Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
116 
0
5
10
15
20
25
30
35
40
45
50
1
2
3
4
5
6
7
8
9
10
Щаванын температуру
Уч
ан ф
ярдляри
н сайы
S.colobata
B.hebetor
D.armillata
 
 
Şək.7.1. Scambus calobatusBracon hebetorvə Diadegma armillata 
növlərinin uçuş dinamikasının temperaturdan asılılığı. 
 
Ordubad  rayonundakı  dayaq  məntəqəsində  entomofaqlardan  Scambus 
calobatus  (Gravenhorst,  1829),  Bracon  hebetor  Say,  1836  və  Diadegma 
armillata  (Gravenhorst,  1829)  növlərinin  temperaturdan  asılı  olaraq  uçuş 
dinamikası öyrənilmişdir (Şək.7.1).  
Şəkildən  göründüyü  kimi,  22
0
C-dən  30
0
C-yə  kimi  uçuşan  növlərin 
sayı maksimum, 42
0
C-də isə minumum həddə çatır.  
7.2. Biotik amillərin rolu  
Toplanılmış  materiallar  və  müşahidələr  göstərir  ki,  faydalı  həşərat-
ların  fəaliyyəti  heç  də  həmişə  səmərəli  olmur.  Müəyyən  olunmuşdur  ki, 
parazit  həşəratlar  tez-tez  digər  ikincili  parazitlərin  (Hemitelis  sp
Mesochorus  sp., Tetrastichus  sp. və  b.) və  ya  yırtıcı  həşəratların qurbanına 
çevrilirlər ki, bu da parazitlərin effektivliyini əhəmiyyətli dərəcədə azaldır. 
Naxçıvan 
Muxtar  Respublikası
  şəraitində  ikincili  parazit  Tetrastichus  sp., 
Diadegma armillata (Gravenhorst, 1829) minicilərinin sayını 6-18% azaldır. 
Parazit  Diadegma  armillata-nı  pup  mərhələsində  məhv  edir.  Bu  cinsdən 
(Tetrastichus)  olan  bəzi  növlər  taxin-milçəklərinin  (Nemorilla  floralis 
(Fallen, 1810), Agria mamillata (Pandelle, 1896) və b.) puplarında parazitlik 
edirlər.  Mesochorus  sp.  isə  tək  ipəksarıyan,  alma  güvəsi,  meyvə  güvəsi, 


 
117 
qızılqarın  və  digər  zərərvericilırin  parazitlərinin  ikincili  parazitidir. 
Hemitelis  sp.  bizim  tərəfimizdən  yarpaqbükənlərin  parazitlərinin  ikincili 
paraziti  kimi  qeyd  edilmişdir.  Həşəratların  parazitlərlə  yoluxması,  bir  çox 
hallarda  birincili  (və  ya  ilkin)  parazitin  həyat  tərzindən  asılıdır.  Sahibin 
bədənində  puplaşan,  beləliklə  də  özünü  əlavə  mühafizə  qatı  ilə  qoruyan 
növlərə  nisbətən,  sahibdən  kənarda  (Apanteles,  Anilasta  valida  (Pfank.), 
Casinaria  nigripes  (Grav.),  Iseropus  aterocirafor  (F.)  puplaşan  ilkin 
parazitlər ikinci dərəcəli parazitlərlə daha güclü yoluxur.  
Ədəbiyyat məlumatına əsasən, Pachyneron solitarius (Ratz.) ipəksa-
rıyanın  yumurtalarının  50%-ni  yoluxdurur.  İpəksarıyanın  yumurtalarında 
Telenomus  gracilis  Mayr.  inkişaf  edir.  1958-1961-ci  illərdə  aparılmış  təc-
rübə  və  müşahidələrə  əsasən  Anilasta  valida  (Frank.)  sürfələrinin  60%-ə 
qədəri ikincili parazitlərlə yoluxur [2, s. 212-235].  
Naxçıvan 
Muxtar  Respublikası
  şəraitində  parazitlərin  demək  olar  ki, 
10%-ə  qədəri  ikincili  parazitlərlə  yoluxurlar.  Müşahidələrə  və  toplanmış 
materiallara  əsasən,  ikincili  parazitlə  ən  yüksək  yoluxma  6-16%-ə  qədər 
Diadegma  armillata  (Gravenhorst,  1829)  və  Scambus  calobatus 
(Gravenhorst,  1829)da  olmuşdur.  Onlar  Tetrastichus  cinsinin  parazitləri  ilə 
yoluxmuşlar.  
 
7.3. Nektarlı bitkilərin rolu  
Bizim  müşahidələrimizə,  eləcə  də  müxtəlif  biotoplardan  yığılmış 
materiallara  əsasən,  aşkar  olunmuşdur  ki,  zərərverici  və  entomofaqların 
hamısı bu və ya digər dərəcədə müxtəlif çiçəkli bitkilərin (ot bitkilərindən-
çətirçiçəklilərin,  kələmçiçəklilərin,  paxlalıların,  meyvə  ağaclarından  ərik, 
şaftalı, heyva, alça, armud və s.) nektarı ilə əlavə olaraq qidalanırlar. Ento-
mofaqlar  çiçəkli  bitkilərin  nektarı  ilə  qidalandıqda,  onların  ömrü,  yumurta 
qoyma və məhsuldarlıq dövrü uzanır [25].  
Muxtar  respublikanın 
meyvə  bağlarında  və  çəmənliklərdə  yazda 
(aprel-may)  çiçəkləyən  bitkilərdən  qarayonca  və  çəmən  yoncası,  iyunda 
südləyən,  iyulda  yabanı  yerkökü,  baldırğan  və  mədəni  bitkilər  üstünlük 
təşkil  edir.  Müşahidə  olunmuşdur  ki,  meyvə  bağlarının  cərgə  aralarında 
sadalanan nektarlı bitkilər bitən sahələrdə minicilərin sayı daha çoxdur. Bu 
məqsədlə  də  meyvə  güvəsinin  paraziti  olan  aqeniaspisin  və  digərlərinin 
fəaliyyətinin  güclənməsi  üçün  bağın  cərgə  aralarında  nektarlı  çiçəkləri  ilə 
entomofaqların həyat fəaliyyətini gücləndirən yonca və ya şüyüd toxumları 
əkmək  lazımdır.  Parazitlər  çiçəkli  bitkilərin  nektarı  ilə  qidalandığı  zaman 
onların  ömrü  10-15  dəfə,  yumurta  qoyması  və  nəsil  verməsi  isə  5-10  dəfə 
artır.  Bağlarda  entomofaqların  cəlb  olunması  və  çoxalmasının 
gücləndirilməsi,  effektliliyinin  artırılması  üçün,  nektarlı  bitkilərin  meyvə 


 
118 
bağlarının  cərgə  aralarında  və  kənarlarında  əkilməsi  məsləhət  görülür. 
Ədəbiyyat məlumatlarına və şəxsi müşahidələrimizə görə, yetkin miniciləri 
çiçəkli  bitkilərin  nektarı  ilə  qidalandırdıqda  onların  ömrü,  yumurta  qoyma 
və məhsuldarlıq dövrü uzanır [34, s. 187-195; 26; 142].  
Biz  çəyirdəkli  meyvə  ağaclarının  zərərvericilərinin  parazitlərinin 
tədqiqi zamanı qeyd etmişik ki, yaşlı minicilər və taxin milçəkləri çiçəklərin 
nektarı, mənənələrin, yastıcaların və s. həşəratların ifraz etdikləri şirin maye 
və hemolimfası ilə qidalanırlar. Bəzi effektli entomofaqların ömrünün uzan-
masına və yumurta qoyma qabiliyyətinə əlavə qidalanmanın təsiri böyükdür. 
Bizim  tərəfdən  bəzi  effektli  parazitlərin  əlavə  qidalanması  öyrənilmişdir. 
Bunun  ücün  bağlarda  əlavə  yem  bazasını  təşkil  edə  biləcək  bitkilərlə  zən-
ginləşdirilməsi  praktiki  əhəmiyyətə  malikdir.  Bu  məqsədlə  də  Ageniaspis 
fuscicollis  (Dalman,  1820).,  Diadegma  armillata  (Gravenhorst,  1829), 
Pimpla  turionellae  Linnaeus,  1758,  Bracon  hebetor  Say,  1836.,  Goniozus 
claripennis  (Foerster,  1851)  və  başqalarının  ömrünün  uznluğuna  qidalan-
manın  təsirini  öyrənərkən,  biz  onların  tamamilə  ac  qaldıqda  ömürlərinin 
kəskin  azalmasını  qeyd  etdik.  Aqeniaspis  paraziti  şəkər  şərbəti,  meyvə 
şirələri, şüyüd və yonca çiçəkləri ilə qidalandırılarkən aydın olmuşdur ki, o, 
43  gün,  əlavə  yemləmə  olmadan  isə  cəmi  3  gün  yaşamışdır.  Tamamilə  ac 
saxladıqda  Bracon  hebetor  Say,  1836  paraziti  12-18  gün,  şəkər  şirəsi  və 
əriyin quru meyvələrinin lətli hissəsi ilə yemləndirildikdə erkəkləri 20 gün, 
dişiləri  isə  32  gün  yaşamışlar.  Əlavə  yemləmə  olmadıqda  bu  həşəratlarda 
yumurta  əmələgəlmə  prosesi  baş  vermir,  uzun  müddətli  aclıq  isə  dişilərdə 
əmələ  gəlmiş  yumurtaların  sorulmasına  (rezorbsiya)  səbəb  olur.  Labora-
toriya  şəraitində  22-24
0
C  temperaturda  və  rütubət  48-58%  olduqda  20%-li 
şəkər  məhlulu  (şərbəti)  ilə  yemləndirilmiş  dişi  Diadegma  armillata  (Gra-
venhorst, 1829)-un ömrünün uzunluğu 29-30 gün, erkəklərinin isə ömrü orta 
hesabla 20-23 gün olmuşdur. Goniozus claripennis (Foerster, 1851) parazi-
tini şəkər şərbəti ilə yemləndikdə ömrünün uzunluğu 6-14 gün, yetişmiş ərik 
və tutla yemləndikdə isə 14-15 gün olmuşdur.  
Beləliklə,  məlum  olmuşdur  ki,  parazitlərin  dişilərini  şəkərli  maddə-
lərlə  və  nektarlı  bitkilərlə  (şüyüd,  yonca)  yemlədikdə  yumurta  qoyma  pro-
sesi güclənir, bu da dişilərin məhsuldarlığının yüksəlməsinə və onların yük-
sək effektliliyinə səbəb olur. Müşahidələrimizə əsasən paxla odlucasının pa-
razitlərinin dişisini hər gün şəkər şərbəti və su ilə əlavə yemlədikdə onlar ay 
yarım yaşamışlar. Onun paraziti Pimpla turionellae Linnaeus, 1758-in erkək 
və  dişiləri  əlavə  yemləmə  olmadan  8-13  gün,  şirinləşdirilmiş  su  ilə  yem-
lədikdə  isə  63  gün  yaşamışdır.  A.A.Abdinbəyovanın  məlumatına  əsasən 
Apanteles glomeratus, L. qidasız 4 gün, su ilə 7 gün, şəkər məhlulu ilə yem-
ləndirdikdə isə 14 gün yaşamışdır [67, s. 188-191].  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə