər 
tırtıl ola bilir.  
Erkən yazda, havaların qızması ilə əlaqədar olaraq tırtıllar qış yuva-
larından  çıxıb,  ətraf  budaqlara  daraşır  və  yenicə  şişməyə  başlamış  tumur-
cuqlarla  qidalanırlar.  İlk  zamanlar  onlar  yuvalardan  yalnız  gündüzlər  çıxır 
və axşamlar yenidən yuvaya qayıdırlar. Havalar qızdıqdan sonra isə tırtıllar 
yuvaları tərk edir. Tumurcuqlarla qidalanan tırtıllar yarpaqlar əmələ gəldik-
dən  sonra  onlara  keçir  və  yarpaqların  çox  hissəsini  yeyirlər.  Yeyilmiş  yar-
paqlarda  əksər  hallarda  yalnız  mərkəzi  damar  qalır.  Tırtılın  qidalanması 
təxminən  6-7  həftə  çəkir.  4-5  dəfə  qabıq  dəyişərək,  5-6  yaş  dövrü  keçirir. 
Bundan sonra onun inkişafı bitir və hazırladığı barama içərisində yarpaqlar 
arasında  puplaşır.  Puplaşma  20-22°C  temperaturda  iyun  ayının  birinci 
yarısında  başlanır  və  30-35  gün  çəkir.  Pupun  inkişafı  14-16  gün  çəkir. 
Bundan sonra, iyul ayının əvvələrində onlardan kəpənəklər uçmağa başlayır 
(şək. 5.9).  


 
64 
 
Şək. 5.9. Ordubad və Şahbuz rayonlarında Qızılqarın kəpənəyin və  
Tək ipəksarıyanın uçuş dinamikası 
 
Uçuş iyul  ayının  əvvəllərindən başlayaraq avqustın  ortalarına qədər 
davam  edir.  Kəpənəklərin  uçuşu  28-30  gün  çəkir.  Kütləvi  uçuş  isə,  18-27 
iyulda baş verir. Kəpənəklər əsasən gecələr uçur, onlar əlavə olaraq qidalan-
mır,  uçuşduqdan  3-5  gün  sonra  cütləşib,  yumurta  qoyurlar.  Yumurta  yar-
paqların  alt  tərəfində  topa  halında  qoyulur,  üzəri  qızılı  rəngdə  tükcüklərlə 
örtülür.  Hər  bir  yumurta  topasında  300-ə  qədər  yumurta  ola  bilir.  Yumur-
tanın inkişafı 15-20  günə başa çatır. Sonra onlardan kiçik tırtıllar  çıxmağa 
başlayırlar.  Bu  tırtıllar  22-26  gün  ərzində  inkişaf  edir  və  yarpaqlarla  qida-
lanırlar. Onlar yalnız yarpaq ayalarını xaricdən gəmirir, beləliklə yarpaqları 
skeletləşdirirlər.  İnkişaf  etmiş  tırtıl  5-6-cı  yaşa  çatır.  Tırtıl  bir  yarpağı 
digərinin üzərinə çəkib, onları torla birləşdirir, qış yuvası düzəldir və onların 
içərisində də qışlayır. İldə bir nəsil verir (cədvəl 5.3).  
Qızılqarın  kəpənək  meyvə  ağaclarının  əksəriyyətinə  zərər  verə  bilir. 
Belə  ki,  ərik  ağacına  25-30%,  gavalıya  18-23%,  şaftalıya  isə  5-10%  zərər 
yetirir.  Zədələnmiş  ağaclar  nəinki  cari  ildə,  sonrakı  ildə  də  məhsulun  xeyli 
hissəsini itirir. Kütləvi halda çoxaldıqda isə ərik ağacına 50-60% zərər vurur.  
Naxçıvan 
Muxtar  Respublikası
  şəraitində  qızılqarın  kəpənəyin 
sayının  biotənzimlənməsində  15  növ  parazit  və  yırtıcı  fəaliyyət  göstərir 
(cədvəl 6.1).  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə