Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
38 
5.5. Capnodis tenebrionis (Linnaeus, 1758) - Qaramtıl qızılböcək  
Növün aşağıdakı 10 sinonimi var: Buprestis moluccensis Voet, 1806; 
Buprestis  naevia  Gmelin,  1788;  Buprestis  tenebrioides  Pallas,  1782;  Bup-
restis tenebrionis Linnaeus, 1761; Buprestis variegata Goeze, 1777; Capno-
dis  aequicollis  Obenberger,  1917;  Capnodis  aerea  Laporte  et  Gory,  1836; 
Capnodis  deglabrata  Obenberger,  1917;  Capnodis  moerens  Mannerheim, 
1837; Capnodis undulata Fleischer, 1917 [167].  
Naxçıvan  Muxtar  Respublikası  faunası  üçün  ilk  dəfə  qeyd 
edilmişdir.  Tədqiqat  aparılan  rayonlarda  geniş  yayıldığı  müşahidə 
edilmişdir. N.H.Səmədovun məlumatlarına əsasən, Azərbaycanda Naxçıvan 
Muxtar 
Respublikası 
istisna  olmaqla,  yalnız  meyvə  ağaclarına, 
Z.M.Məmmədov  və  başqaları  tərəfindən  isə  böcəyin  meyvə  ağaclarından 
(ərik, şaftılı, gavalı) başqa meşə ağaclarına da (palıd, ağcaqayın) ciddi zərər 
verdiyi göstərilir [144,116, s. 151-155].  
Qaramtıl  qızılböcəyin  sürfəsi  ağacların  zədələnmiş  köklərinə  və 
gövdəsinə (iyul  ayında)  daha  çox zərər verir  (18-22%).  Böcəklərə ilin  yay 
fəslində daha çox rast gəlinir. May ayında ağacın kök hissəsinə yaxın gövdə 
yarıqlarına  yumurta  qoyurlar,  18-24  gündən  sonra  yumurtalardan  sürfələr 
çıxır və torpağın alt hissəsinə yaxın köklərlə qidalanırlar. Qidalandıqdan bir 
müddət  sonra  sürfələr  qabığın  altında  və  ya  yarıqlarda  barama  içərisində 
puplaşırlar. 10-14 gündən sonra puplardan çıxan böcəklər (mayın axırı, iyu-
lun  əvvəli)  ağacların  yarpaqları  ilə  qidalanırlar.  Müşahidələrə  əsasən, 
böcəklər həm sürfə mərhələsində, həm də imaqo mərhələsində qışlayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Capnodis tenebrionis - Qaramtıl qızılböcək  


 
39 
5.6. Tetrops praeustus (Linnaeus, 1758) - Meyvə uzunbığı 
Növün 7 sinonimi var: Anaetia praeusta (Linnaeus) Boheman, 1850; 
Cerambyx  iocusthus  Voet,  1806;  Cerambyx  praeustus  (Linnaeus)  Gmelin, 
1790;  Leptura  praeusta  Linnaeus,  1758;  Saperda  ustulata  Hagenbach, 
1822;  Tetrops  praeusta  (Linnaeus);  Tetrops  nigra  (Kraatz)  Althoff  et 
Danilevsky, 1997 [168].  
Naxçıvan  Muxtar  Respublikası  faunası  üçün  ilk  dəfə  qeyd 
edilmişdir.  Meyvə  ağaclarının  birinci  dərəcəli  zərərvericilərindəndir. 
Böcəklərin uçuşu may ayından avqust ayınadək davam edir. Azərbaycanda 
Naxçıvan  Muxtar  Respublikası  istisna  olmaqla,  meyvə  ağaclarına  zərər 
verdiyi  N.H.Səmədov  tərəfindən  qeydə  alınmışdır.  Onun  digər  məlumat-
larına əsasən, hərdən qoza, fındığa və palıda da zərər verir [116, s. 154].  
Tədqiqatlarımıza  əsasən,  zərərverici  muxtar  respublikanın  dağlıq  və 
dağətəyi rayonlarında daha geniş  yayılmışdır. Müşahidələr göstərmişdir ki, 
yaşlı  fərdlər  ağacların  ifraz  etdiyi  şirə  ilə  qidalanırlar.  Mayalanmadan  bir 
neçə gün sonra (4-6 gün) ağacların gövdə hissəsinə, qabıq yarığına yumurta 
qoymağa  başlayırlar.  12-14  gündən  sonra  yumurtadan  çıxan  sürfələr, 
qidalana-qidalana gövdənin içərisinə doğru hərəkət edərək, inkişaf dövrünü 
2-3 ilədək gövdə daxilində keçirirlər. Hər ağacın gövdəsində 18-20 sürfəyə 
rast  gəlinmişdir.  Sürfələrin  puplaşması  üçüncü  il  baş  verir.  Pup  mərhələsi 
20-24  gün  davam  edir.  Təbiətdə  böcəklərin  görünməsi  may  ayının 
əvvələrinə  təsadüf  edir.  Onların  bədən  uzunluğu  20-25  mm-ə  çatır.  Rəngi 
qara-qəhvəyidir, bığları bədən uzunluğuna bərabərdir. Meyvə ağaclarına 15-
20%, bəzən 25-30% zərər verir.  
 
 
 
 
 
 
 
 
 
Tetrops praeustus - Meyvə uzunbığı  
Naxçıvan  Muxtar  Respublikasının  bütün  rayonlarında,  xüsusilə 
Ordubad  və  Şahbuz  rayonlarının  dağətəyi  hissələrində  tez-tez  rast  gəlinir. 
Eyni  zamanda  Şəki-Zaqatala,  Quba-Xaçmaz,  Gəncə-Daşkəsən,  Şamaxı-
Qobustan, və Lənkəran bölgəsində yayılmışdır [116, s. 160-210].  


 
40 
5.7. Smaragdina salicina (Scopoli, 1763) - Meyvə yarpaqyeyəni  
Növün sinonimi Smaragdina cyanea (Fabricius, 1775) adlanır [169].  
Azərbaycanın  meyvə  bağlarında  yarpaqyeyən  böcəklərin  bir  neçə 
növü  meyvə  bitkilərinə  zərər  verir.  Bu  böcəklər  içərisində  meyvə  yarpaq-
yeyəni Naxçıvan Muxtar Respublikasının meyvə bağlarında geniş yayılaraq 
alma, armud, gavalı və alçaya 30-50%-ə qədər zərər verir. Naxçıvan Muxtar 
Respublikasında  ilk  dəfə  bizim  tərəfimizdən  qeyd  edilmişdir.  Təbiətdə 
böcəklərin uçuşu aprel-iyul aylarına təsadüf edir. Dişi fərdlər yumurtalarını 
torpağın üst qatlarına yaxın qoyur. Bir böcək 100-300-ə qədər yumurta qoya 
bilir.  Yumurtalar  ağacların  arasında  bitən  bitkilərin  üzərinə  qoyulur. 
Yumurtadan çıxan sürfələr torpağın alt qatına, otların kök hissəsinə keçərək, 
inkişafını  orada  başa  vurur  və  torpağın  5-10  sm  dərinliyində  pup  halına 
keçib  qışlayırlar.  Yazın  əvvələrində  puplardan  çıxan  böcəklər  ağacların 
tumurcuq, çiçək və yarpaqları ilə qidalanırlar. İldə bir nəsil verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Smaragdina salicina - Meyvə yarpaqyeyəni  
 
N.B.Mirzəyevanın  məlumatlarına  əsasən,  Azərbaycanın  Quba-
Xaçmaz,  Şamaxı-Qobustan,  Gəncə-Daşkəsən,  Dağlıq  Qarabağ  ərazilərində 
yayılmışdır [55,56,96,97,148].  
 
5.8. Rhynchites (Rhynchites) bacchus (Linnaeus, 1758) - Kazarka  
Növün  Curculio  bacchus  Linnaeus,  1758;  Rhynchites  cupreatus 
Voss,  1929;  Rhynchites  splendidus  Krynicky,  1832  kimi  3  sinonimi 
mövcuddur [170].  
Bu  zərərverici  böcək  Azərbaycanın  hər  yerində,  o  cümlədən  Nax-
çıvan  Muxtar  Respublikasında  geniş  yayılaraq  meşə  və  meyvə  ağaclarına 
ciddi  zərər  verir.  Bizim  apardığımız  tədqiqatlara  görə,  kazarka  dağətəyi  və 
dağlıq  rayonlarda  daha  geniş  yayılaraq  meşə  ağaclarından  palıda,  cökəyə, 
yemişana, çəyirdəkli meyvələrdən əriyə, şaftalıya, gavalıya və alçaya zərər 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə