Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
65 
5.21.  Lymantria dispar (Linnaeus, 1758) - Tək ipəksarıyan  
L.  dispar-ın  3  sinonimi  var:  Phalaena  dispar  Linnaeus,  1758; 
Ocneria dispar (Linnaeus, 1758); Porthetria dispar (Linnaeus, 1758) [183].  
Meyvəçilik  təsərrüfatları  hər  il  çoxlu  sayda  zərərverici  həşəratlar 
tərəfindən  30-50%  və  bəzən  kütləvi  artıb  çoxalan  zərərvericilər  tərəfindən 
isə 80-90% zərər çəkir. Bu zərərvericilər içərisində özünəməxsus bioekoloji 
xüsusiyyətləri ilə fərqlənən tək ipəksarıyan xüsusi yer tutur. Bu zərərverici 
respublikamızın  meşə  və  bağ  sahələrində  geniş  yayılaraq,  əksər  ağaclara, 
xüsusi ilə çəyirdəkli meyvə ağaclarına daha çox zərər verir [62].  
Zərərvericinin  morfo-bioekoloji  xüsusiyyətlərini,  yayılma  arealını, 
təsərrüfat əhəmiyyətini və təbii düşmənlərini öyrənərkən aşkar edilmişdir ki, 
tək ipəksarıyan öz adını, erkək və dişi fərdlərin bir-birindən kəskin dərəcədə 
fərqlənməsindən  almışdır.  Belə  ki,  dişi  fərdin  qanadları  açılmış  halda  75 
mm, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük və dolu 
qarıncıqdan  ibarətdir.  Erkək  fərd  isə,  qanadları  açılmış  halda,  45  mm 
olmaqla,  nazik  qarıncıqdan  və  lələkvari  bığcıqdan  ibarətdir.  Dişilərdə 
qanadlar boz-ağımtıl olmaqla, üzərlərindən əyri xətlər keçir, erkək fərdlərdə 
isə  qanadlar  açıq-boz  rəngdə  olmaqla,  üzərində  düz  xətlər  və  kənarlarında 
tünd ləkələr vardır. Tək ipəksarıyan kəpənəyinin uçuşu, iyun ayının axırı və 
iyul  ayının  əvvəllərinə  təsadüf  edir.  Kütləvi  uçuşu  isə  iyul  ayının  ikinci 
yarısında başlayır və avqust ayının ortalarına kimi davam edir (şək. 5.9).  
Dişi  fərdlər  topa  halında  yumurta  qoyur  və  həmin  topanın  üzərini 
qarıncığı  vasitəsi  ilə  ifraz  etdiyi  maye  ilə  sıvayır.  Topa  halında  olan 
yumurtanın sayı bəzən 850-1000-dən artıq olur. Tək ipəksarıyanın ayrı-ayrı 
illərdə  belə  yüksək  yumurta  qoyma  məhsuldarlığına  malik  olması  ərazinin 
coğrafi  xüsusiyyətlərindən  asılıdır.  Qoyulan  yumurta  topaları  müxtəlif 
formada  olmaqla,  ölçüsü  bir  neçə  kv.sm  olur.  Təzə  qoyulmuş  yumurta 
topaları  qabarıqdır,  əllə  toxunduqda  elastikliyi  hiss  olunur.  Köhnə,  keçən 
ildən  qoyulmuş  yumurta  topalarının  isə  rəngi  boz,  içərisi  boş  olur,  üst 
həssəsində  tırtılların  çıxdığı  kiçik  deşiklər  görünür.  Ədəbiyyat  məlumatına 
əsasən,  Rusiyanın  mərkəzi  və  şimal  rayonlarında  tək  ipəksarıyan  yumur-
talarını torpaqdan 20-50 sm hündürlükdə ağacların gövdəsinə qoyurlar [87, 
s. 203-211].  
Respublikamızın  meyvə  bağlarında  aparılan  müşahidələrə  əsasən, 
tək  ipəksarıyan  yumurta  topalarını  ağacın  gövdəsi  ilə  yanaşı  yuxarı  bu-
daqlarına  da  qoyur.  Əksər  hallarda  ağacların  torpaqdan  10-15  sm  hündür-
lüyündən  başlayaraq  2-3  metr  hündürlüyədək  gövdə  hissəsinə  qoyur.  Küt-
ləvi yumurtaqoyma dövründə isə yumurtalarını ağaclardan başqa, çəpərlərə, 
daşların  üzərinə,  evlərin  çardaqlarına,  yollarda  olan  dirəklər  üzərinə  və  s. 
qoyur.  


 
66 
 


 
67 
Yazda,  aprelin  birinci  yarısında  (havanın  temperaturu  20-24°C 
olduqda)  tırtıllar  çıxmağa  başlayırlar.  Yumurtadan  çıxan  tırtılların  bədəni 
tutqun,  başı  isə  qara  rəngdə  olur.  Bədənin  hər  iki  yan  tərəfindən  uzununa 
ardıcıl,  üzəri  yumşaq,  qısa  qılaoxşar  tükcüklərlə  örtülü  olan  tünd  ziyillər 
yerləşir.  Yumurtalardan  çıxan  tırtıllar  13-15  gün  yumurtaların  qabığı  ilə 
qidalanırlar. Onlar yumurtaların qabığı ilə qidalandıqdan sonra, bir müddət 
(2-3  gün)  yumurta  topalarının  üzərində  qalırlar.  Bu  vaxt  ağaclarda  ilk 
tumurcuq və yarpaqlar görünməyə başlayır. Tırtıllar ağac gövdəsi ilə hərəkət 
edib həmin tumurcuq və yarpaqlarla qidalanır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Lymantria dispar - Tək ipəksarıyan  
Onlar yaşdan-yaşa keçdikcə bədənlərindəki tüklər seyrəkləşərək boz 
və  ya  boz-qonur  rəngdə  olurlar.  Yaşlı  tırtılın  bədən  uzunluğu  45-75  mm 
olur. Tək ipəksarıyanın tırtılı olduqca istisevəndir, onlar ən çox 20 illik ağac 
budaqlarının  gün  düşən  tərəfinə  yığılırlar,  belə  hissələrdə  havanın 
temperaturu  20-25°C  olur.  Erkək  kəpənəklərin  tırtılları  inkişaf  dövründə  4 
dəfə  qabıq  dəyişərək  5-ci  yaşa  keçirlər.  Dişi  fərdlərin  tırtılları  isə  5  dəfə 
qabıq  dəyişərək  6-cı  yaşa  keçirlər.  Optimal  şəraitdə  onların  inkişafı  34-40 
günə  qurtarır,  nisbətən  aşağı  temperaturda  50-80  günə  başa  çatır.  Tırtıllar 
iyun ayının ikinci yarısında puplaşmağa başlayır. Onlar ağacların budaq və 


 
68 
gövdələrinin  üzərində,  qabığın  altında  puplaşırlar.  Puplaşma  ən  çox  qrup 
halında,  yarpaq  qırıntılarını  bir-birinə  yapışdıraraq  tor  hörgü  içərisində 
gedir. Pup tünd qəhvəyi və ya qara rəngdə olub, inkişafı 2-3 həftə çəkir. Tək 
ipəksarıyan  ildə  bir  nəsil  verir.  Tək  ipəksarıyan  300  növ  bitki  ilə,  o 
cümlədən meyvə, kol, meşə ağacları ilə qidalanır. Kütləvi çoxaldığı illərdə 
zərərvericinin  yoluxduğu  meyvə  və  meşə  ağacları  öz  görünüşü  ilə  diqqəti 
asanlıqla  cəlb  edir.  Ciddi  zərərverici  olduğuna  görə  onun  fenologiyasının 
öyrənilməsini vacib bildik (cədvəl 5.4).  
 
5.22.  Orgyia  (Orgyia)  antiqua  (Linnaeus,  1758)  -  Valehedici 
gözəlçə  
Orgyia  antiqua-nın  5  sinonimi  -  Phalaena  antiqua  Linnaeus,  1758; 
Phalaena  paradoxa  (Retzius,  1783);  Orgyia  confinis  (Grum-Grshimailo, 
1891);  Orgyia  gonostigma  (Scopoli,  1763);  Orgyia  recens  (Hübner,  1819) 
var [184].  
Ordubad  və  Şahbuz  rayonlarında  1700  m  yüksəklikdə  yerləşən  bağ 
və  xal-xal  meşə  sahələrində  geniş  yayılmışdır.  Əsasən  ərik  və  armud 
ağaclarının  yarpaqları  və tumurcuqlarına zərər vurur.  İldə 2 nəsil verir.  İlk 
dəfə  olaraq  Naxçıvan  Muxtar  Respublikasında  zərərvericinin  fenologiyası 
öyrənilmişdir (cədvəl 5.5). 
 
Birinci  nəslin  tırtıllarının  inkişaf  dövrü  alma  və  armud  ağaclarında 
may  ayının  birinci  ongünlüyündən  iyun  ayının  üçüncü  ongünlüyünədək 
davam edir. Onların yumurtadan çıxma dövrü 17-38 gün çəkir. Puplaşma isə 
iyul ayının üçüncü ongünlüyündə başlanır və bir ay davam edir. 
 
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə