Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
48 
Muxtar  Respublikası  şəraitində  2  nəsil  verir.  İkinci  nəslin  sürfələri  iyul 
ayının  birinci  yarısında  puplaşmağa  başlayırlar.  İyul  ayının  axırında 
puplardan çıxan böcəklərə sentyabr ayınadək təbiətdə rast gəlinir.  
Ədəbiyyat  məlumatlarına  əsasən,  zərərverici  Azərbaycanın  Şəki-
Zaqatala, Quba-Xaçmaz, Dağlıq Qarabağ, Naxçıvan Muxtar Respublikası və 
Lənkəran bölgələrində daha geniş yayılmışdır [116, s. 305].  
 
 
5.13. Yponomeuta padella (Linnaeus, 1758) - Meyvə güvəsi 
Y. padella 5 sinonimi ilə - Phalaena padella Linnaeus, 1758; Hypo-
nomeuta diffluellus Heinemann, 1870; Yponomeuta diffluellusYponomeuta 
rhamnellus Gershenson, 1974; Yponomeuta rhamnellus də tanınır [175]. 
Meyvə  güvəsi  kəpənəklər  (Lepidoptera)  dəstəsinin  sincabaoxşar 
güvələr  (Yponomeutidae)  fəsiləsinə  aiddir.  Kəpənəyin  qanadları  açılmış 
vəziyyətdə ölçüsü 18-22 mm-dir. Ön qanadlarında 3 cərgə ilə düzülmüş 16-
19 qara nöqtələr vardır.  Arxa qanadlar boz kül  rəngindədir. Tırtıllar 14-16 
mm uzunluqda olmaqla sarımtıl göy rənglidir. Pupu tünd sarı olmaqla bədən 
ölçüsü 7-11 mm-dir.  
Muxtar  respublikanın  meyvə  bağlarında  geniş  yayılaraq  yalnız 
çəyirdəkli  meyvə  bitkilərinə-ərik,  şaftalı,  gavalı,  badam,  alça  və  s.  zərər 
verir. Şaftalı və əriyin ciddi zərərvericisi hesab edilir. Bu bitkilərə 35-45% 
zərər verir. Ədəbiyyat məlumatlarına əsasən, meyvə güvəsinin tırtılları ərik, 
şaftalı,  gilas  və  alça  bitkilərinin  yarpaqları  ilə  qidalanır  [93,94,  s.  32-34]. 
Apardığımız  müşahidələrdən  aydın  olmuşdur  ki,  zərərverici  adları  çəkilən 
ağaclardan başqa, badam ağacı və onun orqanları ilə də qidalanır. Ərik ağacı 
üzərində  apardığımız  müşahidələrə  əsasən,  meyvə  güvəsinin  kəpənəyinin 
bağlarda  görünməsi  iyun  ayının  birinci  ongünlüyündən  başlayaraq  iyul 
ayının axırlarına və avqust ayının əvvəllərinədək davam edir (şək. 5.3).  
 
 
Şək. 5.3. Naxçıvan Muxtar Respublikasında  
              Meyvə güvəsinin uçuş dinamikası  
 


 
49 
Bu müddətdə havanın orta gündəlik temperaturu 28-34°C olur. Dişi 
kəpənəklər yumurtalarını topa halında 1-2 illik zoğların tumurcuq yanlığına 
qoyurlar. Yumurtaların embrional  inkişafı 25-26 gün çəkir. Yumurtalardan 
çıxmış  kiçik  yaşlı  tırtıllar  kəpənəyin  ifraz  etdiyi  maye  ilə  düzəldilmiş 
qalxancıq altında qışlayırlar. Yazda qışlama yerlərindən çıxan tırtıllar zoğlar 
üzərilə hərəkət edərək təzəcə açılmış tumurcuq və yarpaqlarla qidalanmağa 
başlayırlar.  Onlar  bir  neçə  yarpağı  birləşdirərək,  yarpağın  yaşıl  hissəsi  ilə 
qidalanaraq  onun  damarlanmış  hissəsinə  toxunmurlar.  Belə  zədələnmiş 
tumurcuq və yarpaqlar inkişafdan qalır və quruyub yerə tökülürlər. Tırtıllar 
yarpaqlar  ilə  qidalanaraq  4  yaş  dövrü  keçirirlər.  Bu  dövr  35-40  gün  çəkir. 
Axırıncı yaşda onlar yarpaqlar üzərində ayrılıqda pup mərhələsinə keçirlər. 
Puplar  ipək  baramacıqlar  içərisində  yerləşirlər.  Pup  mərhələsi  15-20  gün 
çəkir.  
Meyvə  güvəsi  kütləvi  çoxaldığı  dövrlərdə  ağaclara  80-85%  zərər 
verir. Nəticədə ağaclar inkişafdan qalır və quruyub məhv olurlar.  
Naxçıvan  Muxtar  Respublikasında  meyvə  güvəsinin  sayının 
biotənzimlənməsində 20 növ entomofaq fəaliyyət göstərir (Cədvəl 6.1).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yponomeuta padella - Meyvə güvəsi.  
 
 
 
 


 
50 
5.14. Anarsia lineatella Zeller, 1839 - Zolaqlı meyvə güvəsi  
A.  lineatella  Anarsia  pruniella  Clemens,  1860;  Tinea  pullatella 
Hübner, 1796 kimi 2 sinonimi ilə də tanınır [176].  
Zolaqlı meyvə güvəsi Azərbaycanda ilk dəfə Z.M.Məmmədov tərə-
findən  qeydə  alınmışdır.  Müəllifin  Ordubad  rayonunun  meyvə  bağlarında 
apardığı  tədqiqatlara  əsasən,  zolaqlı  meyvə  güvəsi  ərik  meyvəsini  60-65% 
yoluxdurur. Ərikdən başqa, heyvaya və şaftalıya da zərər verdiyi qeyd edilir 
[94, s. 34-37].  
Kəpənəyin  qanadlarının açılmış  halda ölçüsü 11-14 mm-dir. Ön qa-
nadları açıq-boz rəngdədir, arxa qanadları isə açıq qəhvəyidir. Yumurtaları 
oval  formada  olub  sarıdır.  Yaşlı  tırtılların  uzunluğu  8-12  mm,  oxlov  for-
masında olub çəhrayı rəngdədir. Pupun uzunluğu 6-7 mm olub, qəhvəyi-sarı 
rəngdədir.  Naxçıvan  Muxtar  Respublikasının  meyvə  bağlarında  aparılan 
tədqiqatlara  əsasən, zolaqlı  meyvə  güvəsinin tırtıl  mərhələsi  meyvənin  lətli 
hissəsini  yeyərək  onun  toxumunadək  gedib  çatır.  Bununla  da  xeyli 
məhsulun xarab olmasına səbəb olur.  
Zolaqlı  meyvə  güvəsi  ikinci  yaş  tırtıl  mərhələsində  cavan  zoğların 
qabığı  altında  qışlayır.  Yazda,  aprel  ayının  ikinci  yarısında  zərərvericinin 
ikinci  nəslinin  tırtılları  qışlama  yerlərindən  çıxaraq,  tumurcuq,  çiçək  və 
təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək 
çəkir. Puplaşma yetişməmiş meyvələrin içərisində gedir. Pup mərhələsi 6-8 
gün çəkir. Birinci nəslin kəpənəklərinin uçuşu may ayının axırlarına təsadüf 
edir (şəkil 5.4).  
 
Şək. 5.4. Naxçıvan Muxtar Respublikasında Zolaqlı meyvə güvəsinin uçuş 
dinamikası  


 
51 
Şəkildən göründüyü kimi, birinci nəslin kəpənəklərinin uçuşu Ordu-
bad, Şahbuz və Şərur rayonlarında iyunun 5-dən başlayaraq 25-30 gün çəkir. 
Kütləvi  uçuş  isə  iyunun  15-25-ə  təsadüf  edir.  İkinci  nəslin  kəpənəklərinin 
uçuşu isə iyulun 5-10 arasında başlayıb avqustun 5-15-də başa çatır. Kütləvi 
uçuş dövrü iyulun 20-dən avqustun 10-dək davam etməklə 15-20 gün çəkir. 
Kəpənəklər  uçuşdan  6-8  gün  sonra  yumurta  qoymağa  başlayırlar.  Onlar 
yumurtalarını  cavan  zoğların  tumurcuq  və  ya  meyvəsinin  saplaq  hissəsinə 
qoyurlar.  Yumurta  mərhələsi  20-24°C  temperaturda  5-6  gün  çəkir. 
Yumurtadan çıxmış tırtılların  inkişaf dövrü meyvənin  içərisində keçməklə, 
45-50 gün çəkir. Bir ildə iki nəsil verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Anarsia lineatella - Zolaqlı meyvə güvəsi  
Zolaqlı  meyvə  güvəsinin  fərd  sayının  biotənzimlənməsində  17  növ 
entomofaq  iştirak  edir  ki,  bunlardan  Diadegma  armillata  (Gravenhorst, 
1829),  Ageniaspis  fuscicollis  (Dalman,  1820),  Goniozus  claripennis 
(Foerster  1851),  Nemorilla  floralis  (Fallen,  1810)  daha  effektli  növ  olub, 
zərərvericinin sayının azalmasında mühüm rol oynayırlar (cədvəl 6.1).  
Ədəbiyyat  məlumatlarına  əsasən,  zolaqlı  meyvə  güvəsinin  Tacikis-
tanda  badam  meyvəsinə,  Qafqazda  alça,  gavalı  və  xurmaya,  Moldovada 
gavalı,  gilas,  ərik  və  şaftalıya  ciddi  zərərverməsi  qeyd  olunur.  Güvə  hətta 
alma və armud meyvəsinə də zərər verir [115, s. 163-170; 116].  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə