Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
119 
Təbiətdə  çiçəkləyən  bitkilər  üzərindən  entomoloji  torba  ilə  material 
topladıqda  məlum  olmuşdur  ki,  meyvə  ağaclarının  zərərvericilərinin 
entomofaqları nektarla qidalanmaq üçün aprelin sonundan oktyabrın əvvəli-
nədək bu və ya digər dərəcədə çiçəkli bitkilərin üzərinə qonurlar. Beləliklə, 
müəyyən olunmuşdur ki,  parazit və  yırtıcı həşıratların  yetkin fazaları  üçün 
əlavə  yemləmə  zəruridir  və  bu  entomofaqların  effektliliyini  təmin  edir. 
Nektarlı bitkilərin olmaması faydalı həşəratların məhsuldarlığına mənfi təsir 
göstərir.  Həmçinin  bizim  tərəfimizdən  qeyd  olunmuşdur  ki,  Naxçıvan  MR 
şəraitində  mənənələrin  ifraz  etdikləri  şirin  maye  ilə  milçəklər  və  bəzi 
zarqanadlılar  (Scambus  calobatus  (Gravenhorst  1829),  Pimpla  turionellae 
Linnaeus,  1758,  Diadegma  armillata  (Gravenhorst,  1829),  Pristomerus 
vulnerator  (Panzer,  1799)  və  b.)  qidalanırlar.  Adları  çəkilən  növlər,  əsasən 
yarpaq  və  budaqlarının  üzəri  tamamilə  Eriosoma  lanigerum  (Hausmann, 
1802),  Myzus  (Nectarosiphon)  persicae  Sulzer,  1776.  mənənələrinin  mü-
rəkkəb  şəkər  tərkibli  ifrazı  ilə  örtülmüş  2-3  illik  şaftalı,  ərik,  gavalı 
ağaclarında müşahidə olunmuşlar.  
Müəyyən edilmişdir ki, şikarının hemolimfası ilə qidalanmaq əsasən 
entomofaqların  dişilərinə  xasdır  və  yumurtaların  yetişməsinə  kömək  edən 
əsas  zülal  mənbəyidir.  İxnevmonidlərdən  Pimpla  turionellae  Linnaeus, 
1758-un  sahibin  hemolimfası  ilə  qidalanması  qeyd  olunmuşdur.  Məlum 
olmuşdur ki,  ektoparazit növlərin bir çoxunun dişiləri sahibin hemolimfası 
ilə  qidalanırlar.  Əgər  sürfə  bitki  üzərindədirsə  onda  hemolimfa  ilə  qida-
lanma  birbaşa  sürfənin  bədənində  baş  verir.  Bunu,  Bracon  hebetor  Say, 
1836 parazitinin üzərində müşahidə etmək olar. Əgər sürfə bitkinin daxilin-
dədirsə, şikarın bədəni ilə birbaşa kontakt (əlaqə) mümkün olmur. Bu halda 
bitki  toxumasında  açılmış  dəlikdən  sürfənin  hemolimfası  süzülərək  parazit 
tərəfindən sorulur.  
Azərbaycanda  yetkin minicilərin qidalanmasında hemolimfanın rolu 
tam  öyrənilməmişdir.  Bu  haqda  rus  alimi  V.İ.Tobias  tərəfindən  maraqlı 
məlumatlar qeydə alınmışdır [127,128].  
Bu tədqiqatlar və müşahidələr əsaslı şəkildə sübut etmişdir ki, ento-
mofaqları imaqo mərhələsində əlavə yemləmək zəruridir. Bu isə parazit və 
yırtıcıların  effektliliyinin  artırılması,  laboratoriya  şəraitində  onların  kütləvi 
çoxaldılması üçün böyük əhəmiyyət kəsb edir.  
 
7.4. Antropogen amillərin rolu (aqrotexniki və kimyəvi tədbirlər) 
Bitki  mühafizəsində  aqrotexniki  tədbirlər  çox  müxtəlifdir:  torpağın 
becərilməsinin  qaydaları  və  müddəti,  əkilməsi,  məhsulun  yığılması,  güb-
rələrin  verilməsi  və  s.  bütün  bunlar  zərərvericilərin  sayına  və  onların  təbii 
düşmənlərinin  həyat  fəaliyyətinə  təsir  edir.  Kənd  təsərrüfatı,  o  cümlədən 


 
120 
meyvə  bitkilərinin  zərərvericilərinə  qarşı  inteqrir  mübarizədə  aqrotexniki 
tədbirlərin  rolu  əhəmiyyətli  dərəcədə  böyükdür.  Bu  tədbirlər  zərərli 
həşəratların  kütləvi  çoxalmasının  qarşısını  alır  və  faydalı  növlərin,  o  cüm-
lədən entomofaqların sayının çoxalması üçün şərait yaradır.  
Naxçıvan 
Muxtar  Respublikasının
  bağlarında  aparılan  tədqiqatlar 
zamanı məlum olmuşdur ki, aqrotexniki üsullardan düzgün istifadə edilməsi 
faydalı həşəratların da həyat fəaliyyətinə müsbət təsir göstərir. Qeyd edildiyi 
kimi,  meyvə  bağlarının  cərgə  aralarında  qarayonca,  şüyüd  və  s.  nektarlı 
bitkilərin əkilməsi  entomofaqların  daha  yaxşı  məskunlaşmasına səbəb olur. 
Bu da bağın zərərli və faydalı komponentləri arasında axırıncıların xeyrinə 
optimal  say  nisbətini  yaradır.  Belə  bağlardan  entomoloji  torba  ilə  material 
yığımı  zamanı,  müəyyən  olunmuşdur  ki,  2005-ci  ilin  5  iyunundan  10 
iyununa  qədər  Ordubad  rayonunda  3  saat  müddətində  125  çırpma  ərzində 
torbaya  çoxlu  sayda  minici  və  yırtıcı  həşəratlar  düşmüşdür.  Bunlar 
Chalcidoidae 
fəsiləsindən 
Ageniaspis 
fuscicollis  (Dalman,  1820), 
Copidosoma  varicorne  (Nees,  1834),  Baryscapus  evonymellae  (Bouché, 
1834). və b. İchneimonidae fəsiləsindən Pimpla turionellae Linnaeus 1758, 
Diadegma armillata (Gravenhorst, 1829), Scambus calobatus (Gravenhorst, 
1829),  Scambus  brevicornis  (Gravenhorst  1829),  Pristomerus  vulnerator 
(Panzer, 1799), Netelia (Netelia) fuscicornis (Holmgren, 1860). Braconidae 
fəsiləsindən  Bracon  hebetor  Say,  1836,  Meteorus  rubens  (Nees,  1811), 
Orgilus  pimpinellae  Niezabitowski,  1910,  Agathis  malvacearum  Latreille, 
1805,  Ascogaster  quadridentata  Wesmael,  1835,  Meteorus  versicolor 
(Wesmael,  1835),  həmçinin  Larvaevoridae  fəsiləsindən  olan  taxin 
milçəklərindən  bir  neçə  növ,  böcəklər  dəstəsindən  (Coleoptera
parabüzənlər,  carabid  böcəklər,  2  növ  qızılgöz,  onun  sürfələri  və  s. 
düşmüşdür. 2006-cı ilin  avqustunda təkrar material toplayarkən entomoloji 
torbaya Bethylidae fəsiləsindən və Elasmidae fəsiləsindən olan çoxlu sayda 
minicilər düşmüşdür.  
Tədqiqat illəri müddətində material  yığımı zamanı məlum olmuşdur 
ki, nektarlı bitkilər (xaşa, qarayonca) olmayan, yalnız bostan bitkiləri (paxla, 
pomidor,  badımcan,  xiyar  və  s.)  əkilən  yerlərdə  entomoloji  torbaya 
Ichneumonidae,  Braconidae  və  Chalcidoidae  fəsiləsindən  olan  bir  neçə 
minici düşmüşdür. Bunların içərisində bağ-bostan bitkilərinin zərərvericiləri 
üzərində parazitlik edən Bracon hebetor Say, 1836 sayca çoxluq təşkil edir. 
Qalanlar  isə  sürfələr  və  yırtıcıların  parabüzən,  qızılgöz  və  taxtabitilərin 
imaqosunun bir neçə nümunəsi olmuşdur. Aprelin sonu, mayın əvvəllərində 
meyvə  zərərvericilərinin  parazit  və  yırtıcılarının  qışlama  yerlərindən  çıx-
masını müşahidə edərkən məlum olmuşdur ki, entomofaqlar alaq bitkilərinin 
(otların)  üzərində  toplanırlar.  Aşkar  edilmişdir  ki,  alaq  bitkilərinin  yaz  və 
payız  aylarında  meyvə  ağaclarının  cərgə  aralarında  saxlanmasının  böyük 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə