Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
95 
Ədəbiyyat  məlumatlarına  əsasən,  skambus  bir  çox  zərərli  həşərat-
ların, xüsusən kəpənəklərin paraziti hesab edilir [87, s. 204-211].  
Laboratoriya  şəraitində  22-24
0
C  temperaturda  şəkər  şirəsi  ilə  qida-
landırıldıqda  12-16  gün  yaşayırlar,  qidalanmadıqda  isə  3-4  gündən  sonra 
ölürlər.  Parazitin  təsərrüfat  əhəmiyyəti  olduqca  böyükdür.  Onun  təbiətdə 
qorunması vacib məsələlərdən biridir.  
 
6.2.6. Ageniaspis fuscicollis (Dalman, 1820)  
Aqeniaspis bu növünün 7 sinonimi: Ageniaspis praysincola Silvestri, 
1907;  Encyrtus  cyanocephalus  Goureau,  18474;  Encyrtus  cyanocephalus 
(Bouche,  1834);  Pteromalus  cyanocephalus  Bouche,  1834;  Holcothorax 
fuscicollis  (Dalman,  1820);  Ageniaspis  (ageniaspis)  fuscicollis  (Dalman, 
1820); Encyrtus fuscicollis Dalman, 1820 məlumdur [192].  
Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağlarında  çəyirdəkli 
meyvə  bitkilərinə  ciddi  zərərverən  meyvə  güvəsinin  -  Yponomeuta  padella 
(Linnaeus  1758)  entomofaqları  içərisində  ageniaspis  paraziti  yüksək 
dərəcədə  təsərrüfat  əhəmiyyətinə  malikdir.  Belə  ki,  ərik,  alça,  şaftalı, 
badam,  gavalı  və  albalı  yarpaqları  üzərindən  götürülmüş  hər  100  tırtıldan 
25-35-i Ageniaspis paraziti ilə yoluxmuş olur. Bəzən bu rəqəm 40-50 ədədə 
çatır.  
Ədəbiyyat  məlumatlarına  əsasən,  Ageniaspis  paraziti  kəpənəklər 
(Lepidoptera)  dəstəsinin  sincababənzər  güvələri  (Yponomeutidae)  fəsilə-
sindən olan növlərin məxsusi parazitidir [104, s. 181-206].  
Muxtar  respublika 
bağlarında  aparılan  müşahidələrə  və  entomoloji 
torba  ilə  nektarlı  bitkilər  üzərində  yığılan  materiallara  əsasən,  Ageniaspis 
fuscicollis  (Dalman,  1820)  təbiətdə  iyun  ayının  əvvəllərindən  iyul  ayının 
əvvəllərinədək  görünməyə  başlayır.  Parazitlərin  kütləvi  uçuşu  meyvə 
güvəsinin yumurta qoyma vaxtına təsadüf edir. Uçuşun 2 və 3-cü günü cüt-
ləşməyə başlayırlar. Cütləşdikdən 2  gün sonra parazitlər  yumurta qoymağa 
başlayırlar.  Ageniaspis  fuscicollisyumurtasını  zərərvericinin  qalxancıq  al-
tında olan yumurtası daxilinə qoyur. Bir parazit qalxancıq altında olan 25-55 
zərərverici  yumurtasını  yoluxdurur. İyul  ayının axırı  avqust ayının  əvvəllə-
rində  meyvə  güvəsi  yumurtalarından  tırtıllar  çıxmağa  başlayir.  Avqust 
ayının ortalarından yoluxmuş kiçik yaşlı tırtıllar qışlamağa gedirlər. Beləki, 
qışlama müddətində parazitin yumurtası da tırtılın bədən daxilində qışlayır. 
Yazda  tırtıllar  (tək-tək)  qışlama  yerlərindən  çıxıb  ərik  yarpaqları  ilə  qida-
lanırlar.  Qidalanan  tırtılların  bədən  daxilində  olan  parazit  yumurtası  bö-
lünmə  yolu  ilə çoxalaraq 60-80 rüşeym  əmələ  gətirir və bu rüşeymlər təd-
ricən inkişaf edib sürfələrə  çevrilirlər. Sürfələr 3  yaş dövrü keçirirlər. May 
ayının birinci yarısında havanın orta temperaturu 20-22
0
C olduqda tırtıl bə-


 
96 
dəninin daxilində olan sürfələr (tırtıl mikroskop altında uzununa kəsildikdə 
görünür) bir-biri ilə zəncirvari şəkildə birləşərək inkişaf edirlər. Sürfələr 3-
cü yaşa qədər tırtıl bədənində inkişaf edib, sonra ayrı-ayrılıqda puplaşmağa 
başlayırlar.  Meyvə  güvəsinin  tırtılı  başdan  axıra  kimi  parazit  pupları  ilə 
örtülmüş  olur.  Müşahidələrə  əsasən,  parazitin  postembirional  inkişafı  25 
gün, o cümlədən, sürfə mərhələsi 18-20 gün, pup mərhələsi 16-19 gün çəkir. 
Pup  mərhələsi  qurtardıqdan  sonra  parazitlər  təbiətdə  uçmağa  başlayırlar. 
Onlar nektarlı bitkilərdən şüyüd, yonca və s. qidalanırlar. İldə bir nəsil verir. 
  
 
Ageniaspis fuscicollis 
Şərqi Cənubi Qafqazda müvəffəqiyyətlə introduksiya edilmiş parazit 
təbi  şəraitə  tam  uyğunlaşmış  və  kütləvi  yayılmışdır.  Bir  çox  çəyirdəkli  və 
tumlu  meyvə  bitkiləri  zərərvericilərinin  sayının  fəal  tənzimləyicisidir  [113, 
s. 21-57].  
 
6.2.7.  Copidosoma varicorne (Nees, 1834)  
Parazit  növünün  13  sinonimi  var:  Encyrtus  variicornis,  Nees; 
Paralitomastix  batorligetensis  Erdös,  1960;  Paralitomastix  clavellatus 
Erdös,  1960;  Copidosoma  annulata  Nikol'skaya,  1952;  Paralitomastix 
gallaephila  Risbec,  1951;  Copidosoma  gallaephila  (Risbec,  1951); 
Copidosoma  sylleptae  (Risbec,  1951);  Litomastix  sylleptae  (Risbec,  1951); 
Paralitomastix  sylleptae  Risbec,  1951;  Paralitomastix  varicornis  (Nees, 
1834);  Litomastix  (paralitomastix)  varicornis  (Nees,  1834);  Encyrtus 
varicornis Nees, 1834; Paralitomastix syleptae Risbec [193].  
Parazit  muxtar  respublikanın  meyvə  bağlarında  geniş  yayılaraq 
zolaqlı  meyvə  güvəsinin  yumurtasını  yoluxdurur  və  tırtılı  daxilində 
poliembirional  inkişaf  edir.  Zərərvericini  40-45%  yoluxdurur.  Parazitin 
fərdləri  çox  böyük  həvəslə  zolaqlı  meyvə  güvəsinin  (Anarsia  lineatella 
Zeller,  1839)  yumurtalarını  yoluxdururlar.  Onun  məxsusi  parazitidir. 
Azərbaycanda ilk dəfə Dəvəçi rayonunda ot bitkiləri üzərində Z.M.Rzayeva 
tərəfindən  qeydə  alınmışdır  [114,  s.  113].  Paralitomastiks  paraziti  sürfə 
mərhələsində  zolaqlı  meyvə  güvəsinin  ikinci  nəslinin  ikinci  yaş  tırtılının 


 
97 
daxilində  qışlayır.  Yazda,  aprel  ayının  sonunda  tırtıllar  qışlama  yerindən 
çıxır və inkişaf etməyə başlayırlar. Yoluxmuş tırtılların inkişafı may ayının 
birinci  ongünlüyünədək  davam  edir.  May  ayının  20-dən  sonra  yoluxmuş 
tırtıllardan parazitlər çıxmağa başlayır (şək. 6.3).  
 
Şək. 6.3. Şahbuz rayonunun meyvə bağlarında Copidosoma varicorne 
parazitinin Zolaqlı meyvə güvəsinin qışlamış tırtıllardan  
uçuş dinamikası  
 
Bu  müddət  (mayın  axırı-iyulun  əvvəli)  zolaqlı  meyvə  güvəsinin 
yumurta qoyma vaxtına təsadüf edir ki, bu da sinxronluq adlanır. Sahib tərə-
findən  qoyulmuş  yumurtalar  parazit  tərəfindən  yoluxdurulur.  Laboratoriya 
şəraitində  (22-24
0
C  temperaturda)  sahibin  birinci  yaş  tırtılı  mikroskop 
altında yarılmış və tırtılın bədən daxilində parazit sürfələrinin (40-150 ədəd) 
bir-biri  ilə  zəncirvari  birləşməsi  müşahidə  edilmişdir.  Aydın  olmuşdur  ki, 
parazitin  sahib  yumurtası  daxilinə  qoyduğu  yumurta,  poliembirional 
bolünmə yolu ilə çoxalmışdır. Sahibin axırıncı yaşa yaxın dövründə isə tırtıl 
bədəni daxilində parazitlər artıq puplaşmağa başlamışlar. 3-5 gündən sonra, 
yəni  axırıncı  yaş  tırtılların  bədən  daxilində  puplar  görünməyə  başlayırlar. 
Bir tırtıl bədənində 40-dan 100-ə qədər pupun olduğu müşahidə edilmişdir. 
Tırtıl  üzərindəki  puplardan  parazitlərin  uçuşu  iyul  ayının  axırlarınadək 
davam  etmişdir.  Bu  müddətdə  bağlarda  zolaqlı  meyvə  güvəsinin  ikinci 
nəslinin  yumurta  qoyma  dövrü  başlayır  və  yumurtalar  parazit  tərəfindən 
yoluxur.  
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə