Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
104 
orta  temperatur  22
0
C)  4  gün  çəkmişdir.  Yumurtalardan  təzəcə  çıxmış  sür-
fələr  gavalı  üzərində  qidalanan  mənənələrlə  yemləndirilmişdir.  Onların  ya-
nına  mənənələr  salınan  kimi  həmin  an  sürfələr  onlara  hücum  edib  qida-
lanmağa başlayırlar.  
Adaliyanın  körpə  sürfələri  əsasən  xırda  mənənələrə  hücum  edirlər. 
İri yaşlı, xüsusilə dördüncü yaşda olan sürfələr isə həm qanadsız dişiləri və 
həm  də  qanadlı  mənənələrə  hücum  edib  onları  acgözlüklə  yeyirlər,  onların 
bədəninin şirəsini sorurlar. Adaliyanın sürfələri yumurtadan çıxdıqdan sonra 
inkişaflarında üç dəfə qabıq dəyişməklə dörd yaş mərhələsi keçirirlər. Sür-
fələrin qabıq dəyişməsini çox çətinliklə müşahidə etmək olur. Qabıq dəyiş-
mə vaxtı yaxınlaşanda sürfə qidalanmasını dayandıraraq hərəkətsiz vəziyyət 
alır. Bundan bir qədər sonra qabıq dəyişmə hadisəsi baş verir. İyunun 22-də 
yumuytalardan çıxmış sürfələr inkişaf edib iyul ayının 2-də pup mərhələsinə 
keçmişlər.  
Beləliklə,  sürfələrin  tam  inkişafı  10  gün  çəkmişdir.  Bu  puplardan 
iyul ayının 8-də yetkin adaliya böcəkləri çıxmışdır.  
2005-ci  ilin  iyun-iyul  aylarında  (gündəlik  orta  temperatur  22
0
C)  iki 
nöqtəli  adaliya  parabüzəninin  bir  nəslinin  inkişafı  22  gün  çəkmişdir:  o 
cümlədən, yumurta 4 günə, sürfə 10 günə və pup 8 günə inkişaf etmişdir.  
İki  nöqtəli  adaliyanın  biologiyasına  dair  təcrübə  və  müşahidələr 
2006-cı ildə, həm də geniş və əsaslı surətdə davam etdirilmişdir. Həmin ildə 
təcrübələr birinci dəfə may ayında, ikinci dəfə iyun ayında aparılmışdır.  
2006-cı ilin may ayının 17-də Ordubad rayonunda həyətyanı sahədə 
ərik  yarpaqlarında  dişi  adaliya  parabüzəninə  və  onun  təzəcə  qoyduğu  yu-
murtalarına (5 ədəd) rast gəlinmişdir. Həm parabüzən həm də onun qoyduğu 
yumurtalar  ayrılıqda  enli  sınaq  şüşələrinə  keçirildi.  Bu  parabüzən  axşama-
dək sınaq şüşəsinin içərisində daha 15  yumurta qoydu. Bundan sonra para-
büzən başqa sınaq şüşəsinə salınaraq qidalandırılıb (ona mənənə verilməklə) 
bəslənmək üçün saxlandı. Müşahidələrin nəticələri belə olmuşdur:  
 
1. 17.05.2006-cı il; dişi adaliya tərəfindən 20 ədəd yumurta qoyuldu: 
21.05.2006;  yumurtadan  sürfələr  çıxmışdır:  04.06.2006-sürfələr  puplaşdı: 
10.06.2006; puplardan imaqo parabüzənlər çıxdı.  
2. 18.06.2006-cı il; dişi adaliya tərəfindən 13 ədəd yumurta qoyuldu: 
22.06.2006;  yumurtadan  sürfələr  çıxmışdır:  05.07.2006;  sürfələr  puplaşdı: 
11.07.2006; puplardan imaqo parabüzənlər çıxdı.  
3. 19.05.2006-cı ıl; dişi adaliya tərəfindən 13 ədəd yumurta qoyuldu: 
23.05.2006;  yumurtadan  sürfələr  çıxmışdır:  06.06.2006;  sürfələr  puplaşdı: 
12.06.2006; puplardan imaqo parabüzənlər çıxdı.  
Yuxarıda  verilən  məlumatlardan  göründüyü  kimi,  2005-ci  ilin  iyun 
ayının ikinci yarısında iki nöqtəli adaliya parabüzəninin bir nəslinin inkişafı 
20-21 gün, o cümlədən, yumurtasının inkişafı 4 gün, sürfəsinin inkişafı 10-


 
105 
11 gün, pupunun inkişafı 6 gün çəkmişdir (gündəlik orta temperatur 22
0
C). 
2006-cı ildə may ayında aparılan müşahidələr zamanı isə həmin ayın üçüncü 
ongünlüyündə  yumurtanın  inkişafı  4  gün,  sürfənin  inkişafı  12  gün,  pupun 
inkişafı  6  gün,  bir  nəslin  tam  inkişafı  22  gün  çəkmişdir  (gündəlik  orta 
temperatur 21
0
C).  
 
6.2.10. Chilocorus bipustulatus (Linnaeus, 1758) 
Növün  Coccinella  bipustulata  Linnaeus,  1758  kimi  sinonimi  var 
[196].  
Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağlarında  gavalı,  ərik  və 
alçaya  ciddi  zərərverən  Kaliforniya  çanaqlı  yastıcasının  bioekoloji 
xüsusiyyətlərini  öyrənərkən,  onun  parazit  və  yırtıcıları  içərisində  afutis 
paraziti  ilə  xilokorus  böcəyinin  sahibin  sayının  tənzimlənməsində  daha 
perspektivli  olduqlarını,  xüsusilə  Coccinellidae  fəsiləsindən  olan  xilokorus 
böcəyinin  (Coleoptera)  geniş  fəaliyyətini  müşahidə  etdikdən  sonra,  onun 
bioekoloji  xüsusiyyətlərini,  fenologiyasını  və  təsərrüfat  əhəmiyyətini 
öyrənməyi qərara gəldik.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Chilocorus bipustulatus  
Böcəklər  nimfa  mərhələsində  (cinsi  yetkinliyə  çatmamış)  ağacların 
qabığı  altında  qışlayırlar.  Gündəlik  orta  temperatur  12-16
0
C,  rütübət  isə 
60% olduqda aprel ayının 12-15-i qışlamadan çıxırlar. Bir neçə gün aprelin 
15-20-dək  qidalandıqdan  sonra  cütləşməyə  başlayırlar.  Cütləşmədən  1-2 


 
106 
gün sonra isə yumurta qoyurlar. Yumurtalarını Kaliforniya canaqlı yastıcası-
nın  məskunlaşdığı  yerlərə-ağacların  nazik  budaqlarına  və  budaqların  üzə-
rində  olan  yarpaqların  alt  qatına  qoyurlar.  Orta  gündəlik  temperatur  15-
18
0
C, rütubət isə 70-75% olduqda yumurtanın inkişaf mərhələsi 12-15 gün, 
sürfə  mərhələsi  24-26  gün,  pup  mərhələsi  6-8  gün  və  imaqo  mərhələsi  isə 
35-40  gün  çəkir.  Bir  nəslin  inkişafı  40-45  gün  çəkir.  Yırtıcı 
muxtar 
respublika 
şəraitində ildə iki nəsil verir.  
Aparılan  tədqiqatlara  əsasən  alınan  nəticələr  göstərir  ki,  böcəyin 
fenologiyası (cədvəl 6.8) ilə sahibin fenologiyası (cədvəl 5.1) arasında sin-
xronluq olduğu üçün, Kaliforniya çanaqlı yastıcasına qarşı aparılan intensiv 
mübarizə  tədbirlərində  arealdaxili  köçürmə  üsulunda  bu  böcəkdən  geniş 
istifadə  edilməsinin  mümkünlüyü  araşdırılmalıdır.  Böcək 
muxtar  respublika
 
bağlarında geniş yayılmışdıır, xüsusilə, Ordubad rayonunda, olduqca böyük 
təsərrüfat əhəmiyyətinə malikdir.  
Cədvəl 6.8  
Muxtar respublika 
şəraitində İkinöqtəli xilokorusun - Chilocorus  
bipustulatus fenologiyası  
Tədqiqatın  
yeri və ili  
Aylar  
I  
II   III   IV   V   VI   VII   VIII   IX   X   XI  
XII  
 
2005  
(Ordubad)  

 

 

 
 

 

 

 
 

 

 

 
+  


 

 

 - 


0  
+  
+  
+  
+  

 

 
+ -  
0  
- 0 
+  
 
++  
+  
+  
+  
+  
+  

 

 

 

 

 

 

 
 
2006 
(Şahbuz)  

 

 

 

 

 

 

 

 

 
+  


 

 

 

-  

0  
+  
+  
+  

 

 
-  
+ -  
0  
- 0 
+  
++  
+  
+  
+  
+  
+  

 

 

 

 

 

 

 
 
2007  
(Babək)  

 

 

 

 

 

 

 

 

 
+  


 

 

 
_  
_  
_  
0  
0  
+  
+  
+  

 

_  
+ -  
0  
- 0  
+  
++  
+  
+  
+  
+  
+  

 

 

 

 

 

 

 
Qeyd: 

 yumurta, - sürfə, 0 pup, + imaqo, 

 qışlayan böcək 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə