Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
121 
əhəmiyyəti  vardır.  Alaq  otları  entomofaqların  toplaşdığı  yer  olub,  meyvə 
ağaclarının yarpaq və tumurcuqları əmələ gələrkən, onların zərərvericilərini 
aktiv  surətdə  məhv  etməyə  başlayırlar  [21].  Bundan  sonra  mayın 
əvvələrində  alaq  otlarını  təmizləyib,  entomofaqların  əlavə  qida  mənbəyini 
təşkil  edəcək  qarayonca,  şüyüd  və  digər  efiryağlı  bitkiləri  əkmək  lazımdır. 
Digər tərəfdən, bağlarda qoyulan təcrübələr də göstərmişdir ki, erkən yazda 
alaq  bitkilərinin  məhvi  zərərli  növlərin  qışlamadan  çıxmış  təbii  düşmən-
lərinin  qidadan  məhrum  olmasına  səbəb  olur.  Beləliklə,  yetkin  mərhələdə, 
alaq  otlarının  arasında  qışlayan  entomofaqlar  aprelin  sonu  mayın  əvvəllə-
rində alaq otları təmizlənərkən kütləvi surətdə məhv olurlar.  
Aprel  ayının  əvvəli  və  axırında  Naxçıvan  MR-in  meyvə  bağlarında 
aparılan  müşahidələrə  görə,  məhv  edilmiş  alaq  otlarının  arasında  1000-ə 
yaxın  ölmüş  müxtəlif  növ  parabüzən  (8-20  yumurtadan  ibarət  parabüzən 
topası),  həmçinin  yetkin  taxtabiti,  qızılgöz  və  parazit  həşəratlar  olmuşdur. 
Entomofaqların  qışlama  və  erkən  yazda  qidalanmasını  mühafizə  etmək 
məqsədilə,  bağlarda  meyvə  ağaclarının  yarpaqları  görsənənə  qədər  alaq 
otlarını məhv etmək olmaz. Yarpaqlar yarandıqdan sonra entomofaqlar alaq 
otlarından kütləvi surətdə meyvə ağaclarına keçərək onların zərərvericilərini 
məhv etməyə başlayırlar.  
Erkən yazda həmçinin qurumuş ağaclara da toxunmaq olmaz, çünki, 
onların qabığı altında entomofaqlar qışlayırlar. May ayının sonunda qışlamış 
entomofaqlar  uçduqdan  sonra  bu  ağacları  yığışdırıb  yandırmaq  lazımdır. 
Aqrotexniki tədbirləri həyata keçirərkən bağlarda entomofaqların fəaliyyəti 
üçün zəruri olan şəraiti yaratmaq lazımdır. Aqrotexniki tədbirlər yalnız zə-
rərvericilərə  deyil,  onların  parazitlərinə  də  təsir  göstərir.  Meyvə  bağlarında 
zərərli kimyəvi maddələrdən elə istifadə etmək lazımdır ki, parazit və yırtıcı 
həşəratların məhv olmasına səbəb olmasın [45,144,150,157].  
Entomofaqların həyat  fəaliyyətinə kimyəvi preparatların təsirini öy-
rənmək  üçün  bizim  tərəfimizdən  aşağıdakı  təcrübələr  qoyulmuşdur.  La-
boratoriyaya  meyvə  zərərvericilərinin  parazitləri  gətirilmişdir:  Bracon 
hebetor  Say,  1836,  Ascogaster  quadridentata  Wesmael,  1835,  Pimpla 
turionellae  Linnaeus,  1758,  Pristomerus  vulnerator  (Panzer,  1799), 
Ageniaspis  fuscicollis  (Dalman,  1820),  Baryscapus  evonymellae  (Bouché, 
1834),  Goniozus  claripennis  (Foerster,  1851).  (6.VII.2007).  Onlar  meyvə 
budağı  ilə  birlikdə  5  litrlik  şüşə  silindrlərə  yerləşdirilmiş,  sonra  isə 
pulverizatorun köməyi ilə kimyəvi preparat nurelin sulu məhlulu (0,02%) ilə 
çilənmişdir. Bu zaman 30 dəqiqə ərzində bütün parazit həşəratlar ölmüşdür. 
Digər  təcrübədə  (8.VII.2007)  10  ədəd  Ageniaspis  fuscicollis  (Dalman, 
1820). və 5 ədəd Bracon hebetor Say, 1836 içərisində zəhərli pambıq olan 3 
Petri  fincanına  (hərəsindən  5  ədəd  parazit)  qoyulmuşdur.  Birinci  fincanda 
təmiz  halda  0,25%-li  entobakterin,  ikincidə  entobakterinlə  nurelin  qarışığı 


 
122 
(0,2%+0,01%), üçüncüdə təmiz fozalon  (0,01%) qoyulmuşdur. Bir gündən 
sonra  onların  vəziyyəti  yoxlanmışdır.  Təcrübə  göstərmişdir  ki,  bakterial 
preparat  olan  entobakterin-3  parazitləri  öldürmür,  əlavə  olunmuş  nurel 
kimyəvi  preparatı,  onların  80%-ə  qədərini  (10  parazitdən  2-si  sağ  qalmış-
dır),  3-cü  variantda  (0,01%-li  fazolonla)  onların  ölümü  100%  olmuşdur. 
Beləliklə,  eksperimental  yolla  təsdiq  olunmuşdur  ki,  kimyəvi  preparatlar 
təmiz  və  entobakterinlə  qarışıqda,  parazit  və  yırtıcı  həşəratların  imaqional 
fazalarına güclü təsir göstərir.  
2007-ci  ildə  Şahbuz  rayonunun  kimyəvi  dərmanlanma  aparılmayan 
bağlarında 40 ağacdan 20-də meyvə güvəsi olmamış, qalan 20-i isə güvə ilə 
yoluxmuş  olmuşlar.  Güvə  tırtıllarının  50-60%-i  parazitlə  yoluxmuş  olmuş-
lar. Bu cür mənzərə  Ordubad rayonunun bağlarında da müşahidə  olunmuş-
dur.  100  ağacdan  70-i  güvə  ilə  yoluxmamış,  30  ağacın  meyvə  güvəsi  ilə 
yoluxması 1 ball, güvə tırtıllarının parazitlə yoluxması 90-100% olmuşdur.  
Beləliklə,  bağlarda  düzgün  kimyəvi  dərmanlamanın  aparılması  za-
manı, zərərli həşəratların ziyanvericiliyi azalır, faydalı həşəratların fəaliyyəti 
isə artır.  
Digər  təcrübənin  nəticələrinə  əsasən  5  iyun  2007-ci  ildə  meyvə  gü-
vəsinin  tırtıllarına  qarşı,  bağda  kimyəvi  dərmanlanma  (0.05%  sevin)  apar-
mazdan  12  saat  əvvəl,  meyvə  ağaclarının  aralarından  entomoloji  torba  ilə 
100 entomoloji çirpma zamanı 10-dan-60-a qədər Diadegma armillata (Gra-
venhorst,  1829),  5-80  ədəd  Ageniaspis  fuscicollis  (Dalman,  1820),  3-25 
ədəd  Bracon  hebetor,  Say  1836  və  digər  parazit  və  yırıcı  həşəratlar  tutul-
muşdur. Bağın dərmanlanmasından 7 gündən sonra (12 iyun 2007-ci il), 100 
çırpmada  torbaya  yuxarıda  göstərilən  entomofaqlardan  cəmi  2-8  ədədi 
düşmüşdür.  Eyni  zamanda  kontrol  variantda,  yəni  kimyəvi  dərmanlanma 
aparılmayan  yerdə  onların  sayı  12-dən-125-ə  qədər  artmışdır.  Beləliklə, 
bizim  tərəfimizdən  müəyyən  olunmuşdur  ki,  bağlarda  mütəmadi  kimyəvi 
dərmanlama  apardıqdan  sonra  entomofaqlar  95-100%  məhv  olur.  Kimyəvi 
dərmanlama  aparılmayan  bağlarda  parazit  kompleksi  ilə  yoluxma  50-60% 
olur.  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə