Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
113 
Bu faydalı yırtıcı şaftalı, gavalı mənənəsinin və digər zərərvericilərin 
azalmasında yüksək dərəcədə fəaliyyət göstərir. Digər tərəfdən isə bağlarda 
zərərvericilərə  qarşı  mübarizədə  yersiz,  səmərəsiz  səpilən  kimyəvi  dər-
manlar  onların  80-90%  məhvinə  səbəb  olur.  Bu  baxımdan  belə  nəticəyə 
gəlmək  olar  ki,  təbiətdə  adi  qızılgözün  qorunub  saxlanmasını  və  zərərve-
ricilərin  sayının  tənzimlənməsində  rolunu  nəzərə  alıb,  sahələrə  səpilən 
dərmanların  sayını  və  dozasını  azaltmaq  və  elmi  əsaslarla  mübarizə  işləri 
aparmaq  məsləhət  görülür.  Digər  tərəfdən  onları  laboratoriya  şəraitində 
çoxaldıb sahələrə buraxmaq yollarını öyrənmək zərərvericilərə qarşı bioloji 
mübarizədə  istifadə  etməyin  mümkünlüyünə  zəmin  yaranır.  Beləliklə,  bağ 
zərərvericilərinin  və  onların  entomofaqlarının  növ  tərkibinin,  bioloji  xüsu-
siyyətlərinin  və  təsərrüfat  əhəmiyyətinin  öyrənilməsi,  entomofaqlardan  zə-
rərli həşəratlara qarşı mübarizə aparılması işində geniş imkanlar yaradır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
114 
V
V
I
I
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
MEYVƏ BAĞLARINDA ZƏRƏRVERİCİ VƏ  
ENTOMOFAQLARIN HƏYAT FƏALİYYƏTİNƏ TƏSİR EDƏN 
EKOLOJİ AMİLLƏRİN ROLU  
 
Bütün  canlı  orqanizmlər  onları  əhatə  edən  mühitlə  sıx  əlaqəlidir, 
mühit onların bütün fizioloji, biokimyəvi və davranış proseslərinə müxtəlif 
təsirlər  gostərir,  başqa  sözlə  onların  həyat  fəaliyyətini  tənzimləyir.  Hər  bir 
orqanizmin özünəməxsus optimal mühit şəraiti vardır. Bununla belə, hər bir 
canlı fərd mühit amillərinin müəyyən hədlər daxilində dəyişilməsi şəraitində 
də yaşamağa tarixən uyğunlaşmış, adaptiv xüsusiyyət qazanmışdır.  
Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağlarında  zərərvericilərin 
və onların təbii düşmənlərinin say etibarı ilə çox və ya az olması onlara təsir 
edən  ekoloji  amillərdən  asılıdır.  Beləki,  istər  zərərvericinin  və  istərsə  də 
onun parazit və yırtıcısının həyat fəaliyyətinə mənfi və ya müsbət təsir edən 
amillər mövcuddur. Onların öyrənilməsi elmi və praktiki əhəmiyyətinə görə 
ən vacib məsələlərdən biridir.  
Aparılmış çoxillik tədqiqat və müşahidələrimiz göstərdi ki, Naxçıvan 
Muxtar Respublikası
nın çəyirdəkli meyvə bitkilərinə zərər verən həşəratların 
və onların təbii düşmənlərinin həyat fəaliyyətinə təsir edən abiotik və biotik 
amillərin rolu danılmazdır.  
 
7.1. Abiotik amillərin rolu 
Müəyyən  edilmişdir  ki,  abiotik  amillərdən  havanın  temperaturu  və 
rütubəti,  güclü  küləklər  və  yağıntıların  miqdarı  həşəratlara  mənfi  və  ya 
müsbət  təsir  edir.  İ.A.Rubçovun  verdiyi  məlumata  əsasən,  fərdin  yaşaması 
və ya məhv olması iqlim və havadan çox asılıdır. Havanın isti keçməsi həşə-
ratların inkişaf müddətini, ölüm tempini, yetkin fərdlərin cinsi məhsuldarlı-
ğını, qidalanmasını və hərəkətlərini müəyyən edir. Yüksək temperaturlarda 
həşəratların embrional və postembrional inkişafı, onların cinsi məhsullarının 
yaranma  tezliyi  bir  qayda  olaraq  sürətlənir.  Belə  hallarda  inkişaf  müddəti 
qısalır  və  onlar  tez-tez  nəsil  verirlər.  Aşağı  temperatur  isə  əksinə  onların 
nəsilverməsini  aşağı  salır,  bəzi  hallarda  məhv  olmasına  səbəb  olur  [31,  s. 
23-34; 114, s. 45-56; 133;134, s. 212-215].  
Meyvə bağlarında aparılan tədqiqatlar nəticəsində aydın olunmuşdur ki, 
muxtar  Respublikanın 
kəskin  kontinental  iqlimi  şəraitində  (qışı  olduqca 
şaxtalı  və  yayı  yüksək  isti)  mənfi  20-22
0
C  temperaturda  entomofaqların, 
xüsusilə 
Zarqanadlılar 
dəstəsinin 
nümayəndələri 
(İxnevmonidlər, 
Brakonidlər,  Xalsidlər  və  Taxin  milçəkləri)  45-50%  məhv  olurlar.  Aşağı 
temperatur  bəzi  zərərvericilərin  (meyvə  və  yarpaq  güvələri,  mənənələr  və 


 
115 
yastıcalar) qışlama müddətində olan  yumurta, kiçik  yaşlı tırtıl  və puplarını 
məhv  edir.  Bununla  yanaşı,  aşkar  olunmuşdur  ki,  zərərvericinin  qışlayan 
mərhələsi  parazitlə  (Copidosoma  varicorne  (Nees,  1834),  Ageniaspis 
fuscicollis  (Dalman,  1820)  və  s.)  yoluxmuşsa,  onda  sahibin  bədənində 
həmin parazitlərin yumurta və embrional mərhələsi də məhv olur. Aşağı və 
yüksək  temperaturlar  bəzi  hallarda  faydalı  həşəratların,  o  cümlədən 
entomofaqların  (parazit və  yırtıcıların) 80-85%  məhv olmasına səbəb olur. 
Zərərvericilərin  və  onların  təbii  düşmələrinin  qışlama  yerləri  öyrənilərkən 
müəyyən edilmişdir ki, entomofaqların qışlama mərhələsi dağətəyi qurşaqda 
başqa qurşaqlara nisbətən daha əlverişli keçir. Bu, dağətəyi qurşağın ağac və 
kol  bitkiləri  (söyüd,  qovaq,  yemişan,  göyrüş,  palıd,  yaşlı  qoz  və  meyvə 
ağacları)  ilə  daha  zəngin  olması  ilə  əlaqədardır.  Belə  qoruyucu  bitki 
zolaqları bağları güclü küləklərdən və şaxtadan qoruyur. Bunun nəticəsində 
bağlarda  entomofaqlar,  eyni  zamanda  müxtəlif  meyvə  zərərvericiləri 
qorunub  saxlanılır.  Düzənlik  və  dağlıq  qurşaqlarda  isə  belə  qoruyucu 
zolaqlar  olmadığından  bağlarda  parazit  və  yırtıcılar,  xüsusilə  minicilər 
soyuqdan, küləkdən məhv olurlar. Sahib-parazit münasibətləri öyrənilərkən, 
müəyyən  edilmişdir  ki,  onların  puplardan  uçuşu  zamanı,  havanın 
temperaturu  40
0
C-dən  yuxarı  və  nisbi  rütubət  35%-dən  aşağı  olduqda 
həşəratların  sayı  bir  qədər  azalır.  Belə  halda,  Pristomerus,  Scambus, 
Brakon, Trichoqramma, Copidosoma, Goniozus və s. kimi effektli parazitlər 
məhv  olur.  Onların  sahibləri  isə  belə  şəraitə  dözərək  öz  zərərverici 
fəaliyyətlərini gücləndirirlər.  
Aparılan  çoxillik  müşahidələrlə  aşkar  edilmişdir  ki,  meyvə  bağının 
mərkəzi  və  kənar  hissələrində  ağacların  zərərverici  ilə  yoluxması  və  bu 
zərərvericilərin də parazitlərlə yoluxma dərəcəsi müxtəlif səviyyədədir. Belə 
ki,  meyvə  bağının  kənar  hissələrində  (burada  nəmişlik  35%-dir)  sahibin 
parazitlərlə  yoluxması  10-15%  olduğu  halda,  bağın  mərkəzində  (nəmişlik 
60%-dir)  yoluxma  40-45%  olmuşdur.  Təcrübələr  və  müşahidələr  əsasında 
müəyyən  edilmişdir  ki,  sahib  və  parazitlər  yaxşı  isidilən,  atmosfer  rütu-
bətliliyi  çox  olmayan  quru  yerlərdə  məskunlaşmağa  daha  çox  üstünlük 
verirlər.  Yay  mövsümündə  (iyun-avqust)  orta  günlük  temperatur  26-28
0
C, 
rütubətlilik  isə  56-60%  olduqda  dağ  qurşaqlarında,  xüsusilə  nəmli  və  nek-
tarlı bitkilər çox olan sahələrdə entomofaqların fəaliyyəti yüksək olur. On-
ların sayı artır. Yüksək və aşağı temperaturların, havanın kifayət qədər rütu-
bətli  olmasının  və  digər  əlverişsiz  hava  şəraitinin  zərərvericilərin  və  ento-
mofaqların inkişafında ləngimələrə səbəb olduğu izlənilmişdir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə