Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   39   40   41   42   43   44   45   46   47

 
123 
NƏTİCƏLƏR 
 
 
1.  Naxçıvan 
Muxtar  Respublikasının
  bağlarında  çəyirdəkli  meyvə 
ağaclarına zərərverən 4 dəstəyə, 23 fəsiləyə və 50 cinsə mənsub olan 59 növ 
zərərverici  aşkar  edilmişdir.  Bunlardan  24  dominant  növün  bioekoloji 
xüsusiyyətləri, 
təsərrüfat 
əhəmiyyəti, 
bölgə 
üzrə 
yayılma 
qanunauyğunluqları öyrənilmişdir. Aşkar edilmiş zərərvericilərdən 4 növü-
Phyllobius  (Nemoicus)  oblongus  (Linnaeus,  1758).-Meyvə  uzunburunu, 
Phyllobius 
(Pterygorrhynchus) 
maculicornis 
Germar, 
1824-Yarpaq 
uzunburunu,  Hoplocampa  minuta  (Christ,  1791).-Qara  gavalı  mişarçısı, 
Hoplocampa  flava  (Linnaeus,  1761).-Sarı  gavalı  mişarçısı  Azərbaycan 
faunası  və  25  növü  isə  Naxçıvan 
Muxtar  Respublikasının
  faunası  üçün  ilk 
dəfə qeyd edilmişdir.  
2.  İlk  dəfə  olaraq  Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağları 
üçün  daha  ciddi  hesab  edilən  6  növ  (Kalifornia  çanaqlı  yastıcası,  gavalı 
uzunburunu,  qızılqarın  kəpənək,  valehedici  gözəlçə,  tək  ipəksarıyan, 
yemişan  kəpənəyi)  zərərvericinin  fenologiyası  izlənilmişdir.  Bu  təqvim 
fenologiyasına  əsasən  qeyd  olunan  zərərvericilərə  qarşı  mübarizə 
tədbirlərinin aparılması vaxtı təyin edilmişdir.  
3.  İlk  dəfə  olaraq  Naxçıvan 
Muxtar  Respublikasında
  14  növ  ciddi 
zərərvericinin  sayının  biotənzimlənməsində  56  növ  entomofaqın  (34  növ 
parazit  və  22  növ  yırtıcı)  fəaliyyət  göstərdiyi  aşkar  edilmişdir.  Onlardan  9 
növü  Braconidae,  13  növü  Ichneumonidae,  7  növü  Chalcidoidae,  1  növü 
Bethylidae, 4 növü Tachnidae, 14 növü Coccinellidae, 2 növü Carabidae, 4 
növü  Dermestidae  və  2  növü  isə  Chrysopidae  fəsiləsinə  mənsubdurlar. 
Entomofaqlardan  5  növü  (Macrocentrus  ancylivorus  (Rohwer,  1923)., 
Encarsia  perniciosi  (Tower,  1913).,  Dermestes  (Dermestes)  bicolor 
Fabricius,  1781.,  Dermestes  (Dermestes)  ater  De  Geer,  1774.,  Dermestes 
(Dermestinus)  undulatus  Brahm,  1790),  Azərbaycan  faunası  və  4  növü 
(Meteorus  versicolor  (Wesmael,  1835).,  Aphytis  proclia  (Walker,  1839)., 
Calosoma  (Calosoma)  inquisitor  (Linne,  1758).,  Dermestes  (Dermestes) 
lardarius  Linnaeus,  1758)  isə  Naxçıvan 
Muxtar  Respublikasının
  faunası 
üçün ilk dəfə qeyd edilmişdir.  
4. Parazit və yırtıcılardan 20 növü meyvə güvəsinin, 10 növü yarpaq 
güvəsinin, 17 növü zolaqlı meyvə güvəsinin, 11 növü tumurcuq fırfırasının, 
11  növü  qızılgül  yarbaqbükəninin,  15  növü  qızılqarın  kəpənəyin,  12  növü 
tək  ipəksarıyanın,  16  növü  gavalı  meyvəyeyəninin,  12  növü  şərq  meyvə-
yeyəninin, 11 növü valehedici gözəlçənin, 12 növü yemişan kəpənəyinin, 8 
növü  gavalı  uzunburununun,  20  növü  gavalı  mənənəsinin  və  9  növü  isə 
Kalifornia çanaqlı yastıcasının sayının aşağı düşməsində fəal rol oynayır.  


 
124 
5.  İlk  dəfə  olaraq,  parazit  və  yırtıcılardan  13  növünün  (Bracon 
hebetor  Say  1836.,  Meteorus  versicolor  (Wesmael,  1835).,  Macrocentrus 
ancylivorus  (Rohwer,  1923).,  Diadegma  armillata  (Gravenhorst,  1829)., 
Scambus  calobatus  (Gravenhorst,  1829).,Ageniaspis  fuscicollis  (Dalman, 
1820).,  Copidosoma  varicorne  (Nees,  1834).,  Goniozus  claripennis 
(Foerster, 1851)., Adalia (Adalia) bipunctata (Linnaeus, 1758)., Chilocorus 
bipustulatus  (Linnaeus,  1758).,  Calosoma  (Calosoma)  sycophanta  (Lin-
naeus,  1758).,  Dermestes  (Dermestes)  lardarius  Linnaeus,  1758.,  Chry-
soperla  carnea  (Stephens,  1836)  bioekoloji  xüsusiyyətləri,  fenologiyası, 
zərərvericilərin  biotənzimlənməsində  onların  rolu,  parazit-sahib  münasi-
bətləri, təsərrüfat əhəmiyyəti geniş öyrənilmiş, onlardan zərərvericilərə qarşı 
bioloji  mübarizədə  istifadə  edilməsinin  mümkünlüyü  məqsədəuyğun  hesab 
edilmişdir.  
6.  Müəyyən  edilmişdir  ki,  qışı  şaxtalı  və  yayı  isti  keçən 
Muxtar 
Respublikasında 
mənfi  20-22
0
C  temperatur,  bir  sıra  zərərvericiləri,  o 
cümlədən  yarpaq  güvəsi,  mənənə,  yastıca  və  böcəklər,  (tırtıl  və  sürfələri) 
qışlama  yerlərində  45-50%  məhv  edirsə,  onların  təbii  düşmənlərini,  o 
cümlədən  zarqanadlıları  (ixnevmonidləri,  brakonidləri,  xalçidləri,  taxin 
milçəklərini  və  s.)  isə  80-85%  məhv  edir.  Yay  aylarında  maksimal 
temperatur 40-42
0
C, rütubət 35% olduqda zərərvericilərin və entomofaqların 
inkişaf mərhələləri dayanır və əksər hallarda onlar məhv olurlar. Gündəlik 
orta  temperatur  26-28
0
C,  nisbi  rütubət  isə  56-60%  olduqda  isə  əksinə, 
bağlarda  entomofaqların  fəaliyyətinə  şərait  yaranır,  onlar  zərərveicilərin 
artıb-çoxalmasının qarşısını alırlar.  
7. Aşkar edilmişdir ki, entomofaqlar əlavə olaraq şəkərli maddələrlə, 
bitki  nektarı  və  şirələrlə  qidalandırıldıqda,  onlarda  yumurta  qoyma  prosesi 
güclənir. Bu, dişi fərdlərin cinsi məhsuldarlığının  yüksəlməsinə, parazit və 
yırtıcıların biotənzimləyici fəallığının artmasına səbəb olur. Bu məqsədlə də 
zərərvericilərin  sayının  tənzimlənməsi  məqsədi  ilə  bağlara  entomofaqların 
cəlb edilməsində nektarlı bitkilərin (şüyüd, qarayonca, xaşa, yerkökü və s.) 
rolu qiymətləndirilmişdir.  
8.  Meyvə  bağlarında  zərərverici  həşəratlara  qarşı  mübarizədə  kim-
yəvi preparatlardan səmərəli və vaxtlı-vaxtında istifadə etdikdə, aqrotexniki 
tədbirlərə  düzgün  əməl  etdikdə  onların  sayı  azalır,  faydalı  parazit  və 
yırtıcıların  isə  sayı,  fəaliyyəti  artır.  Zərərvericilərin  isə  kompleks 
entomofaqlarla yoluxma dərəcəsi 50-60%-ə çatır.  
 
 
 
 
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə