Hamının Sevimlisi
45
qorxurdular, paxıllar da az deyildi. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft
kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və
Suram qalasının yamacını aşıb, Peon düzənliyindən ötərək 800 kilometr məsafədə
uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-
uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə
başlayıb, 1907-ci ildə (on ilə) tamamlamışdılar.
QIZ MƏKTƏBĠ HAQQINDA
Professor Hadi Əliyev deyir ki, mühəndis dayım İbad Əliyev Tağıyevin
Bibiheybətdəki mədənində müdir olmuşdu, onunla yaxın idi. Şollar su kəmərini
çəkəndə avadanlığı gətirmək üçün İbadı yolladı Rusiyaya. 120 vaqon maşın nasos və
digər avadanlıq gətirdi və işi tamamlayıb başa çatdırdılar. Hadinin dediyinə görə,
dayısı İbad nəql edirmiş ki, imperator III Aleksandr sağ olanda Tağıyev ona ərzhal
yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa
icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O, öləndən sonra II Nikolay taxta çıxır.
Tacgüzarlıq mərasimi münasibətilə Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın
arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda
qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman
qız məktəbinə Saritsa Aleksandra Fyodorovnanın adı verilsin. Eyni zamanda qız
məktəbinin xərcini ödəmək üçün banka 150.000 manat qoyur, bu da beş faizlə ildə
7500 manat gəlir gətirəcəkdi və bununla da məktəbin xərci artıqlaması ilə
ödəniləcəkdir. İki gündən sonra 1896-cı ildə qız məktəbi açmağa icazə verildi.
Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-
ci ildə tikməyə başladılar. 1900-cü ildə hazır oldu. 184.000 manata başa gəldi. Bu
məktəb
Nikolayevski (kommunist) küçəsində (Azərbaycan SSR Elmlər
Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.
Qız məktəbi binası 864 kvadrat sajen yer tutur. Gözəlliyi küçənin və ətrafın
memarlığında yeni, parlaq və zəngin səhifə açır. Həcminə görə bu bina istənilən vaxt
ali məktəb üçün istifadə oluna bilər. Qız məktəbini açmaq üçün Hacı görkəmli din
Əşir Bəşiroğlu
46
xadimlərini, ruhaniləri, evinə dəvət edib əhvalatı onlara danışır, məsələni mümkün
qədər xoşluqla həll etmək istəyir. Çünki o zaman bütün əhali onlara inanır və qulaq
asırdı. İstədikləri vaxt “cihad” elan edə bilərdilər.
Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa
qaldırırlar. O günün sabahı, təklifi bəyənmiş qazı Mir Məhəmməd Kərimin qapılarına
ağ neft töküb evi yandırmaqla təhdid edirlər, axund Mirzə Abuturabın qapısına nəciz
yaxırlar. Bu hadisədən sonra Hacı taktikasını dəyişir. Müsəlman qaragüruhçularının
bəhanələrini kəsmək, ağızlarını yummaq üçün molla Mirzə Məhəmməd oğlunu
çağırıb güclü pul və hədiyyələr verib müqəddəs hesab edilən yerlərə - Məkkəyə,
Mədinəyə, Kərbalaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və sair yerlərə
göndərir və tapşırır ki, oradakı mötəbər, rəsmi din xadimlərindən, müctəhidlərin
hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları
da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər,
burada heç bir xilaf şər yoxdur.
Müsəlman qızları üçün müasir məktəbin açılması xəbəri şəhərə vəlvələ salır,
məclislərdə, bazarlarda, dükanlarda, toyda, yasda bu barədə söhbət gedir.
Məhəllələrin başçıları, şəhərin ağsaqqalları qara camaatı bərk həyəcana gətirirlər.
Molla Mirzə çox bacarıqlı adam olduğundan Hacının tapşırığını yerinə yetirib
müsəlman aləminin o zaman məşhur olan səkkiz müctəhidindən möhürlü, imzalı
sənədlər alıb dala qayıdır. Tağıyev ruhanilərin başçılarını evinə dəvət edir, bir-bir
soruşur ki, hansı müctəhidə etiqad edirsən? (o vaxtlarda hərənin etiqad etdiyi
müctəhidi var idi, o nə desəydi sözsüz qanun idi). Hərə öz müctəhidini deyir, Hacı
onların imzaladığı möhürlü məktubu göstərir ki, onlar qızların müasir elm
oxumalarını şərən təsdiq edirlər.
Tağıyev Rusiya imperiyasında millətlərə fərq qoymadan maarif və mədəniyyət,
bütün xeyriyyə işlərinə çox dəyərli xidmət göstərib, külli miqdarda pul xərclədiyinə
görə imperator ona həqiqi dövlət müşaviri (deystvitelniy statiskiy sovetnik) rütbəsi
vermişdi. Bu rütbə general, kontr-admiral, bir də ober-prokuror rütbəsinə bərabər idi.
Böyük hüququ vardı. Ruhaniləri və məhəllə başçılarını, sözükeçən nüfuzlu şəxsləri
Təzəpir məscidinə yığır və müsəlman qızları üçün müasir məktəb açmaq məsələsini
Hamının Sevimlisi
47
müzakirəyə başlayır. Gah başa salır, gah yalvarır, gah da qorxudur. Qaragüruhçu iri
əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar ortaya
çıxıb isməti-nişvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə və
imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırırlar, Hacı Zeynalabdin
Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Tapançalı-xəncərli qoçular isə
təhdidə keçirlər.
Tağıyev müqəddəs ziyarətgahlardakı mücəhid və din xadimlərinin
imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və şəhadətnamələri məsciddə də təkrar-
təkrar oxutdurub camaata başa salmağa cəhd edirdi ki, qızların elm oxumalarında heç
bir xilaf -şər yoxdur, əksinə, bu çox vacib və lazımdır.
Məclisdə iştirak edən ən mötəbər iki din xadimi Bakı quberniya qazisi Mir
Məhəmməd Kərim və Mİrzə Abuturab Axund Quran ayələrini ərəbcədən dilimizə
tərcümə edib, müslüm (müsəlman kişiləri) kimi, müsluma (arvadları) da bütün
biliklərə yiyələnməyə borcludur. Zəmanə elmi oxumaqda xilaf-şər yoxdur.
Yenə etiraz səsləri ucalır.
Bu dəfə Hacı Zeynalabdin özü danışmağa başlayır: “Camaat, qızlarımızın
zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətdə rəftarları xoş olar.
İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımız, hərəsi oralardan
qollarına bir arvad keçirib gətirirlər, çünki qızlarımıznan məcazları tutmur, dolana
bilmirlər, əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün
varidatlarımıza vərəsə çıxırlar. İşlər belə getsə ata-baba ocaqları qalacaq Quransız,
namazsız, şəriətsizlərə. Təzə məktəbdə qızlara ehkami şəriyyə, paltar tikmək,
toxuculuq, mətbəx işləri, müsəlman və rus dili oxuyub yazmaq elmi hesab, tifillərə
tərbiyə vermək öyrədiləcək. Burda nə pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq
as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzüaçıq olmağa çağırmıram,
srağa gecə iyirmi yaşlı ortancıl qızım sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ
Ambarsun həkimi gətizdirdim qızı yoxladı, dava-dərman elədi, qız ölümdən qurtardı.
İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə
hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdu. O
Dostları ilə paylaş: |