Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
101 
biotənzimlənməsində əsas yerlərdən birini tutur. Bu yırtıcı parabüzən şaftalı 
yaşıl mənənəsinin, gavalı mənənəsinin birinci dərəcəli düşməni hesab edilir. 
Ona digər parabüzən növləri kimi,  başqa kənd təsərrüfatı bitkiləri üzərində 
rast gəlinmir. İlk dəfə 2005-ci ildə Şahbuz rayonu istiqamətində, kiçik sahə-
də yerləşən Xal-xal meşəsində yabanı gavalı ağaclarında rast gəlinmişdir.  
Azərbaycanda  iki  nöqtəli  adaliyanın  bioekoloji  xüsusiyyətlərinin 
öyrənilməsinə  dair  qısa  məlumatlara  rast  gəlinir.  Bu  növün  bir  çox  meyvə 
zərərvericisinin sayının tənzimlənməsindəki aktiv fəaliyyəti və fenologiyası 
Fransa entomoloqları tərəfindən ətraflı öyrənilmiş, süni şəraitdə çoxaldılaraq 
meyvə bağlarına buraxılması işi əsaslandırılmışdır [58,143].  
İki nöqtəli adaliyanın bioekoloji xüsusiyyətlərinin öyrənilməsinə dair 
müşahidələr  və  materialın  toplanılması  2005-2008-ci  illərdə  Ordubad, 
Şahbuz  və  Şərur  rayonlarının  meyvə  bağlarında  və  həyətyanı  sahələrində 
aparılmışdır.  
İki nöqtəli adaliyanın yumurtası 0,7-1,0 mm böyüklükdədir, ensizdir, 
çubuq  şəklindədir,  mayalanmış  yumurtaların  rəngi  açıq-sarı,  mayalanma-
mışların rəngi isə açıq-narıncı olur. Sürfələri enli (xüsusilə ön tərəfdən) və 
bir qədər  yastıdır, açıq-qəhvəyi  rəngdədir, üzərində  ağ,  yaxud sarı nöqtələr 
var.  Axırıncı  yaşda  (4-cü  yaş)  olan  sürfənin  uzunluğu  7-8  mm-dir.  Baş 
kapsulunun  yanları  tünd  qəhvəyi,  ön  döşü  enlidir.  Yetkin  adaliyanın  başı, 
ağız üzvləri və bığcıqları açıq-qəhvəyi rəngdədir, bud və baldırları əsasən ağ 
rənglidir,  qanadüstü  qırmızıdır.  Hər  qanadüstlüyündə  bir  qara  ləkə  olur, 
bəzən  onlar  qara  rəngdə  olur  və  belə  halda  ləkə  qırmızı  görünür.  Böcəyin 
uzunluğu 3,5-5,0 mm-dir.  
Tədqiqat  illərində  laboratoriya  şəraitində  iki  nöqtəli  adaliyanın  dişi 
fərdlərin  yaşama  müddəti  və  hər  bir  dişinin  cinsi  məhsuldarlığı  müəyyən 
edilmişdir (Cədvəl 6.6).  
Cədvəl 6.6  
İki nöqtəli adaliyanın yumurtaqoyma qabiliyyəti  
(müxtəlif illər üzrə)  
 
s.
 №
 
Təcrübənin 
aparıldığı illər  
Nəslin 
inkişafı  
Dişinin 
yaşama 
müddəti 
(gün)  
Gün ərzində 
qoyulan 
yumurtaların 
miqdarı  
Bir dişinin 
qoyduğu 
yumurtaların 
ümumi miqdarı  
Ən  
az  
Ən çox  
1.  
2005  
1  
27  
15-17  
405  
459  
2.  
2006  
1  
28  
16-17  
432  
476  
3.  
2007  
1  
25  
16-18  
432  
450  
 


 
102 
 
Adalia (Adalia) bipunctata 
Bu parabüzənin 12 ədəd yumurtasına təbiətdə ilk dəfə olaraq 2005-ci 
ilin iyun ayının 16-da Ordubad rayonunda həyətyanı bağda gavalı yarpaqları 
üzərində  mənənə  kaloniyası  arasında  rast  gəlinmişdir.  Həmin  yumurtalar 
yarpaqla  birlikdə  götürülərək  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar 
İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin Onurğasızlar laboratoriyasına gə-
tirilmiş  və  üzərində  müşahidələr  aparılmışdır.  İyun ayının 16-da  rast  gəlin-
miş həmin yumurtaların  bir neçə gün əvvəl qoyulduğu şübhə doğurmurdu. 
Çünki,  həmin  yumurtaların  rəngi  dəyişilmiş  və  daxilində  rüşeymin  artıq 
formalaşdığı aydın görünürdü. Odur ki, bu yumurtalardan iki gündən sonra 
yəni,  iyunun  17-18-ində  sürfələr  çıxmışdır.  Bu  sürfələr  yetkin  formaya 
keçənədək qidalandırılıb bəslənilmişdir.  
Bununla yanaşı olaraq, iyunun 18-də yenə də həmin bağda iki nöq-
təli  adaliyanın  bir  dişi  fərdinə  yenicə  yumurta  qoyduğu  vaxtda  rast  gəlin-
mişdir.  Bu  parabüzən  və  onun  qoyduğu  yumurtalar  (5  ədəd)  hərəsi  ayrı-
ayrılıqda  (dişi  fərd  və  yumurtalar)  sınaq  şüşələrinə  salınıb  laboratoriyaya 
gətirilmiş  və  dişinin  yumurta  qoyma  qabiliyyəti  və  yumurtaların  inkişaf 
dinamikası izlənmişdir. Gətirilmiş dişi adaliya laboratoriyada daha 15 ədəd 
yumurta qoymuşdur. Həmin gündən həm dişi adaliya və həm də onun qoy-
duğu yumurtalar ayrıca olaraq müşahidə altında saxlanılmışdır. Dişi adaliya 
həmin şəraitdə (laboratoriyada) cəmi 27 gün yaşamış və bu müddət ərzində 
460  yumurta,  gündəlik  olaraq  isə  orta  hesabla  15-17  yumurta  qoymuşdur. 
Dişi  adaliya  yumurtaqoyma  dövründə  mənənələlərlə  qidalandırılmışdır. 


 
103 
Təcrübələrdə dişi adaliya ən çoxu 28 gün yaşamış, bu müddət ərzində 480, 
gündəlik  isə  orta  hesabla  16-17  yumurta  qoymuşdur.  Belə  təcrübələr  2007-ci 
ildə də davam etdirilmişdir. İki nöqtəli adaliyanın yumurtaqoyma qabiliyyəti 
ilə yanaşı laboratoriya şəraitində yeyimcilliyi də öyrənilmişdir. Nektarlı bit-
kilərlə zəngin sahələrdən toplanılmış dişi adaliya fərdləri laboratoriyada şə-
kər  məhlulu  və  ərik  ləti  ilə  qidalandırıldıqda  daha  yüksək  reproduktiv 
nəticələri ilə fərqlənmişlər.  
Həm dişi, həm də erkək fərdlər və həm də yırtıcının sürfələri şaftalı 
və gavalı mənənələrilə qidalandırılmışdır. İmaqonun və ayrı-ayrı yaşlar üzrə 
sürfələrin  qidalanması  xüsusi  olaraq  qeydə  alınmışdır.  Bu  təcrübələrin 
nəticələri cədvəldə verilmişdir (cədvəl 6.7).  
Cədvəl 6.7  
İki nöqtəli parabüzənin - Adalia (Adalia) bipunctata yeyimcilliyi 
(müxtəlif illər üzrə) 
T
əcr
üb
ən
in
 
ap
ar
ıld
ığ
ı v
ax
t  
Y
em
in
 n
öv
ü 
 
İm
aq
on
un
 y
aşam

müdd
əti 
 
Parabüzənlərin ayrı-ayrı inkişaf mərhələlərində yediyi 
mənənələrin miqdarı  
Bir nəslin 
inkişafı 
dövründə 
yeyilən 
mənənələrin 
miqdarı  
İmaqo tərəfindən 
yeyilmişdir  
Sürfələr tərəfindən 
yeyilmişdir  
(müxtəlif yaşlar üzrə)   Cəmi  
Gün ərzində   Cəmi  
I  
II  
III  
IV  
2005  Mənənə   27  
51  
1377   24   30   71  
128   253  
1630  
2006  
-  
28  
60  
1680   21   29   67  
124   241  
1921  
2007  
-  
31  
55  
1705   27   36   73  
131   267  
1972  
 
Cədvəldən göründüyü kimi, bir dişi adaliya gün ərzində, orta hesabla 
51  mənənə,  yaşadığı  müddət  ərzində  (27  gün  ərzində)  1961  mənənə  ye-
mişdir. Onun sürfələri isə birinci yaşda olarkən 24 mənənə, ikinci yaşda 30 
mənənə, üçüncü yaşda 71 mənənə və dördüncü yaşda 123 mənənə yeyib tə-
ləf  etmişdir.  Bir  sürfə  bütün  inkişaf  dövründə  cəmi  248  mənənə  yemişdir. 
Adaliya parabüzəni bir nəslin inkişafı dövründə 2005-ci ildə 2209, 2006-cı 
ildə 1981, 2007-ci ildə isə 1972 mənənə yemişdir.  
Tədqiqat  işləri  zamanı  iki  nöqtəli  adaliyanın  inkişaf  dinamikası  da 
öyrənilmişdir. Adaliya böcəyinin yeni qoyduğu yumurtalar sarı rəngdə olur. 
İki gün keçdikdən sonra onların rəngi nisbətən açıqlaşır, daxilindən isə onlar 
zəifcə qaralmış olur. Bu yumurtanın daxilində rüşeymin artıq formalaşdığını 
göstərir.  Buna  görə  də  belə  yumurtalar,  ümumiyyətlə,  bir  qədər  qaralmış 
kimi görünür.  
İyun  ayının  18-də  dişi  adaliya  böcəyinin  qoyduğu  yumurtalardan 
iyunun  22-də  sürfələr  çıxmışdır.  Beləliklə,  yumurtanın  inkişafı  (gündəlik 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə