Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
89 
parazitinin  birinci  nəsli  sahibin  2  və  3-cü  yaş  tırtıl  mərhələsini  yazda  45-
50%,  yay  aylarında  isə  60-70%  yoluxdurur.  Makrosentrus  cinsinə  mənsub 
olan növlər bilavasitə böcəklərin, kəpənəklərin və milçəklərin paraziti hesab 
edilirlər.  
Laboratoriya  şəraitində  aparılan  müşahidə  və  təcrübələrə  əsasən, 
parazitin bədəni sarımtıl-qəhvəyi rəngdə olub, uzunluğu 11-12 mm-dir. Bığ-
cıqları  bədən  ölçüsündən  uzundur.  Yumurtası  oxlovşəkilli  -  uzunsov    olub 
1-mm  uzunluğundadır.  İnkişaf  müddətində  yumurta  daxilində  bölünmə 
gedir  və  bir  neçə  embrion  əmələ  gəlir.  Bu  embrionlardan  yalnız  bir  sürfə 
inkişaf  edir.  Sürfə  ayrı-ayrı  seqmentlərdən  ibarət  olub  baş  və  döş  hissəyə 
ayrılır.  Sürfənin  rəngi  açıq-qəhvəyi  rəngdə  olub,  4-5  mm  uzunluğundadır. 
Parazitin  inkişafı  tırtılın  bədən  daxilində  gedir.  Daxili  qidalanmadan 
qurtarmazdan  əvvəl  sürfə  tırtılın  bədəninin  üst  hissəsinə  hərəkət  edir  və  o 
vaxtacan tırtılın bədən daxilini sormaqla qidalanır ki, sahib tamamilə məhv 
olur,  tırtılın  yalnız  baş  kapsulu  qalır.  Qidalanma  qurtardıqdan  sonra 
parazitin  sürfəsi  qəhvəyi  rəngdə  barama  düzəldərək  onun  içərisində 
puplaşır. Şəffaf baramanın içərisində pup aydın görünür. 5-6 gündən sonra 
baramanın ön hissəsindən deşiklər açılır və təbiətə uçur. Puplardan uçuş 10-
12  gün  çəkir.  Parazitlər  pupdan  çıxan  günü  də  cütləşməyə  başlayırlar  və 
ertəsi gün yumurta qoyurlar. Yumurtalar tırtıl bədəninin daxilinə qoyulur.  
 
 
 
 
 
 
 
 
 
 
Macrocentrus bicolor 
Makrosentrus  sürfə  mərhələsində  şərq  meyvəyeyəninin  qışlayan 
tırtıllarının  bədəninin  daxilində  qışlayır.  Mart  ayının  əvvəllərində  qışla-
madan çıxan tırtılın bədən daxilində (mikroskop altında yarıldıqda) parazitin 
ikinci yaş sürfəsinə təsadüf edilir. Parazitin qışlayan nəslinin sürfəsi tırtılın 
bədəni  üzərində  o  vaxta  kimi  inkişaf  edir  ki,  yaşlı  fərdlər  əmələ  gəlir,  bu 
müddət isə şərq meyvəyeyəninin birinci nəslinin tırtıllarının inkişaf mərhə-
ləsinə  təsadüf  edir.  Makrosentrusun  yumurtaqoyma  davranışı  üzərində 


 
90 
müşahidələr apararkən müəyyən olunmuşdur ki, parazit yumurta qoymazdan 
əvvəl, heyva ağacının zoğları üzərində aktiv hərəkət etməklə, bığcıqları ilə 
yoxlayır, nəhayət, sahibin tırtılını tapır və onun bədəninə yumurtasını qoyur. 
Parazit  ən  çox  birinci  və  ikinci  yaşlı  tırtılları  yoluxdurur.  Bir  dişi  fərd,  bir 
gündə 20-24 yumurta qoyur. Ümumiyyətlə, 500-550 ədəd yumurta qoymağa 
qabildir. Dişi fərd yumurta qoymaq üçün gündəlik orta temperatur 20-25
0
C, 
nəmişlik  isə  70-80%  olduqda  xüsusi  aktivlik  göstərir.  Temperaturdan  asılı 
olaraq  parazitin  birinci  nəslinin  inkişafı  26-30  gün  çəkməklə,  şərq 
meyvəyeyəninin birinci nəslinin inkişafı ilə sinxronluq təşkil edir.  
Parazitin  şərq  meyvəyeyəninin  biotənzimlənməsində  yüksək  fəaliy-
yətini  nəzərə  alaraq,  ABŞ  və  Kanadada  onun  laboratoriyada  çoxaldılıb, 
meyvə bağlarına buraxılması həyata keçirilir. Beləki, hər il bir hektar meyvə 
bağına  1000-1100  ədəd  makrosentrus  paraziti  buraxılır.  Bunun  nəticəsində 
şərq  meyvəyeyəninin  sayı  aşağı  düşməklə,  meyvələrin  yoluxması  60-80% 
azalır.  
Respublikamızda  da  makrosentrus  parazitindən  geniş  miqyasda 
istifadə etmək məqsədilə, onun laboratoriya şəraitində artırılma yolları araş-
dırılır.  
 
6.2.4. Diadegma armillata (Gravenhorst, 1829)  
Növün Diadegma pseudocombinatum (Szepligeti, 1916); Diadegma 
tibiale (Gravenhorst, 1829) kimi sinonimləri var [190].  
Naxçıvan 
Muxtar  Respublikasının
  bağ  aqrosenozlarında  çəyirdəkli 
meyvə zərərvericilərinin sayının bioloji tənzimlənməsində əsas rol oynayan 
bu  parazit,  Ichneumonidae  fəsiləsindən  olan  Nitobia  cinsinə  aid  növlər 
kompleksinə  mənsubdur.  Məlum  olmuşdur  ki,  bu  cinsin  nümayəndələri 
arasında ən səmərəli parazit hesab ediləni  Diadegma armillata-dır. Zolaqlı 
meyvə  güvəsinin  (Anarsia  lineatella  Zeller,  1839)  kiçik  yaşlı  tırtıllarını, 
meyvə  güvəsinin  (Yponomeuta  padella  (Linnaeus,  1758))  və  yarpaq 
güvəsinin  Recurvaria  nanella  (Denis  et  Schiffermüller,  1775)tırtıl  və 
puplarını yoluxdurur. Parazit yumurtasını sahibin bədən daxilinə qoyur.  
 
 
 
 
 
 
 
 
Diadegma armillata 


 
91 
Bölgənin bağlarında meyvə güvəsinin ən effektli parazitlərindən biri 
hesab olunur. Alma güvəsinin (Yponomenta malinellus, Zell.) paraziti kimi 
Azərbaycanda,  o  cümlədən 
Muxtar  respublikada
  ilk  dəfə  Z.M.Məmmədov 
[94,  s.  199]  tərəfindən  qeydə  alınmışdır.  Şahbuz,  Ordubad,  Culfa,  Babək, 
Kəngərli  və  Şərur  rayonlarının  meyvə  bağlarında  apardığımız  çoxillik 
müşahidələrə  əsasən,  parazitin  təbiətdə  uçuşu  aprel  ayının  axırı  və  may 
ayının ikinci yarısına təsadüf edir ki, bu müddət meyvə güvəsinin ağaclarda 
(ərik  və  gavalı)  ilk  kiçik  yaşlı  tırtıllarının  görünməsi  vaxtıdır.  Parazitlərin 
yoluxmuş  meyvə  güvəsi  tırtıllarından  uçuş  dinamikasından  aydın  olur  ki, 
parazitlərin kütləvi uçuşu may ayının axırlarında və iyun ayının ortalarında 
baş verir (şəkil 6.1).  
 
Şək. 6.1. Ordubad meyvə bağlarında Diadegma armillata parazitinin Meyvə 
güvəsinin tırtıllarından uçuş dinamikası  
Parazitin biologiyasına dair apardığımız tədqiqatdan aydın olmuşdur 
ki,  parazit  imaqo  mərhələsində  qışlayır.  Yazda  qışlamadan  çıxan  parazitlər 
2-3  gün  cütləşdikdən  sonra  meyvə  güvəsinin  2  və  3-cü  yaşlı  tırtıllarının 
bədəni daxilinə bir ədəd yumurta qoymaqla onları yoluxdurular. 3-5 gündən 
sonra,  yoluxmuş  tırtılın  bədəninin  arxa  hissəsində  parazitin  kiçik  yaşlı 
sürfəsi  görünməyə  başlayır.  5-6  gündən  sonra  sürfə  ikinci  və  ücüncü  yaşa 
keçir  və  güvə  tırtılının  bədəndaxili  möhtəviyyatı  ilə  qidalanaraq  onun  baş 
hissəsinə tərəf hərəkət edir. Təqribən 8-10 saatdan sonra sürfə tırtılın bədən 
daxilindən  çıxır  və  onun  baş  qabığı  üzərində  puplaşır.  Parazitin  sürfə 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə