59
Grapholita funebrana - Gavalı meyvəyeyəni
Gavalı meyvəyeyəni muxtar respublikanın bütün rayonlarında, o
cümlədən Ordubad rayonunda geniş yayılmaqla çəyirdəkli bitkilərdən,
xüsusilə gavalıya, almaya və armuda böyük zərər vurur. Ayrı-ayrı illərdə
Ordubad və Şərur rayonlarında gavalı meyvəsinin bu zərərverici tərəfindən
zədələnməsi 20-30%-ə çatır [23].
Gavalı meyvəyeyəninin tırtılları barama içərisində qışlayır. Bu zərər-
vericinin qışlaması
torpaqda, xəzəl və bitki qalıqlarının altında gedir.
Erkən yazda, havanın gündəlik temperaturu 15-17
0
C-ə çatdıqda
tırtıllar qışlama yerində puplaşmağa başlayır. Puplardan kəpənəklərin üç-
ması gavalı ağaclarının çiçəklənməsindən sonra başlayır (şəkil 5.8).
Şək. 5.8. Gavalı meyvəyeyəninin uçuş dinamikası
61
və heyva sortlarına da şiddətli dərəcədə (xüsusilə heyva meyvəsinə) zərər
verdiyi qeyd edilmişdir. Şərq meyvəyeyəni şaftalı və armud meyvəyeyəninə
çox oxşadığı üçün bağbanlar və fermerlər onu tanımaqda çətinlik çəkirlər.
Ona görə də zərərvericinin biologiyası haqqında məlumat verməyi lazım
bilirik.
Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü
12-14 mm olmaqla, rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənar-
larında dırnaq şəkilli yeddi cüt ağ ləkə, arxa kənarlarında isə yeddi cüt qara
ləkə vardır. Arxa qanadları bozumtul-qonur olmaqla, bürünc kimi parlaqdır,
saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları
sapvaridir,
üzərində nəzərə çarpacaq
dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-
qonur rəngdədir. Yumurtaları oval şəklində olub, uzunluğu 0,4-0,5 mm, eni
isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra isə
çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci
yaşda isə çəhrayı-ağımtıl rəngdə olmaqla, uzunluğu 11 mm-dir. Pupu oval
formada, qonur rəngdə olub, uzunluğu 6-8 mm-dir. Şərq meyvəyeyəni
axırıncı yaş (4-5 yaş) tırtıl mərhələsində, ipək sapdan hazırlanmış barama
içərisində torpaqdan 30-40 sm hündürlükdə olan ağac gövdəsinin qabığı
altında qışlayır.
Grapholita molesta - Şərq meyvəyeyəni
Bundan başqa, yerə tökülmüş yarpaqlar və heyva meyvəsinin içəri-
sində də qışlaması müşahidə edilmişdir. Ordubad, Şərur və Şahbuz rayon-
larında aparılan tədqiqatlara əsasən, barama daxilində qışı keçirmiş tırtıllar,
mart ayının axırı, aprel ayının əvvəli pup mərhələsinə keçirlər. Pupun inki-
şafı 10-12 gün çəkir. Aprel ayının ikinci yarısında puplardan kəpənəklər çıx-
mağa başlayır və uçuş may ayının axırınadək çəkir. Pupdan çıxan kəpə-
nəklər elə həmin gündən də cütləşməyə başlayırlar. Cütləşmədən 14-18 saat
sonra yumurta
qoyurlar. Yumurtalar
tək-tək olmaqla, yarpağın
üst və alt his-
səsinə, tumurcuq yanlığına və meyvə saplağına qoyulur. Bir dişi kəpənək