Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
86 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bracon hebetor 
Muxtar  respublikanın  meyvə  bağlarında  ayrı-ayrı  rayonlar  üzrə 
zərərvericilərin  Bracon  hebetor  Say  1836  paraziti  ilə  yoluxma  dərəcəsinə 
aid aparılan hesablamalar (cədvəl 6.2) göstərmişdir ki, Ordubad rayonunda 
meyvə  güvəsi  tırtılları  11,3-12,9%,  zolaqlı  meyvə  güvəsi  tırtılları  isə  30,7-
30,8%; Şahbuz rayonunda meyvə güvəsi tırtılları 11,1-11,5%, zolaqlı meyvə 
güvəsi isə 24,1-24,7% yoluxduğu halda, Şərur rayonunda isə meyvə güvəsi 
11,5-13,7%, zolaqlı meyvə güvəsi 20-20,1% yoluxmuşdur.  
Ümumiyyətlə, muxtar respublika üzrə meyvə güvəsi 11,1-13,7%, zo-
laqlı  meyvə  güvəsi  isə  20-30,7%  parazitlə  yoluxmuşdur.  Digər  hesabla-
malara  görə,  gavalı  meyvəyeyəni  və  şərq  meyvəyeyəninin  tırtıllarının  hər 
biri ayrı-ayrılıqda 12-13% Bracon hebetor-la yoluxurlar.  
Göründüyü  kimi,  meyvə  bağlarında  Bracon  hebetor-un  təsərrüfat 
əhəmiyyətini  nəzərə  alıb,  onun  bağlarda  çoxalıb  artması  üçün  geniş  təd-
qiqatlar aparılmalıdır.  
6.2.2. Meteorus versicolor (Wesmael, 1835)  
Növün  6  -  Meteorus  hartigi  Shenefelt,  1969;  Meteorus  ikonomovi 
Fischer,  1959;  Meteorus  decoloratus  Ruthe,  1862;  Meteorus  rugator 
(Ratzeburg, 1852); Meteorus unicolor (Hartig, 1838); Meteorus bimaculatus 
(Wesmael, 1835) kimi sinonimiləri var [188].  


 
87 
Meteorus  paraziti  meyvə  zərərvericilərinin  təsərrüfat  əhəmiyyətli 
parazitlərindən biridir. O, zolaqlı meyvə  güvəsi, tumurcuq fırfırası, qızılgül 
yarpaqbükəni  və  yemişan  kəpənəyinin  tırtıllarını  yoluxdurur.  Yaşadığı 
müddətdə  isə  2000-ə  qədər  yumurta  qoya  bilir.  Yumurtalar  tək-tək  tırtılın 
bədən  daxilinə  qoyulur.  Tırtıl  4-cü  və  5-ci  yaşa  çatdıqda  parazit  sürfəsinin 
inkişafı  başa  çatır.  İnkişafını  başa  vurmuş  sürfələr  sahibin  dəri  örtüyünü 
deşərək onun bədən səthinə çıxır və burada barama sarıyırlar. Onlar pambıq 
topasına  bənzər  sarı  topadan  ibarət  örtük  əmələ  gətirirlər.  Bu  örtüyün 
içərisində hər bir sürfə kiçik baramacıq düzəldir. Meteorus həm pup halında, 
həm də axırıncı yaş sürfə mərhələsində qışlayır. Birinci nəslin yaşlı fərdləri 
(imaqo)  aprelin  ikinci  ongünlüyündə  və  mayın  əvvəlində  uçurlar.  İkinci 
nəslin  uçuşu  isə  iyunun  əvvəlində  başlayır.  Müşahidələr  göstərir  ki,  birinci 
nəslin  yaşlı  fərdləri  adətən  yemişan  kəpənəyinin  tırtıllarını  60-80% 
yoluxdururlar.  Meteorusun  sonrakı  nəsilləri  meyvə  zərərvericilərindən 
zolaqlı  meyvə  güvəsini  10-12%,  tumurcuq  fırfırasını  8-10%  və  qızılgül 
yarpaqbükənini 6-8% yoluxdurur.  
 
 
 
 
 
 
 
 
 
Meteorus versicolor 
Aprelin  ikinci  ongünlüyündə  və  axırında  bağlarda  qışlama  ilə  əla-
qədar olaraq (2008-ci ildə qış çox sərt olmuşdur) çox az miqdarda rast gəli-
nir, beləki, 5 dəfə sıyrılan entomoloji torbaya 10-12 ədəd parazit düşmüşdür. 
Meteorusun qışlaması ilə əlaqədar olaraq tırtılların yoluxma faizi də az olur 
(10-12%).  Bundan  əlavə,  müşahidələr  göstərmişdir  ki,  parazitlərin  tırtılları 
yoluxdurma  faizi  ayrı-ayrı  illərdə  iqlim  şəraitindən  və  zərərvericinin  aqro-
senozda olan miqdarından çox asılıdır. Meyvəçilik təsərrüfatlarında və şəxsi 
həyətyanı  sahələrdə  aparılan  müşahidələrə  əsasən  müəyyən  edilmişdir  ki, 
meteorus  paraziti  ildə  3  nəsil  verir  ki,  bu  nəsillərin  ikisi  çəyirdəkli  meyvə 
zərərvericilərinin  tırtılları  üzərində  inkişaf  edir.  Zərərverici  fərdləri  yazda, 
may ayının axırları və iyun ayının əvvəlləri meyvə və yarpaqların üzərində 
tırtılların  yumurtadan  çıxmasına  10-12  gün  qalmış  görünürlər.  Bu  vaxt 
sahibin  yarpaqlar  üzərində  mayalanmış  yumurtası  olur.  Yumurtadan  çıxan 


 
88 
ilk tırtıllar parazit tərəfindən yoluxur. Parazitlərin inkişafı iyunun əvvəlində 
başa  çatır.  Bununla  bağlı,  meteorusun  fəaliyyətində  nektarlı  bitkilərin  rolu 
öyrənilmişdir.  Beləki,  onlar  yonca,  şüyüd  və  s.  nektarlı  bitkilərlə  qidalan-
dıqda onlarda nəsilvermə qabiliyyəti yüksək olur və sahibin sayının tənzim-
lənməsində  əhəmiyyətli  dərəcədə  rol  oynayırlar.  Meyvə  bağlarında  onların 
əlavə qidalanmaları üçün yem bazası olduqda, onlar daha fəal olurlar, yem 
bazası  olmadıqda  onların  sahibi  yoluxdurma  faizi  də  aşağı  olur.  Digər 
tərəfdən, zərərvericilərə qarşı bağlarda aparılan kimyəvi mübarizə tədbirləri 
isə onların fəaliyyətinə mənfi təsir göstərir.  
6.2.3. Macrocentrus bicolor Curtis, 1833  
Növün  2:  Macrocentrus  gracilipes  Telenga,  1935;  Macrocentrus 
limbator (Ratzeburg, 1848) sinonimləri var [189].  
Şərq meyvəyeyəninin əsas parazitlərindən biri hesab edilir. Ədəbiy-
yat məlumatlarına görə, şərq meyvəyeyəni ABŞ-a introduksiya olunduqdan 
sonra, yerli entomofaqlar onun sayının azalmasında mühüm rol oynayıblar. 
Araşdırmalara  əsasən,  Fransa  və  İtaliyada  həmin  zərərvericinin  30  növ, 
Avstraliyada 10 növ, Yaponiya və Koreyada 61 növ, ABŞ və Kanadada 130 
növ entomofaqla yoluxduğu qeyd edilir [92, s. 182-185].  
Azərbaycanda  aparılan  çoxillik  tədqiqatlara  əsasən  müəyyən  edil-
mişdir  ki,  respublikada  şərq  meyvəyeyəninin  biotənzimlənməsində  Zarqa-
nadlılar  (Hymenoptera)  dəstəsinə  mənsub  olan  22  növ  parazit-Ichneu-
monidae-Glypta  rufoscutellata  Cress.,  Pristomerus  vulnerator  Grav., 
Liotryphon  punctulatus  Ratz.,  Netelia  fuscicornis  Holmgr.,  Scambus 
calabata Grav.; BraconideMacrocentrus ancylivorus Roh., M. delicatulus 
Cress.,  M.  instabilis  Mucs.,  M.  collaris  Spin.,  Bracon  hebetor  Say.,  B. 
intercessor  Nees.,  Orgilus  laevigator  Nees.,  Microdus  rufipes  Nees., 
Ascoqaster  quadridentata  Wesm.;  Chalcidoidae-  Brachymeria  intermedia 
Nees.; TetrastichidaeTetrastichus sp.; TrichoqrammatidaeTrichoqramma 
minitum  Ril,  T.  palluta  Meger.,  T.  cacoeciaMarch.;  Larvaevoridae-  Arrhi-
nomyia  innoxia  Mg.,  Tachina  praeceps  Mg.  fəaliyyət  göstərir.  Müəyyən 
edilmişdir ki,  adları  çəkilən parazitlər içərisində  Macrocentrus ancylivorus 
Roh.  şərq  meyvəyeyəninin  sayının  tənzimlənməsində  mühüm  rol  oynayır 
[53].  
Ədəbiyyat  məlumatlarına  əsasən  bu  növ  1965-1967-ci  illərdə 
Kanada və ABŞ-dan Rusiyaya introduksiya edilmiş və şərq meyvəyeyəninə 
qarşı bioloji mübarizədə istifadə olunmuşdur [92, s. 160-172].  
Parazitin  yetkin  fərdləri 
muxtar  respublikanın
  Ordubad,  Şahbuz  və 
Şərur  rayonlarında  şaftalı  və  heyvanın  ciddi  zərərvericisi  olan  şərq 
meyvəyeyəninin  tırtıl  mərhələsindən  alınmışdır.  Babək  rayonunun 
Zeynəddin  kəndində  aparılan  hesablamalara  əsasən,  makrosentrus 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə