Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
32 
Gavalı mənənəsi çəyirdəkli meyvə ağaclarının ciddi zərərvericisidir. 
Onun qidalanması nəticəsində yarpaqlar bükülür. Belə yarpaqlarda fotosin-
tez  səthinin  sahəsi  kəskin  azalır,  hətta  bəzi  hallarda  yarpaq  və  çiçəklər, 
vaxtından əvvəl kütləvi şəkildə yerə tökülür. Digər tərəfdən aşkar edilmişdir 
ki,  mənənə  qidalandığı  zaman  yapışqanlı  maddə  ifraz  edir.  Bu  maddənin 
üzərində saprofit göbələklər inkişaf edərək çoxalır, budaqları və  yarpaqları 
çirkləndirir.  
Ədəbiyyat  məlumatına  əsasən,  yarpaqlar  üzərində  olan  mənənə 
koloniyaları  arasında  qızılgöz,  parabüzən  və  sirfid  milçəklərinin  sürfələri 
aşkar  edilmişdir.  Bu  faydalı  entomofaqların  sürfələri  kompleks  şəkildə 
mənənələrlə qidalanaraq onların sayını 18-22% aşağı salır [59,131].  
 
5.2.  Myzus  (Nectarosiphon)  persicae  Sulzer,  1776  -  Yaşıl  şaftalı 
mənənəsi  
Növün  44  sinonimi  var:  Siphonophora  achyrantes  Monell,  1879; 
Myzus  asparagophagus  Zhang,  Chen,  Zhong  et  Li,  1999;  Myzus  persicae 
betae;  Siphonophora  calendulella  Monell,  1879;  Myzus  persicae  callae
Aphis  consors  Walker,  1848;  Aphis  convolvuli  Kaltenbach,  1843;  Aphis 
cymbalariae Schouteden, 1900; Phorodon cynoglossi Williams, 1911; Aphis 
deposita  Walker,  1852;  Aphis  derelicta  Walker,  1849;  Aphis  dianthi 
Schrank,  1801;  Myzus  persicae  dubia;  Myzus  persicae  dyslycialis;  Aphis 
egressa  Walker,  1849;  Rhopalosiphum  galeactitis  Macchiati,  1883; 
Rhopalosiphum lactucellum Theobald,  1915;  Myzus  lagerstroemiae  Zhang, 
Chen,  Zhong  et  Li,  1999;  Macrosiphum  lophospermum  Theobald,  1914; 
Macrosiphum  lycopersicella  Theobald,  1914;  Myzus  malvae  Oestlund, 
1886;  Siphonophora  nasturtii  Koch,  1855;  Myzus  papaverisucta  Zhang, 
Chen,  Zhong  et  Li,  1999;  Aphis  particeps  Walker,  1848;  Myzus  pergandii 
Sanderson,  1901;  Myzus  persicae  persicae;  Aphis  persicophila  Rondani, 
1860;  Aphis  persola  Walker,  1848;  Myzus  persicae  portulacella;  Myzus 
persicae  rapae;  Aphis  redundans  Walker,  1849;  Myzus  persicae  san-
guisorbiella;  Myzodes  tabaci  Mordvilko,  1914;  Rhopalosiphum  trilineatum 
Del  Guercio,  1921;  Myzus  persicae  tuberoscellae;  Rhopalosiphum  tulipae 
Thomas,  1879;  Myzus  persicae  vastator;  Myzus  persicae  vulgaris;  Sip-
honophora  calenduella  Williams,  1891;  Phorodon  cyanoglossi  Williams, 
1891;  Aphis  dianthii  Kaltenbach,  1874;  Rhopalosiphum  galactitis  Del 
Guercio,  1900;  Aphis  rapae  variety  laevigata  Riley,  1875;  Myzus  tu-
berosellae Mason, 1940. [164].  
Şaftalı  mənənəsi  köçəri  mənənədir.  Mənənə  iri,  bozumtul-qonur 
rəngdədir.  Arxasında  uzununa,  qara  ziyil  cərgəsi  vardır.  Bu  mənənə  növü 


 
33 
şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında böyük topalarla, 
budaqların aşağı səthlərində yaşayır [27].  
Binəcə  qoyan  sürfələrin  inkişafı  martın  sonu  və  aprelin  birinci 
ongünlüyündə  havanın  orta  sutkalıq  temperaturu  15-16°C  olduqda  başa 
çatır. Onların yaşlı fərd mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Myzus persicae - Yaşıl şaftalı mənənəsi  
İlk  diridoğan  qanadlı  dişilər  may  ayında  inkişaf  edərək,  yay  fəsli 
müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində 
də  rast  gəlmək  olur.  Daimi  növ  olduğuna  görə,  mövsümdən  asılı  olaraq 
bütün  çəyirdəkli  meyvə  bitkilərinin  üzərində  onlara  rast  gəlinir.  Yumurta 
qoyan dişilərdə nəsilvermə qabiliyyəti yüksəkdir. Yumurtaların sayı 13-18-ə 
çatır.  
Onlar yumurtalarını budaqların aşağı tərəflərinə, kölgə düşən yerlərə 
qoyurlar. Bu yumurtaların inkişafı üçün optimal temperatur 25-28°C hesab 
edilir.  Qışlama  dövrü  yumurta  mərhələsində  başa  çatır.  İl  müddətində  8-9 
nəsil verir.  
Şaftalı  mənənəsi  şaftalı  və  badam  ağaclarının  ən  qorxulu  zərərve-
ricisidir. Onun ifraz etdiyi şirənin  əmələ  gətirdiyi  his  göbələyi  bu bitkilərə 
çox  zərər  verir.  Təbii  düşmənlərdən  ikinöqtəli  parabüzəni  və  qızılgöz 
sürfələrini qeyd etmək olar.  
 


 
34 
5.3.  Diaspidiotus  perniciosus  (Comstock,  1881)  -  Kaliforniya 
çanaqlı yastıcası  
Bərabərqanadlılar  (Homoptera)  dəstəsinin  qalxanlı  yastıcalar 
(Diaspidae)  fəsiləsinə  mənsubdur.  Növün  27  sinonimi  mövcuddur:  Aspi-
diotus perniciosus Comstock, 1881; Aonidia fusca Maskell, 1895; Aspidio-
tus  albopunctatus  Cockerell,  1896;  Aonidiella  fusca  Leonardi,  1897;  Aoni-
diella  perniciosa  Leonardi,  1897;  Aspidiotus  andromelas  Cockerell,  1897; 
Aspidiotus  perniciosus  Cockerell,  1897;  Aspidiotus  perniciosus  albo-
punctatus Cockerell, 1897; Aonidiella perniciosa Berlese et Leonardi, 1899; 
Diaspidiotus  perniciosus  Cockerell,  1899;  Diaspidiotus  perniciosus  andro-
melas  Cockerell,  1899;  Aonidiella  andromelas  Leonardi,  1900;  Aspidiotus 
perniciosus  albopunctatus  Fernald,  1903;  Aspidiotus  perniciosus  andro-
melas  Fernald,  1903;  Aspidiotus  perniciosus  Brain,  1918;  Comstockaspis 
perniciosa  Mac  Gillivray,  1921;  Aspidiotus  perniciosus  Thiem  et  Gerneck, 
1934;  Aspidiotus  perniciosus  Borchsenius,  1935;  Quadraspidiotus  perni-
ciosus  Ferris,  1938;  Aspidiotus  fuscus  Ferris,  1941;  Aspidiotus  perniciosus 
Merrill,  1953;  Hemiberlesiana  perniciosa  Lindinger,  1957;  Aspidiotus 
albopunctatus  Borchsenius,  1966;  Aspidiotus  andromelas  Borchsenius, 
1966;  Quadraspidiotus  perniciosus  Borchsenius,  1966;  Aspidiotus  perni-
ciasus  Chou,  1985;  Diaspidiotus  perniciosus  Danzig  et  Pellizzari,  1998 
[165].  
Naxçıvan Muxtar Respublikasında ilk dəfə bizim tərəfimizdən qeyd 
edilmişdir. Kaliforniya çanaqlı yastıcası 1-1,5 mm uzunluqda olub, girdə və 
yastı  formadadır.  Erkəkləri  limonu  rəngdə  olub,  dişilərdən  kiçikdir.  Ön 
qanadları, bığcıqları və ayaqları yaxşı inkişaf etmişdir.  
Cavan  sürfələr  ilk  qidalanma  dövründə  nazik  təbəqədən  ibarət  şirə 
ifraz  edir.  Bu  şirə  sonradan  çanaqcığa  çevrilir.  Birinci  yaşda  erkək  və  dişi 
sürfələr  bir-birindən  fərqlənir.  İkinci  yaşdan  etibarən  erkəklərin  çanağı 
uzanır, dişilərinki isə girdə vəziyyətdə qalır.  
Daxili karantin obyekti sayılan və Naxçıvan Muxtar Respublikasında 
kütləvi  şəkildə  yayılan  Kaliforniya  çanaqlı  yastıcası  polifaqdır  o,  bir  çox 
bitkilərin, o cümlədən alma, armud, gavalı, albalı, gilas, heyva, alça, şaftalı, 
ərik,  badam,  qoz,  nar,  əncir,  yemişan,  tut,  naringi,  limon,  xurma  və  s. 
bitkilərin qorxulu zərərvericisi hesab olunur.  
 
 
 
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə