96
dəninin daxilində olan sürfələr (tırtıl mikroskop altında uzununa kəsildikdə
görünür) bir-biri ilə zəncirvari şəkildə birləşərək inkişaf edirlər. Sürfələr 3-
cü yaşa qədər tırtıl bədənində inkişaf edib, sonra ayrı-ayrılıqda puplaşmağa
başlayırlar. Meyvə güvəsinin tırtılı başdan axıra kimi parazit pupları ilə
örtülmüş olur. Müşahidələrə əsasən, parazitin postembirional inkişafı 25
gün, o cümlədən, sürfə mərhələsi 18-20 gün, pup mərhələsi 16-19 gün çəkir.
Pup mərhələsi qurtardıqdan sonra parazitlər təbiətdə uçmağa başlayırlar.
Onlar nektarlı
bitkilərdən şüyüd, yonca və s. qidalanırlar. İldə bir nəsil verir.
Ageniaspis fuscicollis
Şərqi Cənubi Qafqazda müvəffəqiyyətlə introduksiya edilmiş parazit
təbi şəraitə tam uyğunlaşmış və kütləvi yayılmışdır. Bir çox çəyirdəkli və
tumlu meyvə bitkiləri zərərvericilərinin sayının fəal tənzimləyicisidir [113,
s. 21-57].
6.2.7. Copidosoma varicorne (Nees, 1834)
Parazit növünün 13 sinonimi var:
Encyrtus variicornis, Nees;
Paralitomastix batorligetensis Erdös, 1960;
Paralitomastix clavellatus
Erdös, 1960;
Copidosoma annulata Nikol'skaya, 1952;
Paralitomastix
gallaephila Risbec, 1951;
Copidosoma gallaephila (Risbec, 1951);
Copidosoma sylleptae (Risbec, 1951);
Litomastix sylleptae (Risbec, 1951);
Paralitomastix sylleptae Risbec, 1951;
Paralitomastix varicornis (Nees,
1834);
Litomastix (paralitomastix) varicornis (Nees, 1834);
Encyrtus
varicornis Nees, 1834;
Paralitomastix syleptae Risbec [193].
Parazit muxtar respublikanın meyvə bağlarında geniş yayılaraq
zolaqlı meyvə güvəsinin yumurtasını yoluxdurur və tırtılı daxilində
poliembirional inkişaf edir. Zərərvericini 40-45% yoluxdurur. Parazitin
fərdləri çox böyük həvəslə zolaqlı meyvə güvəsinin (
Anarsia lineatella
Zeller, 1839) yumurtalarını yoluxdururlar. Onun məxsusi parazitidir.
Azərbaycanda ilk dəfə Dəvəçi rayonunda ot bitkiləri üzərində Z.M.Rzayeva
tərəfindən qeydə alınmışdır [114, s. 113]. Paralitomastiks paraziti sürfə
mərhələsində zolaqlı meyvə güvəsinin ikinci nəslinin ikinci yaş tırtılının