Entomofaqlari


Tədqiqat zamanı müəllif tərəfindən çəkilən şəkillər



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
28 
Tədqiqat zamanı müəllif tərəfindən çəkilən şəkillər  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
29 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
30 
V
V
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
  
BAŞLICA MEYVƏ ZƏRƏRVERİCİLƏRİNİN 
MORFO-BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ 
TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ  
 
Naxçıvan  Muxtar  Respublikasında  çəyirdəkli  meyvə  ağaclarına 
zərərverən  həşəratları  3  qrupa  ayırmaq  olar:  tumurcuq  və  yarpaqlarla 
qidalananlar;  çiçək  və  meyvələrlə  qidalananlar;  gövdə  və  kök  sistemi  ilə 
qidalananlar.  Bağlarda  qeyd  olunan  59  növ  zərərvericidən  24  növü  dominant 
növlərdir  ki,  onların  bioekoloji  xüsusiyyətləri,  bölgə  üzrə  yayılma  sahəsi  və 
təsərrüfat  əhəmiyyəti  öyrənilmişdir.  Aşağıda  onlar  haqqında  geniş  məlumat 
verilir.  Bu  növlərdən  14-nün  təbii  düşmənləri  aşkar  edilmişdir  (cədvəl  6.1). 
Bunlar  aşağıdakılardır:  Meyvə  güvəsi-Yponomeuta  padella  (Linnaeus,  1758), 
Yarpaq  güvəsi-Recurvaria  nanella  (Denis  et  Schiffermüller,  1775),  Zolaqlı 
meyvə  güvəsi-Anarsia  lineatella  Zeller,  1839,  Tumurcuq  fırfırası-Spilonota 
ocellana  (Denis  et  Schiffermüller,  1775),  Qızılgül  yarpaqbükəni-Archips 
rosana 
(Linnaeus, 
1758),  Qızılqarın  kəpənək-Euproctis  (Euproctis) 
chrysorrhoea  (Linnaeus,  1758),  Tək  ipəksarıyan-Lymantria  dispar  (Linnaeus, 
1758),  Gavalı  meyvəyeyəni-Grapholita  (Aspila)  funebrana  Treitschke,  1835, 
Şərq meyvəyeyəni-Grapholita (Aspila) molesta (Busck 1916), Valehedici gö-
zəlçə-Orgyia  (Orgyia)  antiqua  (Linnaeus,  1758),  Yemişan  kəpənəyi-Aporia 
crataegi (Linnaeus, 1758), Gavalı uzunburunu-Involvulus (Involvulus) cupreus 
(Linnaeus,  1758),  Gavalı  mənənəsi-(Hyalopterus  pruni  Geoffer,  1762), 
Kaliforniya çanaqlı yastıcası-Diaspidiotus perniciosus (Comstock, 1881).  
Qeyd  olunan  14  növ  zərərvericidən  bəziləri  yarpaq  və  tumurcuq-
lardan başqa, meyvə və çiçəklərə də ciddi zərər verərək məhsuldarlığın xeyli 
aşağı düşməsinə səbəb olurlar. Bu zərərvericilərin bioekoloji xüsusiyyətləri 
ilə yanaşı fenologiyası, 16 növünün yayılma sahəsi, zərərvermə dərəcəsi və 
təbii  düşmənləri  daha  geniş  öyrənilməklə,  onlara  qarşı  mübarizənin  elmi 
əsasları göstərilmişdir. 
 
5.1. Hyalopterus pruni (Geoffroy, 1762) - Gavalı mənənəsi  
Bərabərqanadlılar (Homoptera) dəstəsinin nümayəndəsidir. Növün 3 
sinonimi  mövcuddur:  Aphis  gracilis  Walker,  1852;  Hyalopterus  phrag-
miticola Schouteden, 1906; Hyalopterus spinarum (Hartig, 1841)[163].  
Bu  zərərverici  bərabərqanadlılar  dəstəsinin  mənənələr  (Aphididae
fəsiləsinə mənsubdur. Gavalı mənənəsinin qanadsız yetkin formaları solğun yaşıl 
rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq gedir. Mənə-
nənin  başı  uzunsov-ovalvari  formada  olub,  üzəri  ağ  mum  təbəqəsi  ilə  örtül-
müşdür. Döşdə və qarıncıqda iki cərgədə ağ nöqtələr düzülmüşdür. Mənənənin 


 
31 
uzunluğu 2,5-3 mm-dir. Onların qanadlı fərdlərində baş və döş qaradır, muma-
bənzər  boz  təbəqə  ilə  örtülmüşdür.  Qarıncığı  yaşıldır.  Sürfəsi  yetkin  fərdlərdən 
kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəng-
də və  uzunsov  olur. Gavalı mənənəsi  gavalı, şaftalı,  ərik,  badam,  alça və  digər 
çəyirdəklilərə  zərər  verməklə,  muxtar  respublikanın  meyvə  bağlarında  geniş 
yayılmışdır.  Köçəri  mənənədir,  onun  həyatının  bir  hissəsi  qidalandığı  meyvə 
ağacları,  qalanı  isə  qamış  bitkisi  üzərində  keçir.  Bu  zərərvericinin  mayalanmış 
yumurtaları gavalı, şaftalı və ərik ağaclarının tumurcuqlarının kənarlarında,  ya-
xud da qabıq çatlarının arasında qışlayır [24].  
Erkən yazda (martın sonu, aprelin əvvəlində) qışlamış yumurtalardan 
çıxan  sürfələr  yenicə  açılmağa  başlayan  tumurcuqlara  keçərək,  onların 
içərisini sorur. Çəyirdəkli meyvə ağaclarının çiçəklənməsinin sonuna qədər 
yumurtadan  çıxan  sürfələrin  inkişafı  başa  çatır  və  nəsli  davam  etdirən  dişi 
fərdlərə  çevrilir. Bu fərdlər diri  sürfə  doğur. Adətən, birinci  nəsil sürfələri-
nin sayı çox olmur. İkinci nəsildən başlayaraq sürfələrin miqdarı xeyli artır 
və yarpaqlar üzərində koloniyalar halında  yaşayırlar. İyun ayından etibarən 
bu nəslin qanadlı formalarının bir hissəsi qamış bitkisi üzərinə keçib, orada 
yeni  nəslin  başlanğıcını  əmələ  gətirirlər.  Beləliklə,  gavalı  mənənəsi  bütün 
yay  dövründə  həm  meyvə  ağacları,  həm  də  qamış  bitkisi  üzərində  eyni 
vaxtda inkişaf edir. Sentyabr-oktyabr aylarında, qamış bitkisi üzərində mə-
nənənin nəsli davam etdirən fərdləri o qədər də məhsuldar olmur. Onlar bir 
ay yaşama müddətində 10-a qədər yumurta qoyub, sonra ölürlər. Formalaş-
mış  sürfələr  inkişaf  edib,  normal  dişi  fərdlərə  çevrilirlər.  Onlar  erkək 
fərdlərlə  cütləşir,  mayalanır  və  10-12  gün  müddətində  5-ə  qədər  yumurta 
qoyaraq, üzərini mumabənzər kütlə ilə örtürlər. Bu yumurtalar qışlayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hyalopterus pruni - Gavalı mənənəsi  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə