84
onun kütləvi çoxalmasına imkan verilmir. Bununla yanaşı, bu mübarizə
üsulu insanlar və faydalı canlılar üçün təhlükəsizdir.
Son illər dünya praktikasında bioloji mübarizə üsulu ilə bağlı elmi-
tədqiqat işlərinin tətqiqi və tətbiqi müvəffəqiyyətlə həyata keçirilir [73,74].
Təbiətdə zərərvericilərin parazit və yırtıcılarını aşkar etmək, onların
bio-ekoloji xüsusiyyətlərini, laboratoriyada çoxaldılma yollarını öyrənib,
onlardan zərərvericilərə qarşı mübarizədə istifadə etmək, ekoloji və iqtisadi
cəhətdən çox əhəmiyyətlidir. Bu məqsədlə də parazit və yırtıcılar
içərisindən
təsərrüfat əhəmiyyətli növlərin seçilib tətbiqini təşkil etmək vacib məsə-
lələrdən biridir. Meyvə bitkiləri zərərvericilərinin sayının boitənzimlən-
məsində zarqanadlılardan (
Hymenoptera)-
Ichneumonidae,
BraconidaeChal-
cidoidae; böcəklərdən (
Coleoptera)-
Coccinellidae,
Carabidae və
Der-
mistidae fəsilələrinin və
Diptera dəstəsinin nümayəndələri əsas yerləri
tuturlar.
Meyvə ağaclarının başlıca zərərvericilərinin entomofaqları (parazit
və yırtıcıları) haqqında çoxlu ədəbiyyat məlumatları vardır. Xarici ölkələrdə
bu entomofaqlara xüsusi əhəmiyyət verilir və onlardan daha perspektivlə-
rinin bir neçə növündən bioloji mübarizədə istifadə edilir. Naxçıvan
Muxtar
Respublikasının
bağ aqrosenozlarında onlar zəif öyrənilmişdir. Meyvə
zərərvericilərinin sayının tənzimlənməsində parazitlərin rolu haqqında
məlumatlara Z.M.Məmmədovun işlərində rast gəlinir. Bu məqsədlə də
2004-2008-ci illərdə Naxçıvan
Muxtar Respublikasının
bağ aqrosenozlarında
meyvə ağaclarının başlıca zərərvericilərinin entomofaqlarının öyrənilməsini
və onların bir neçəsindən (13 növündən) zərərvericilərə qarşı bioloji
mübarizədə istifadə edilməsini məqsədəuyğun hesab etmişik. Aşağıda onlar
haqqında məlumat verməyi lazım bilirik.
6.2.1. Bracon hebetor Say, 1836
Növün
Habrobracon hebetor (Say, 1836) kimi sinonimi də
mövcuddur [187].
Növün Naxçıvan
Muxtar Respublikasında
çəyirdəkli meyvə
zərərvericilərindən meyvə güvəsinin, zolaqlı meyvə güvəsinin, yarpaq
güvəsinin, qızılgül yarpaqbükəninin və gavalı meyvəyeyəninin tırtıllarında
parazitlik edir. Onun muxtar respublikanın meyvə bağlarında geniş
yayılmaqla böyük təsərrüfat əhəmiyyəti vardır. Belə ki, qeyd olunan
zərərvericilərə aid toplanan tırtılların 15-20%-i
Bracon hebetor paraziti ilə
yoluxmuş olur.
Ədəbiyyat məlumatlarına əsasən, Naxçıvan bölgəsində tədqiqat
aparmış Z.M.Məmmədov
Bracon hebetor parazitinin meyvə zərərvericilə-
rini yüksək dərəcədə yoluxdurmasını nəzərə alıb, onun bioloji mübarizədə
85
istifadə edilməsini təklif etmişdir. Müəllif bu parazitin laboratoriya
şəraitində Cənub anbar odlucası üzərində çoxaldılması və meyvə bağlarına
buraxılması yollarını göstərmişdir. Bundan başqa, pambıq sahələrində
pambıq sovkasına və pambıq güvəsinə qarşı
Bracon hebetor-dan istifadə
etmək üçün təklif hazırlanmışdır [67, s. 260-265; 94, s. 199-200].
Azərbaycanda və xaricdə bir çox müəlliflər bracon hebetorun
perspektiv parazit olduğunu öz əsərlərində göstərirlər [78,79,81,82,89,146].
Naxçıvan
Muxtar Respublikasının
bağlarında çəyirdəkli meyvə
zərərvericiləri üzərində aparılan tədqiqatlara əsasən
Bracon hebetor imaqo
mərhələsində yaşlı ağacların çürümüş gövdəsi içərisində, burulub qurumuş
yarpaqlar (gilas, şaftalı və ərik) və quru meyvələr (ərik, gavalı və s.)
içərisində qışlayır. Yazda, 18-20
0
C temperaturda, aprel ayının axırlarından
may ayının ikinci ongünlüyünədək qış yerlərindən çıxırlar. Bu vaxt yarpaq
güvəsinin 2-ci və 3-cü yaş tırtıllarını, sonra isə iyul ayında meyvə güvəsinin,
gavalı meyvəyeyəninin və şərq meyvəyeyəninin tırtıllarını yoluxdururlar.
Hər bir dişi fərd sahibin bədəni üzərinə 6-8 və bəzən 10-12 yumurta qoyur.
3-4 gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələr
tırtılların daxili möhtəviyyatını-hemolimfanı sormaqla qidalanırlar. Sürfələr
4 yaş dövrü keçirməklə 6-8 günə inkişaflarını başa vurur, tırtılların bədən
qabığını tərk edib ayrı-ayrılıqda ipək baramacıq içərisində puplaşırlar. 8-12
gündən sonra puplardan parazitlər çıxmağa başlayır. Beləliklə, bracon
hebetorun inkişaf dövrü havanın orta sutkalıq temperaturu 26-28
0
C olduqda
16-18 gün, 30-32
0
C-də isə 13-14 gün çəkir. İldə 5-6 nəsil verir. Təbiətdə
apreldən oktyabr ayınadək fəaliyyət göstərir (cədvəl 6.2).
Cədvəl 6.2
Naxçıvan
Muxtar Respublikası
bağlarında Meyvə güvəsi və Zolaqlı meyvə
güvəsinin
Bracon hebetor paraziti
ilə yoluxma dərəcəsi
İl
lə
r
Zərərverici tırtılların
toplandığı yer
Meyvə güvəsi
Aylar
Zolaqlı meyvə güvəsi
Tı
rt
ıl
la
rı
n
say
ı
Onlardan
yoluxmuşlar
Tı
rt
ıl
la
rı
n
say
ı
Onlardan
yoluxmuşlar
Sayı
%-lə
Sayı
%-lə
2005
Ordubad
06 iyun
177
23
12,9
20iyul
156
48
30,7
13 iyun
123
14
11,3
22iyul
172
53
30,8
2006
Şahbuz
16 iyun
130
15
11,5
05avqust
113
28
24,7
20 iyun
144
16
11,1
06avqust
145
38
24,1
2007
Şərur
23 iyun
242
28
11,5
15avqust
109
22
20,1
25 iyun
218
30
13,7
17avqust
95
19
20,0