98
Copidosoma varicorne
Beləliklə, aydın olmuşdur ki, parazitin inkişafı yumurtadan yaşlı
fərdə kimi 35-40 gün (qışlama müddəti nəzərə alınmadan) çəkir. Ordubad
rayonunda parazit də sahibi kimi iki nəsil verir. Parazitin sahibi yoluxdurma
dərəcəsini öyrənərkən aydın olmuşdur ki, ərik ağacının yarpaqları üzərindən
birinci dəfə götürülmüş 145 tırtıldan 60 ədədi (41,5%), ikinci dəfə götürül-
müş 150 tırtıldan 64 ədədi (42,7%) parazitlə yoluxmuşdur. Şahbuz rayonu
bağlarında isə ərik yarpaqları üzərindən götürülmüş 133 tırtıldan 51 ədədi
(38,1%), ikinci dəfə götürülmüş 123 tırtıldan 49 ədədi (39,8%) parazitlə
yoluxmuşdur.
6.2.8. Goniozus claripennis (Foerster, 1851)
Bu parazit növü Zarqanadlılar (
Hymenoptera) dəstəsinin
Bethylidae
fəsiləsindəndir. Onun 10 sinonimi mövcuddur:
Goniozus claripennis
(Foerster, 1851);
Goniozus disjunctus (Kieffer, 1926);
Goniozus Foerster,
1856;
Goniozus gallicola (Kieffer, 1905);
Goniozus gestroi (Kieffer, 1904);
Goniozus maurus Marshall, 1905;
Goniozus mobilis Foerster, 1860;
Goniozus plugarui Nagy, 1976;
Goniozus punctatus Kieffer, 1914;
Goniozus tibialis Vollenhoven, 1878 [194].
Naxçıvan
Muxtar Respublikasının
meyvə bağlarında geniş yayılaraq
7 növ zərərvericinin sayının biotənzimlənməsində mühüm rol oynayır
(cədvəl 6.1). Bu zərərvericilər içərisində əsas sahib zolaqlı meyvə güvəsi və
gavalı meyvəyeyəni olmuşdur. Bununla yanaşı, bu parazitin zərərvericilərin
tənzimlənməsində effektli parazit kimi Azərbaycanda qeyd edilməsi də
Z.M.Məmmədova məxsusdur [94, s. 199].
Bölgə entomofaunasında çəyirdəkli meyvə bitkilərinin zərərverici-
lərinin bioekoloji xüsusiyyətlərini və entomofaqlarını öyrənərkən onlar içə-
risində
Goniozus claripennis (Foerster, 1851) paraziti çoxluğuna və yolux-
durma dərəcəsinə görə diqqətimizi özünə cəlb etdi. Onun bioekoloji xüsu-
siyyətlərinin və sahibin sayının aşağı düşməsində rolunun öyrənilməsini
100
Parazitlərin cütləşməsi uçuşun ikinci günü baş verir və 4-5 dəqiqə
çəkir. Uçuşdan 2-4 gün sonra dişilər yumurta qoymağa başlayırlar. Parazit
yumurtasını 6-8 ədəd olmaqla, zolaqlı meyvə güvəsinin ikinci yaş tırtılı
bədəninin alt seqmentinə qoyur. Havanın orta günlük temperaturu 20-24
0
C
olduqda, bir gündən sonra yumurtadan sürfələr çıxır və 3-5 gündən sonra
onlar axırıncı yaşda, ölmüş tırtılın qalığı üzərində pup mərhələsinə keçirlər.
18-20 gündən sonra puplardan yaşlı fərdlər çıxmağa başlayır. Parazitin
yaşayış dövrü 25-75 gün çəkir. İldə bir neçə nəsil verir.
Goniozus claripennis parazitinin zolaqlı meyvə güvəsi və gavalı
meyvəyeyəni tırtıllarının bioloji tənzimlənməsində rolunu aşkar etmək məq-
sədi ilə Ordubad, Şahbuz və Şərur rayonlarının meyvə bağlarında hesablama
işləri aparılmışdır (Cədvəl 6.5).
Cədvəl 6.5
Muxtar
Respublika
bağlarında Zolaqlı meyvə güvəsi və Gavalı
meyvəyeyəni tırtıllarının
Goniozus claripennis paraziti
ilə yoluxma dərəcəsi
İll
ər
Zərərverici tırtılların
toplanıldığı yer və tarix
Zolaqlı meyvə güvəsi
T
ar
ix
Gavalı meyvəyeyəni
T
ır
tıll
ar
ı
n
say
ı
Onlardan
yoluxmuşlar
T
ır
tıll
ar
ı
n
say
ı
Onlardan
yoluxmuşlar
Sayı %-lə
Sayı %-lə
2005
Babək
15,06
145
30
20,6
20,08 102
11
10,7
20,06
120
23
29,1
22,08 114
13
11,4
2006
Şahbuz
20,07
113
21
18,5
25,08 92
10
10,8
25,07
139
28
20,1
28,08 77
7
9,0
2007
Şərur
18,08
142
31
21,8
07,09 130
12
9,2
Muxtar respublika üzrə
659
133
20,1
-
515
53
10,2
Nəticədə müəyyən edilmişdir ki, parazit Babək rayonunda zolaqlı
meyvə güvəsi tırtıllarını 23-30%, gavalı meyvəyeyəni tırtıllarını 10,7-
11,4%; Şahbuz rayonunda zolaqlı meyvə güvəsi tırtıllarını 21,8%, gavalı
meyvəyeyəni tırtıllarını 9-10,8%; Şərurda isə güvəni 21,8%, gavalı mey-
vəyeyənini isə 9,21% yoluxdurur. Muxtar respublikada parazit zolaqlı mey-
və güvəsi tırtıllarını, orta hesabla 20,1%, gavalı meyvəyeyəni tırtıllarını isə
10,2% yoluxdurur. Parazitin təsərrüfat əhəmiyyətini nəzərə alıb, onun labo-
ratoriya şəraitində çoxaldılması yollarını öyrəndikdən sonra bioloji müba-
rizədə istifadəsi mümkündür.
6.2.9. Adalia (Adalia) bipunctata (Linnaeus, 1758)
Parabüzənin 2 -
Coccinella bipunctata bipunctata Linnaeus, 1758;
Coccinella bipunctata frigida Schneider, 1792 sinonimi var [195].
Adaliya parabüzəni Naxçıvan Muxtar Respublikasının yalnız meyvə
bağlarında geniş yayılmaqla, çəyirdəkli meyvə zərərvericilərinin sayının