Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
110 
Yumurtalar  adətən  ağacın  qabığının  qırış  hissəsinə  və  tək  ipəksa-
rıyanın  topa  halında  yumurtasının  ətrafına  qoyulur.  Hava  şəraitindən  asılı 
olaraq,  yumurtanın  inkişafı  4-12  gün  çəkir.  İyunun  axırı,  iyulun  əvvəli 
yumurtalardan çıxan sürfələr tək ipəksarıyanın təzəcə qoyduğu yumurtalarla 
qidalanmağa başlayırlar. Sahibin bir topa halında olan yumurtaları üzərində 
8-10  lardarius  sürfəsinə  rast  gəlinir.  Sürfələr  bir  topa  yumurtanı  yedikdən 
sonra digər topa  yumurtaya keçirlər və  beləliklə, sentyabr  ayının ortalarına 
kimi  30-35 gün qidalanırlar. Sürfələr 6-7 dəfə  qabıq  dəyişərək inkişaflarını 
başa çatdırıb, ya ipəksarıyanın boş yumurta topasının daxilində, ya da ağac 
qabığının altında pup mərhələsinə keçirlər. Kütləvi puplaşma avqust ayının 
ikinci  yarısında  və  sentyabr  ayının  əvvəlində  baş  verir.  Bir  nəslin  inkişafı 
50-60 gün çəkir [28].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dermestes lardarius 
6.2.13. Chrysoperla carnea (Stephens, 1836)  
Adi  qızılgözün  5  sinonimi  var:  Anisochrysa  carnea  (Stephens, 
1836);  Chrysopa  canariensis  Tjeder,  1940;  Chrysopa  carnea  Stephens, 
1836;  Chrysopa  carnea adaptata  Navás, 1934;  Chrysopa  ferganica  Navás, 
1933 [199].  
Adi qızılgöz Naxçıvan 
Muxtar Respublikasının
  rayonlarında  aran  və 
dağətəyi,  qismən  də  dağlıq  hissələrdə  yayılmışdır.  Zərərvericilərin  təbii 
şəraitdə  say  dinamikasını  tənzimləyən  ən  faydalı  və  effektli  yırtıcıdır. 
Meyvə bağlarında ağacların aşağı yaruslarında daha çox nəzərə çarpır [33]. 


 
111 
Axşamlar  elektrik  işığına  çox  həvəslə  cəlb  olunurlar.  Babək  rayonunun 
Zeynəddin, Sirab və Şıxmahmud, Ordubad rayonunun Aza, Dəstə və Unus, 
Şahbuz  rayonununun  Keçil,  Kükü,  Şərur  rayonunun  Dəmirçi  və  Siyaqut 
kəndlərində  stasionar  təcrübələr  vasitəsi  ilə  bu  yırtıcı  qızılgözün  bioekoloji 
xüsusiyyətlərinə  və  təsərrüfat  əhəmiyyətinə  dair  çoxlu  müşahidələr 
aparılmış və aşağıdakı məsələlər öyrənilmişdir. Adi qızılgözün yaşlı fərdləri 
(imaqo)  ağımtıl-yaşıl  rəngdə  olub,  meyvə  bağlarında  may  ayından 
başlanmış  oktyabr  ayına  kimi  çoxalaraq  zərərvericiləri  məhv  edir.  Bu 
faydalı  yırtıcının yumurta və sürfələrinə ən çox ərik, alça, gavalı və şaftalı 
ağaclarının yarpaqlarında rast gəlmək olur. Ən çox mənənələrlə qidalanırlar. 
İmaqo  mərhələsi  axşamlar  elektrik  işığından  toplanılmışdır.  Belə  ki,  iyun 
ayının  2-də  axşam  saat  23
00
  dan  24
00-
dək  (bir  saat  müddətində)  16  ədəd, 
03.06.2006-cı  il  tarixdə  isə  22
00
-dan  24
00
-dək  20  ədəd  adi  qızılgözün  yaşlı 
fərdləri  tutulmuşdur.  2006-cı  ilin  iyun  ayının  6-da  Zeynəddin  kəndində 
həyətyani  sahədə  olan  ərik  ağacından  tutulmuş  bir  ədəd  dişi  qızılgöz  elə 
həmin  gün  25  ədəd  yumurta,  ikinci  gün  20  ədəd,  üçüncü  gün  isə  8  ədəd 
yumurta  qoymuşdur.  İyunun  18-də  tutulmuş  qızılgöz  isə  65  ədəd  yumurta 
qoymuşdur.  Ordubad  rayonunun  Əndəmic  kəndində  şaftalı  ağacından 
28.07.2006-cı il tarixdə tutulmuş imaqo qızılgöz 30.07.2006-cı il tarixədək, 
üç  gün  müddətində  105  yumurta  qoymuşdur.  Alça  ağacından  tutulmuş 
imaqo isə həmin vaxtda 115 yumurta qoymuşdur. Qızılgözlər yumurtalarını 
ən çox mənənə topaları olan sahəyə qoyurlar ki, burada yumurtalardan çıxan 
sürfələr  bol  qida  ilə  təmin  olunurlar.  31.07.2006-cı  il  tarixdə  ərik  ağacı 
yarpağı  üzərində  hesablama  apararkən  aydın  olmuşdur  ki,  5  qızılgöz 
yumurtasından təzəcə çıxmış sürfələr 3 saat müddətində 100 mənənədən 26 
mənənə ilə qidalanmışlar.  
2005-ci  ildə  Ordubad  rayonu  bağlarında  çəyirdəkli  meyvə  ağacları 
üzərində  müşahidələr  aparılmış  və  adi  qızılgözün  bioekologiyasına  dair 
aşağıdakılar  müəyyən  edilmişdir.  Beləki,  laboratoriya  şəraitində  24-26
0

temperaturda adi qızılgözün yumurta mərhələsinin inkişafı 2-3 gün, sürfənin 
inkişafı 7-10 gün, pup mərhələsinin inkişafı 8-14 gün, bir nəslin tam inkişafı 
isə  17-27  gün  çəkmişdir.  Çöl  şəraitində  isə  tənzif  torbaya  salınmış  budaq 
üzərindəki müşahidələrə əsasən, yumurtanın inkişafı 3 gün, sürfənin inkişafı 
21 gün, pupun inkişafı 9 gün, bir nəslin tam inkişafı isə 33 gün çəkmişdir.  
Ədəbiyyat  məlumatlarına  əsasən,  İsrail  şəraitində  Capnodis 
tenebrionis  sürfələri  daxilində  adi  qızılgözün  yumurta  mərhələsi  3-22  gün, 
sürfəsi  8-51  gün,  pupu  isə  6-18  günə  inkişaf  edir  [139].  Bir  dişi  qızılgöz 
ömrü boyu 500-700 yumurta qoya bilir. Naxçıvan MR şəraitində ildə 7 nəsil 
verir.  Azərbaycanda  və  coğrafi  mövqeyinə  görə  yaxın  ölkələrdə  bu  ento-
mofaq ildə 5-6 nəsil verir.  


 
112 
Adi  qızılgöz  yumurtalarını  ağac  yarpaqlarının  alt  və  üst  hissəsinə, 
çiçək  yanlığına,  gövdə  və  ya  budaqların  üzərinə  qoyur.  Yumurtaların  hər 
birinin 3-4 mm uzunluğunda saplağı olur və bu saplaq substrata yapışdırılır. 
Yumurtalar  əksərən  mənənə  topalarına  yaxın  qoyulur  ki,  onlardan  çıxan 
sürfələr  mənənələrlə  qidalana  bilsinlər.  Müşahidələr  göstərmişdir  ki,  kiçik 
yaşlı  sürfələr  ən  çox  zərərvericilərin  yumurtası  və  kiçik  yaşlı  mənənələrlə, 
iri  yaşlı  sürfələr  isə  müxtəlif  böyüklükdə  olan  kiçik  yaşlı  tırtıllar  və  iri 
mənənələrlə  qidalanırlar.  Sürfələr  3-4  həftə  qidalandıqdan  sonra  axırıncı 
yaşda  pup  halına  keçirlər.  Puplara,  ağ  ipək  kürə  şəklində,  ağacların  qabığı 
altında rast gəlmək olur. Yaşlı fərdlər pupdan çıxdıqdan sonra mayalanırlar 
və  bir  neçə  gün  (2-3  gün)  sonra  isə  yumurta  qoymağa  başlayırlar.  Onların 
əsasən  yaşlı  formaları,  ağacların  qabığı  altında  tək-tək  və  ya  topa  halında, 
hər topada 2-3-dən 50-60-dək qışlayırlar. Yazda aprelin axırı və may ayının 
əvvəllərində  qışlama  yerlərindən  çıxan  yaşlı  fərdlər,  çiçəklərin  şirə  və 
tozcuqları, mənənələrin ifraz etdiyi şirin maye ilə qidalanırlar. Adi qızılgöz 
350-650  ədəd  yumurta  qoymaq  qabiliyyətinə  malikdir.  Meyvə  bitkiləri 
üzərində aparılan hesablamalara  əsasən qızılgözün bir  ədəd sürfəsi  bir  gün 
ərzində  25-30  ədəd,  bütün  həyatı  ərzində  isə  400-850  ədəd  mənənə  ilə 
qidalanır.  Onun  iri  yaşlı  sürfəsi  bir  gün  ərzində  yarpaq  güvəsinin  10-12 
yumurtasını, 5-8 meyvə güvəsi və 2-3  yarpaq güvəsinin kiçik yaşlı tırtılını 
məhv  edir.  Xüsusilə  ərik,  şaftalı  və  gavalı  mənənəsinin  üzərində  daha  çox 
yırtıcılıq fəaliyyəti göstərirlər. Onlar 2 dəfə qabıq dəyişirlər. Birinci qabıq-
dəyişmə 3 gün, ikinci qabıqdəyişmə isə 7 gün çəkir.  
 
Chrysoperla carnea 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə