Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
69 
 


 
70 
 
 


 
71 
Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən av-
qust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul 
ayının  ikinci  və  üçüncü  ongünlüklərində  başlanır,  16-19  gün  davam  edir. 
Dişilər 1-2 gün, erkəklər isə 6-7 gün yaşayırlar. Hesablamalarımıza görə, bir 
kəpənəyin  qoyduğu  yumurtaların  sayı  336-a  çatır.  İkinci  nəslin  tırtıllarının 
inkişaf  müddəti  iyul  ayının  üçüncü  ongünlüyündən  avqust  ayının  üçüncü 
ongünlüyünədək,  yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayı-
nın birinci ongünlüyünədək davam edir  
Topa halında qoyulmuş yumurtalardan 5-10 gün müddətində tırtıllar 
çıxır. Puplaşma dövrü avqust ayının üçüncü ongünlüyündən oktyabr ayının 
birinci  ongünlüyünədək  davam  edir.  Kəpənəklərin  uçuşu  oktyabr  ayının 
ikinci ongünlüyünədək davam edir. Yumurta mərhələsində qışlayırlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orgyia antiqua - Valehedici gözəlçə  
 
5.23. Aporia crataegi (Linnaeus, 1758) - Yemişan kəpənəyi  
Aporia crataegi 5 sinonimlə - Aporia crataegi hyalina Röber, 1907; 
Aporia crataegi pellucida Röber, 1907; Aporia crataegi rhodinea Hofmann 
et  Eckweiler,  2001;  Aporia  crataegi  rotunda  Eitschberger  et  Reissinger, 
1971; Aporia crataegi zabulensis de Freina, 1974 tanınır [185].  


 
72 
Bu  zərərverici  muxtar  respublikasının  Şahbuz  və  Ordubad 
rayonlarının meşə sahələrində və bağlarında daha geniş yayılmışdır [22].  
Yemişan  kəpənəyinin  qanadları  ağ,  onun  damarları  isə  qonur-qəh-
vəyi  rənglidir.  Yumurtaları  qırmızı-sarı  rəngli,  saplaqlı,  1,5  mm  uzunlu-
ğunda olur. Tırtılın bədəni uzun tüklüdür, qaramtıldır. Beli üzərində iki na-
rıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. 2-3-cü yaşlı tırtılları sapla dolaşan, 
yarpaqlardan  ibarət  düzəldilmiş  yuvalarda  qışlayırlar.  Belə  yuvalar  sapla 
ağacın  kiçik  budaqlarından  asılmış  olur.  Hər  yuvada  25-30  ədəd  tırtıl  qış-
layır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aporia crataegi - Yemişan kəpənəyi  
Yazın əvvəllərində, qış yuvasından çıxmış tırtıllar ağacın tumurcuq-
larının içərisini  yeməklə, sonra isə çiçək, qönçə və  yarpaqlarla qidalanırlar 
(cədvəl 5.6).  
Bəzi illərdə, kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar 
(70-75%). Meyvə ağaclarının çiçəkləməsi qurtarana yaxın və meyvə başlan-
ğıcları əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində 
pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər  çıxır. 15-18 
gün  keçdikdən  sonra  kəpənəklər  cütləşir  və  yumurta  qoymağa  başlayırlar. 
Dişilər  yumurtalarını  yarpağın  üst  tərəfində,  topa  halında  yerləşdirirlər  və 
hər  topada  25-30  ədəd  yumurta  olur.  Hər  dişi  fərd  200-300-dək  yumurta 


 
73 
qoyur. 10-15  gündən sonra  yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemi-
şan kəpənəyi ildə bir nəsil verir (cədvəl 5.6). Ziyanveriçinin tırtılları alma, 
armud,  gavalı,  gilas  və  göyəm  bağlarına  zərər  verir.  12  növ  təbii  düşməni 
aşkar edilmişdir (cədvəl 6.1).  
 
5.24. Callimorpha dominula (Linnaeus, 1758) - Ayıca xanım  
Növün 18 sinonimi məlumdur: Phalaena dominula Linnaeus, 1758; 
Phalaena  Bombyx  persona  Hübner,  1790;  Phalaena  Noctua  donna  Esper, 
[1794];  Bombyx  domina  Hübner,  [1803];  Callimorpha  dominula  var. 
rossica  Kolenati,  1846;  Callimorpha  dominula  swanetica  Reich,  1935; 
Callimorpha dominula var. bithynica Staudinger, 1871; Callimorpha domi-
nula  var.  italica  Stansfuss,  1885;  Callimorpha  dominula  insubrica  Wac-
kerzapp,  1890;  Callimorpha  dominula  var.  bieli  Staudinger,  1895;  Calli-
morpha  dominula  var.  lusitanica  Staudinger,  1895;  Callimorpha  dominula 
romanovi  Standfuss,  1896;  Callimorpha  dominula  romanovi  Oberthür, 
1911;  Callimorpha  dominula  teberdina  Sheljuzhko,  1934;  Panaxia  do-
minula  rhodanica  Kettlewell,  1943;  Callimorpha  dominula  balcanica  Da-
niel, 1951; Callimorpha dominula kurdistanica Thomas, 1983; Callimorpha 
dominula trinacriae Nardelli et Giandolfo, 1996 [186].  


 
74 
 


 
75 
 
Məlikə  ayıca  meşələrin  ziyanveriçisi  kimi  tanınmışdır,  bağların  zi-
yanveriçisi  kimi  ilk  dəfə  bizim  tərəfimizdən  qeyd  edilmişdir.  Müəyyən-
ləşdirilmişdir  ki,  zərərverici  Naxçıvan  bölgəsində  (Ordubad,  Şahbuz  ra-
yonları)  1540-2000  m  yüksəklikdə  yerləşən  meyvə  bağlarında  yayılmışdır, 
ərik,  gavalı,  alma,  armud  və  ot  bitkilərinə  zərər  verir.  Kəpənəyin  tırtılları 
ağacları  iki  (payız  və  yazda)  dəfə  zədələyir.  Yayda  qeyd  olunan  kəpənək 
tırtılları  əvvəlcə  ot  bitkiləri  ilə,  sonra  isə  gavalı  ağaclarının  yarpaqları  ilə 
qidalanır.  Yazda  isə  yenidən  ərik  və  gavalı  ağaclarınının  təzəcə  açılmış 
tumurcuq  və  yarpaqları  ilə  qidalanırlar.  Bu  isə  ağacların  çılpaqlaşmasına 
səbəb  olur.  Belə  hallar  2006-2007-ci  illərdə  kütləvi  uçuş  zamanı  qeydə 
alınmışdır  ki,  bir  ağacda  tırtılların  sayı  230-a  çatmışdır.  Ordubad,  Şahbuz, 
Şərur  və  digər  rayonların  meyvə  bağlarında  aparılan  müşahidələrə  əsasən, 
tırtıllar iyul ayının üçüncü ongünlüyündə çıxırlar. Avqust ayının ikinci on-
günlüyündə alma və ərik ağaclarına keçirlər. Oktyabr ayının birinci ongün-
lüyündən noyabr ayının birinci ongünlüyünədək 6 yaş dövrü keçirirlər. Tırtıl 
mərhələsində  torpağın  altında,  ağacların  kötük  hissələrində  qışlayırlar. 
Tırtıllar mart ayında qışlamadan çıxırlar. Əvvəl onlar ot bitkiləri ilə qidala-
naraq,  sonra  isə  aprel  ayının  əvvəllərində  meyvə  ağaclarının  gövdəsində 
toplaşırlar. Aprel ayının ortasında çiçək və tumurcuqlarla qidalanırlar.  
Tırtıllar öz inkişafını qurtardıqdan sonra (axırıncı  yaşda) qışı keçir-
dikləri  yerlərdə  puplaşırlar.  Puplaşma  dövrü  mayın  ikinci  ongünlüyündən 
iyun  ayının  üçüncü  ongünlüyünədək  30-45  gün  davam  edir.  Kəpənəklərin 
üçüşü iyun ayının üçüncü ongünlüyündə başlayır və iyul ayının üçüncü on-
günlüyündə tamamlanır, kütləvi uçuş isə iyul ayının birinci-üçüncü ongün-
lüklərində olur. 2-3 gün uçuşdan sonra yumurtaqoyma dövrü başlanır və 33 
gün  davam  edir.  Bir  dişi  fərd  200-250-dək  yumurta  qoyur.  Yumurtaların 
əsas  hissəsi  birinci  20  günlükdə  qoyulur.  Yumurtaların  orta  inkişaf  dövrü 
18-20 gün, havanın temperaturu 11,9°C-23,6°C, nəmlik 58-92% olduqda isə 
30 gün çəkir. Ayıca xanım ildə bir nəsil verir. Azərbaycanda ayıca xanımın 
təbii düşmənlərindən 3 növü (İchneumon rogenoferi Kr., İch. insidiosus W., 
Trichionotus fizorius Th.) S.Ə.Hacıyeva tərəfindən aşkar edilmişdir [12,16]. 
 
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə