Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
107 
Laboratoriya  şəraitində  xilokorusun  sahiblə  qidalanması  müşahidə 
edilərkən  aydın  olmuşdur  ki,  böcəyin  kiçik  yaşlı  sürfələri  4-12,  iri  yaşlı 
mərhələsi  isə  18-20  yastıca  yeyir.  İmaqo  mərhələsi  bir  gün  ərzində  25-30 
yastıca ilə qidalanır.  
 
6.2.11. Calosoma (Calosoma) sycophanta (Linnaeus,1758) 
Bu  yırtıcı  növünün  18  sinonimi  mövcuddur:  Carabus  sycophanta 
Linne,  1758;  Calosoma  azureum  Letzner,  1850;  Calosoma  cupreum  Letz-
ner,  1850;  Calosoma  marginatum  Letzner,  1850;  Calosoma  nigrocyaneum 
Letzner,  1850;  Calosoma  purpureoaureum  Letzner,  1850;  Calosoma 
severum  Chaudoir,  1850;  Calosoma  rapax  Motschulsky,  1866;  Calosoma 
smaragdynum  G.  Rossi,  1882;  Calosoma  Habelmanni  Schilsky,  1888; 
Calosoma  purpureipennis  Reitter,  1891;  Calosoma  corvinum  Heller,  1897; 
Calosoma  prasinum  Vacher  de  Lapouge,  1907;  Calosoma  solinfectum 
Jannichen,  1914;  Callipara  anthracinum  Vacher  de  Lapouge,  1924; 
Calosoma  Lapougei  Breuning,  1927;  Calosoma  nigrosuturale  Jacquet, 
1930; Calosoma nigroaeneum Polentz, 1937 [197].  
Bu  gözəlbədən  böcək  (Coleoptera,  Carabidae)  bir  çox  kənd 
təsərrüfatı  və  meşə  bitkilərinə  zərər  verən  həşəratların  yumurta,  kiçik  yaşlı 
sürfə  və  tırtılları  ilə  qidalanaraq,  onların  sayının  tənzimlənməsində  böyük 
rol  oynayır.  Bədəninin  uzunluğu  30-35  mm-dir.  Qanadüstlüyü  açıq-yaşıl, 
misvari al-qırmızı rəngdədir.  
İmaqo  mərhələsində  torpaqda  qışlayır.  Böcəklər  may  ayında  qışla-
madan çıxırlar, bu vaxt tək ipəksarıyanın  və başqa zərərvericilərin tırtılları 
artıq orta yaş mərhələsində olurlar.  
Qışlama  yerlərindən  çıxan  böcəklər  iyunun  əvvəlində  bir  neçə  gün 
mayalandıqdan  sonra  yumurta  qoymağa  başlayırlar.  Yumurtalar  tək-tək  və 
ya  2-5  ədəd  bir  yerdə  torpağın  2-5  sm  dərinliyinə  qoyulur.  Yumurtanın 
inkişafı  temperaturdan  (22-28
0
C)  asılı  olaraq  4-12  gün  çəkir.  Bir  dişi  fərd 
orta hesabla 100-110 yumurta qoya bilir.  
Yumurtadan çıxan sürfələrin rəngi ağımtıl olur. Onlar torpaqda boru 
şəkilli yuvacıq içərisində 2-3 gün qaldıqdan sonra rəngləri qara və ya tünd-
boz  olur.  Bu  vaxtda  da  onlar  torpaqdan  çıxır  və  qidalanırlar.  Sürfələr  iki 
dəfə  qabıq  dəyişir. Temperaturdan (22-28
0
C) və  qidalanmadan asılı  olaraq, 
sürfələrin  inkişafı  birinci  yaşda  3-4  gün,  ikinci  yaşda  3-5  gün  və  üçüncü 
yaşda  7-10  gün  çəkir.  Sürfənin  ümumi  inkişaf  mərhələsi  15-18  gün  çəkir. 
Üçüncü  yaşda torpağa keçir və orada 8-10  gün  ərzində puplaşır. Beləliklə, 
sürfə mərhələsi 24-28 gün çəkir. B.A. Şapironun [130, s. 71-86] məlumatına 
əsasən sürfə mərhələsi 21-34 gün çəkir. Təbii şəraitdə kalozomanın sürfələri 
üzərində  aparılan  müşahidələr  nəticəsində  qeyd  olunmuşdur  ki,  onların 


 
108 
kiçikliyinə baxmayaraq, cəsarətlə böyük kəpənək və böcəklərin tırtıl, pup və 
sürfələrinə hücum edib onu yeyirlər. Sürfələr ən böyük bir tırtılın bədəninin 
yan  tərəfindən  ağız  qarmaqları  ilə  tutur  və  sancır,  sonra  onun  bədəndaxili 
möhtəviyyatı  ilə  qidalanır.  Qidalanma  ərəfəsində  sürfə  ağız  aparatı  ilə 
sahibin  bədən  daxilini  gəmirə-gəmirə  onu  tamam  yeyir.  Sürfənin  belə 
qidalanma xüsusiyyəti həm də sahibin pup mərhələsi üçün qeyd edilmişdir.  
 Kalozoma yırtıcısının sürfə mərhələsi olduqca acgöz və yeyimcildir. 
Beləki,  bir  sürfə  inkişaf  müddətində  tək  ipəksarıyanın  40-50  tırtılını  məhv 
edir. Qidalanma gündüz və gecələr, hava şəraitinin münasib vaxtında gedir. 
Sürfələr  sahibin  tırtıllarını  axtarıb  tapmaq  üçün  ağacın  20-30  m  hündür-
lüyünə  kimi  çıxa  bilirlər.  Yığılan  materiallara  əsasən,  kalozomanın  sürfə 
mərhələsinin heç bir təbii düşməninə və xəstəliyinə rast gəlinməmişdir.  
Puplaşma  torpağın  15-20  sm  dərinliyində  və  bəzən  ağac  qabığının 
dərin  qatlarında  gedir.  Pupun  uzunluğu  25  mm,  eni  isə  12  mm  olmaqla, 
əvvəlcədən  sürfə  tərəfindən  düzəldilmiş  ipək  borucuq  içərisində  yerləşir. 
Yaşlı fərdlərin pupdan  çıxması  yay aylarına təsadüf etməsinə baxmayaraq, 
onlar  torpaqdan  çıxmır,  elə  orda  da  qışlayırlar.  Kalozoma  böcəyi  ildə  bir 
nəsil verir. Böcəklər 2-4 il yaşayırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Calosoma sycophanta  


 
109 
Onların  fəal  həyat  fəaliyyəti  tək  ipəksarıyanın  böyük  yaşlı  və  pup 
mərhələsinə  düşür.  Bu  vaxt  yaşlı  böcəklərin  hər  biri  bir  sutkada  300-325 
tırtıl  və  pup  ilə  qidalanırlar.  A.I.Voronsovun  məlumatına  görə,  kalazoma 
həyat  fəaliyyətinin  birinci  ilinin  yay  müddətində  tək  ipəksarıyanın  orta 
hesabla  180  böyük  yaşlı  tırtılını  və  105  pupunu  məhv  edir  [87,  s.  51-53]. 
Apardığımız müşahidələrə əsasən, bir kalozoma böcəyi bir mövsüm ərzində 
tək ipəksarıyanın 239 tırtılını yeyir. Onun sürfəsi 14 gündə tək ipəksarıyanın 
50-60 kiçik  yaşlı tırtılını  yeyir. Azərbaycanda kalozoma böcəyi  bir çox zə-
rərverici  ilə  də  qidalanır,  onların  içərisində  ən  çox  üstünlük  verdiyi  tək 
ipəksarıyandır.  Tək  ipəksarıyandan  başqa,  palıd  yarpaqyeyəni,  qış  qarşıla-
yıcısı,  qızılqarın  kəpənək,  həlqəvi  ipəksarıyan  ilə  də  qidalandığı  müşahidə 
edilmişdir.  
 
6.2.12. Dermestes (Dermestes) lardarius Linnaeus, 1758  
Gönyeyən böcək növünün 7 sinonimi var: Dermestes lardarius var. 
conjunctus Reitter, 1887; Dermestes lardarius var. proximus Reitter, 1887; 
Dermestes luganensis Stierlin, 1902; Dermestes laradarius Lepesme, 1950; 
Dermestes  lardarius  var.  atrobasalis  Pic,  1951;  Dermestes  laudarius 
Wajgiel,  1875:  Burakowski  et  al.  1986;  Dermestes  cardarius  Hua,  2002 
[198].  
Bu  gönyeyən  böcək  (Coleoptera,  Dermestidae
muxtar  respublika 
bağlarında  geniş  yayılaraq,  tək  ipəksarıyanın  sayının  tənzimlənməsində 
mühüm rol oynayır. Bədəninin uzunluğu 1,5-12 mm, rəngi tünd qəhvəyi və 
ya  qara  olur.  Qanadlarının  üst  hissəsində  sarı  sarğı  vardır.  Sürfələri  oval 
olub,  oxlovşəkillidir,  uzunluğu  1,5-17  mm-dir.  Çoxillik  tədqiqatlarımıza 
əsasən,  Naxçıvanda  tək  ipəksarıyanın  sayının  tənzimlənməsində  4  növ 
(Dermestes  (Dermestes)  lardarius  Linnaeus,  1758,  Dermestes  (Dermes-
tinus)  undulatus  Brahm,  1790,  Dermestes  (Dermestes)  bicolor  Fabricius, 
1781,  Dermestes  (Dermestes)  ater  De  Geer,  1774  gönyeyən  böcəkdən  ən 
faydalı sayılanı lardarius böcəyidir.  
Aparılmış müşahidə və hesablamalarımıza görə lardarius böcəyi tək 
ipəksarıyanın  topa  halında  olan  yumurtalarının  35-40%  məhv  edir. 
Lardarius gönyeyəni əsasən tək ipəksarıyanın yumurta topasının içərisində, 
ağac  qabığı  altında  qışlayırlar.  Yazda  aprelin  birinci  yarısında  orta  günlük 
temperatur  10-16
0
C  olduqda  qışlamadan  çıxaraq  tək  ipəksarıyanın  yumur-
taları  ilə  qidalanırlar.  Aprelin  18-20-də  aparılan  müşahidələrə  əsasən,  bir 
yumurta topasında 10 ədəd lardarius böcəyinə rast gəlinmişdir. Bir neçə gün 
mayalandıqdan  sonra  tək-tək  və  bəzən  də  topa  halında  yumurta  qoymağa 
başlayır.  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə