69
70
71
Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən av-
qust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul
ayının ikinci və üçüncü ongünlüklərində başlanır, 16-19 gün davam edir.
Dişilər 1-2 gün, erkəklər isə 6-7 gün yaşayırlar. Hesablamalarımıza görə, bir
kəpənəyin qoyduğu yumurtaların sayı 336-a çatır. İkinci nəslin tırtıllarının
inkişaf müddəti iyul ayının üçüncü ongünlüyündən avqust ayının üçüncü
ongünlüyünədək, yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayı-
nın birinci ongünlüyünədək davam edir
Topa halında qoyulmuş yumurtalardan 5-10 gün müddətində tırtıllar
çıxır. Puplaşma dövrü avqust ayının üçüncü ongünlüyündən oktyabr ayının
birinci ongünlüyünədək davam edir. Kəpənəklərin uçuşu oktyabr ayının
ikinci ongünlüyünədək davam edir. Yumurta mərhələsində qışlayırlar.
Orgyia antiqua - Valehedici gözəlçə
5.23. Aporia crataegi (Linnaeus, 1758) - Yemişan kəpənəyi
Aporia crataegi 5 sinonimlə - Aporia crataegi hyalina Röber, 1907;
Aporia crataegi pellucida Röber, 1907; Aporia crataegi rhodinea Hofmann
et Eckweiler, 2001; Aporia crataegi rotunda Eitschberger et Reissinger,
1971; Aporia crataegi zabulensis de Freina, 1974 tanınır [185].
72
Bu zərərverici muxtar respublikasının Şahbuz və Ordubad
rayonlarının meşə sahələrində və bağlarında daha geniş yayılmışdır [22].
Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəh-
vəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunlu-
ğunda olur. Tırtılın bədəni uzun tüklüdür, qaramtıldır. Beli üzərində iki na-
rıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. 2-3-cü yaşlı tırtılları sapla dolaşan,
yarpaqlardan ibarət düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar sapla
ağacın kiçik budaqlarından asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qış-
layır.
Aporia crataegi - Yemişan kəpənəyi
Yazın əvvəllərində, qış yuvasından çıxmış tırtıllar ağacın tumurcuq-
larının içərisini yeməklə, sonra isə çiçək, qönçə və yarpaqlarla qidalanırlar
(cədvəl 5.6).
Bəzi illərdə, kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar
(70-75%). Meyvə ağaclarının çiçəkləməsi qurtarana yaxın və meyvə başlan-
ğıcları əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində
pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər çıxır. 15-18
gün keçdikdən sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar.
Dişilər yumurtalarını yarpağın üst tərəfində, topa halında yerləşdirirlər və
hər topada 25-30 ədəd yumurta olur. Hər dişi fərd 200-300-dək yumurta
73
qoyur. 10-15 gündən sonra yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemi-
şan kəpənəyi ildə bir nəsil verir (cədvəl 5.6). Ziyanveriçinin tırtılları alma,
armud, gavalı, gilas və göyəm bağlarına zərər verir. 12 növ təbii düşməni
aşkar edilmişdir (cədvəl 6.1).
5.24. Callimorpha dominula (Linnaeus, 1758) - Ayıca xanım
Növün 18 sinonimi məlumdur: Phalaena dominula Linnaeus, 1758;
Phalaena Bombyx persona Hübner, 1790; Phalaena Noctua donna Esper,
[1794]; Bombyx domina Hübner, [1803]; Callimorpha dominula var.
rossica Kolenati, 1846; Callimorpha dominula swanetica Reich, 1935;
Callimorpha dominula var. bithynica Staudinger, 1871; Callimorpha domi-
nula var. italica Stansfuss, 1885; Callimorpha dominula insubrica Wac-
kerzapp, 1890; Callimorpha dominula var. bieli Staudinger, 1895; Calli-
morpha dominula var. lusitanica Staudinger, 1895; Callimorpha dominula
romanovi Standfuss, 1896; Callimorpha dominula romanovi Oberthür,
1911; Callimorpha dominula teberdina Sheljuzhko, 1934; Panaxia do-
minula rhodanica Kettlewell, 1943; Callimorpha dominula balcanica Da-
niel, 1951; Callimorpha dominula kurdistanica Thomas, 1983; Callimorpha
dominula trinacriae Nardelli et Giandolfo, 1996 [186].
74
75
Məlikə ayıca meşələrin ziyanveriçisi kimi tanınmışdır, bağların zi-
yanveriçisi kimi ilk dəfə bizim tərəfimizdən qeyd edilmişdir. Müəyyən-
ləşdirilmişdir ki, zərərverici Naxçıvan bölgəsində (Ordubad, Şahbuz ra-
yonları) 1540-2000 m yüksəklikdə yerləşən meyvə bağlarında yayılmışdır,
ərik, gavalı, alma, armud və ot bitkilərinə zərər verir. Kəpənəyin tırtılları
ağacları iki (payız və yazda) dəfə zədələyir. Yayda qeyd olunan kəpənək
tırtılları əvvəlcə ot bitkiləri ilə, sonra isə gavalı ağaclarının yarpaqları ilə
qidalanır. Yazda isə yenidən ərik və gavalı ağaclarınının təzəcə açılmış
tumurcuq və yarpaqları ilə qidalanırlar. Bu isə ağacların çılpaqlaşmasına
səbəb olur. Belə hallar 2006-2007-ci illərdə kütləvi uçuş zamanı qeydə
alınmışdır ki, bir ağacda tırtılların sayı 230-a çatmışdır. Ordubad, Şahbuz,
Şərur və digər rayonların meyvə bağlarında aparılan müşahidələrə əsasən,
tırtıllar iyul ayının üçüncü ongünlüyündə çıxırlar. Avqust ayının ikinci on-
günlüyündə alma və ərik ağaclarına keçirlər. Oktyabr ayının birinci ongün-
lüyündən noyabr ayının birinci ongünlüyünədək 6 yaş dövrü keçirirlər. Tırtıl
mərhələsində torpağın altında, ağacların kötük hissələrində qışlayırlar.
Tırtıllar mart ayında qışlamadan çıxırlar. Əvvəl onlar ot bitkiləri ilə qidala-
naraq, sonra isə aprel ayının əvvəllərində meyvə ağaclarının gövdəsində
toplaşırlar. Aprel ayının ortasında çiçək və tumurcuqlarla qidalanırlar.
Tırtıllar öz inkişafını qurtardıqdan sonra (axırıncı yaşda) qışı keçir-
dikləri yerlərdə puplaşırlar. Puplaşma dövrü mayın ikinci ongünlüyündən
iyun ayının üçüncü ongünlüyünədək 30-45 gün davam edir. Kəpənəklərin
üçüşü iyun ayının üçüncü ongünlüyündə başlayır və iyul ayının üçüncü on-
günlüyündə tamamlanır, kütləvi uçuş isə iyul ayının birinci-üçüncü ongün-
lüklərində olur. 2-3 gün uçuşdan sonra yumurtaqoyma dövrü başlanır və 33
gün davam edir. Bir dişi fərd 200-250-dək yumurta qoyur. Yumurtaların
əsas hissəsi birinci 20 günlükdə qoyulur. Yumurtaların orta inkişaf dövrü
18-20 gün, havanın temperaturu 11,9°C-23,6°C, nəmlik 58-92% olduqda isə
30 gün çəkir. Ayıca xanım ildə bir nəsil verir. Azərbaycanda ayıca xanımın
təbii düşmənlərindən 3 növü (İchneumon rogenoferi Kr., İch. insidiosus W.,
Trichionotus fizorius Th.) S.Ə.Hacıyeva tərəfindən aşkar edilmişdir [12,16].
Dostları ilə paylaş: |