ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Əşir Bəşiroğlu 
54 
 
dilində  başqa  bir  nəfər,  fransız,  ingilis  dilində  və  alman  dilindəki  qəzetləri  qoca  bir 
kişi  oxuyardı.  Bir  dəfə  Mirzə  Gürc  Zeydanın,  qazı  Mir  Məmməd  Kərim  ağanın 
tərcümə  etdiyi  “On  yeddi  ramazan”  romanını  oxuyurdu.  Hacı  kresloda  oturub 
gözlərini  yummuşdu,  bilmək  olmurdu,  yatıb,  ya  ki,  oyaqdır.  Əsərdə  Xəlifə  Həzrət 
Əlinin şücaəti və xidmətləri təsvir edilirdi. Birdən Hacı gözlərini açıb dikəldi və dedi: 
“Başına  döndüyüm  imam  Həzrət  Əli  ağa  heç  baltika-zad  bilmirmiş,  səlbəni  elə 
düzünəqulu tolazlayırmış”. 
Mühəndis  Rza  Rzayev  danışırdı  ki,  gimnaziyada  oxuyurdum,  1919-cu  ildə 
Novruz  bayramı  münasibətilə  kasıb  və  yetim  uşaqlara  ianə  toplayırdılar.  Mənə  üç 
nəfər şagirdlə birgə qıfıllı, möhürlü balaca bir qutu verib dövlətlilərin evinə, mağaza 
və kontorlarına ianə üçün göndərdilər. Bir neçə yerdən ianə toplayıb, sonra da getdik 
Hacı  Zeynalabdin  Tağıyevin  evinə.  Bizi  içəriyə  buraxmadılar.  Qapıçını  dilə  tutub 
zor-bəla ilə Hacıya xəbər çatdırdım ki, İçəri şəhərli Hacı Əlinağının nəvəsi gəlib. O 
saat bizi içəri buraxdılar, qalxdıq kabinetə. Hacı kresloda oturmuşdu, məndən soruşdu 
ki, “Sən mənə xəbər verilən kiçinin nəvəsisən?” Cavab verdim ki, “Bəli, Hacı ağa”. 
Hacı  tənəkə  qutunu  göstərib  xəbər  aldı  ki,  “bu  qutuya  başqa  adamlar  pul  salıb?” 
“Bəli,  Hacı”  –  deyə  dilləndim.  Hacı  dedi:  “Onda  bu  qutunu  aparın  verin  məktəbə, 
başqa bir boş qutu gətirin”. 
Boş qutu ilə geri qayıtdıq. Hacı qutuya bir çek saldı. Məktəbdə qutunu açanda 
məlum oldu ki, Hacı yetim və kasıb uşaqların xeyrinə 5000 manat ianə verib. 
Bir  gün  Bakı  varlıları  Hacıya  şikayət  edirlər  ki,  şəhərin  aşağı  məhəllələrində 
ermənilər  mülk  tikdirirlər,  tədbir  görün,  qabağını  alın.  Hacı  deyir:  “Qoy  tiksinlər, 
qabağını  almaq  lazım  deyil.  Yeri  düşəndə,  mən  özüm  də  onları  şirnikləndirirəm  ki, 
tiksinlər. Mülk yerdə qalacaq, heç kəs gedəndə bunları apara bilməyəcək. Aramyanı 
görmədiz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı, xanəndə seyidə qismət oldu”. 
Bir neçə adam küçədə Hacıya rast gəlirlər. Hacı soruşur: “Nə var, nə yox?” Deyirlər 
ki, “Hacı, neçə gündü şəhərdə bir dənə də olsun təzə balıq tapılmır. Kömək eləyin”. 
Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq gətirərlər”. Sabahı gün faytona 
minib gedir vətəkələrindən birinə. Balıqçılar Hacını görəndə əl-ayağa düşür, torlarını 
yığır,  canla-başla  çalışırlar.  Hacı  təzə  tutulmuş,  çabalayan  bir  balığı  gətizdirir, 


Hamının Sevimlisi 
 
55 
 
barmağındakı  brilyant  üzüyü  çıxardıb  məftillə  balığın  quyruğuna  bənd  edib  dənizə 
buraxır. Bu xəbər bütün vətəkələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan 
balığı  tutmağa  cəhd  edirlər.  İki  gündən  sonra  şəhər  bazarlarına  o  qədər  şamayı, 
kütüm,  som,  sazan,  çapaq,  leş,  osetirin,  sevruqa,  qızıl  və  ağ  balıq  gətirirlər  ki, 
tərpənmək olmur. 
Hacı  pula  güvənib  yolundan  azmamaq  üçün  bənnalıq  etdiyi  baltanı 
imarətindəki iki otaq seyflərindən birinin divarından qapı ilə üzbə-üz asıbmış ki, hər 
açanda görsün və o günlərini yadından çıxartmasın. 
Xalq  artisti  Sidqi  Ruhulla  deyirdi  ki,  “Hacı  palçıq  daşıyan  zamanlarda  yaşca 
ondan  böyük  Murad  adında  usta  köməkçisi  ona  çox  mehribanlıq  göstərir,  tez-tez 
palçıq  dolu  çanağı  götürüb  onun  başına  qoyurmuş,  nərdivana  qalxanda  qolundan 
yapışıb həyan olurmuş, dostlaşırlar. Murad elə sonradan da bənna olaraq qalır, Hacı 
olur milyonçu. Bir dəfə rast gələndə Murad söhbətarası deyir ki, Hacı camaat danışır 
ki,  Tağıyev  birdən-birə  alış-verişdə  50.000  manat  qazanıb,  axı  bu  necə  olur.  Hacı 
deyir: “Usta Murad, on gündən sonra Parisə yola düşürəm, get hazırlaş səni özümlə 
ora aparacam”. Vaxt çatanda gedirlər Parisə, “luvr” mehmanxanasına düşürlər. Usta 
Murad  məəttəl  qalır.  Yeni  aləm  ona  əfsanə,  xəyal  kimi  görünür.  Hacı  “luvr” 
mehmanxanasında işləyən bütün xidmətçilərə, xörək paylayanlara eyni rəngdən olan 
parçadan  bir  dəst  gözəl  libas,  ayaqqabı  və  baş  geyimi  bağışlayır.  Bu  məsələ  bütün 
Parisdə sensasiyaya  dönür. Restoranda nahar edəndə hacı sifariş verir ki,  ən əla növ 
kürü gətirin. Bir azdan abı rəngli dəmir qutunu gətirib açılar. Bu beş girvənkə (2 kq) 
kürü  olan  qutunun  üstündə  iri  hərflərlə  Q.Z.A.Tağıyüv  yazılmışdı.  Murad  məəttəl 
qalır ki, Hacının burada da adı-sanı var. 
Bir  axşam  üç  nəfər  gəlib  Hacıdan  xahiş  edir  ki,  Hacı,  sabahkı  hərraca 
gəlməyin,  Parisdən  çıxın  gedin,  sabah  100.000  manat  pulu  sizin  şəxsi  hesabınıza 
keçirib, sənədləri sizə təqdim edərik. Sizin təkcə adınız hərracda bizim işləri alt-üst 
edər. 
Hacı  razılaşır,  sabahı  gün  banka  keçirilən  100.000  manatın  sənədlərini  alıb, 
usta  Muradla  bərabər  yollanır  Romaya  və  söhbət  arası  deyir:  “Usta  Murad,  gördün 


Əşir Bəşiroğlu 
56 
 
birdən-birə  yüz  min  manatı  necə  qazandım?  Atalar  boş  yerə  deməyib  ki,  pulu  pul 
qazanar, igid oğul palçıq tapdalayar”. 
Usta Murad bir neçə ildən sonra dilənçi kökünə düşür. Onu tanıyanlar məsləhət 
görür ki, get Hacıya de sənə köməklik eləsin. Utanır. Axırda  nəalac qalıb gedir. İçəri 
buraxmırlar, ha dil tökür, yalvarır, nəticə hasil olmur. Axırda deyir ki, gedib teleqram 
vuracam, onda sizi tənbeh edər. Qapıdakı gözətçilər, qoçular onu qabaqlayır, Hacıya 
xəbər verirlər ki, bənna Murad adlı bir nəfər gəlib. Hacı deyir: “Usta Murad? Buraxın 
gəlsin!”  Başa  salırlar  ki,  içəri  buraxılası  deyil,  cır-cındır  içindədir.  Hacı  tapşırır  ki, 
onu  göndərin  hamama,  alt  və  üst  libasını dəyişdirin,  gətirin  yanıma.  Elə  də  edirlər. 
Köhnə  dostlar  görüşür.  Ordan-burdan  söhbət  edirlər.  Murad  dərdini  Hacıya  deyir, 
kömək  istəyir.  “Usta  Murad,  səni  bəzzaz  dükanına  qoyacağam,  göz-qulaq  olarsan”. 
Bənna  Murad  boyun  qaçırır  ki,  bacarmaram.  “Bacararsan”,  deyə  Hacı  onun  sözünü 
kəsir, “əlaltılar işləyəcək, sən də baxacaqsan”. 
Bir rus mühəndisi belə bir xatirə nəql edirdi: “Hacı Zeynalabdin Tağıyevə rast 
gəldim.  Parijdən  təzə  qayıtmışdı.  Hal-əhvaldan  sonra  o  tərəflər  barədə  nə  fikirdə 
olduğunu soruşdum. Heyrətlə dedi: “A kişi, faytonda gedirdik, yanımda dilminc, bizə 
sağ  tərəfə  dönmək  lazım  idi,  faytonçu  atları  sola  döndərdi,  mən  onun  kürəyinə 
toxunub  işarə  ilə  başa  saldım  ki,  o  biri  səmtə  getməliyik.  Birdən  sürücü  faytonu 
dayandırıb yerə hoppandı və əllərini oynada-oynada, qışqıra-qışqıra başladı qəzəblə 
deyinməyə. Məəttəl qaldım, dilmancdan xəbər aldım ki, nə olub ona, nə deyir, nə baş 
verib?  Dilmanc  məni  başa  saldı  ki,  qəzəblənib  ki,  necə  cürət  edib  onu  bizdəyirsən, 
təhqir  edirsən.  Sözün  var  dillə  de.  Məəttəl  qaldım.  Hər  şeyi  başa  düşdüm.  Burda, 
bizdə o cür qayda-qanun olanda adamlar rahat xoşbəxt olacaqlar. 
Ömründə  bir  sətir  oxumamış,  imzası  beş-altı  cızmaqara  xətdən  ibarət  olan, 
rusca  lorı  danışan  bu  qocaya  hörmətim  qat-qat  artdı.  O  nə  Fransanın  cah-
cəlallarından, nə parıldayan mehmanxana və restorandan, nə əzəmətli binalardan, nə 
teatrlardan  danışdı,  o  əxlaq  normasından,  azad,  məğrur  insana  rast  gəlməyindən 
danışdı.” 
Rəssam  Əmir  Hacıyev  nəql  edirdi  ki,  Tağıyev  Qərbi  Avropadan    bir  neçə 
məşhur  rəssamın  əsərlərini  baha  qiymətə  gətizdirmişdi.  Ayvazovski  onun  sifarişiylə 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə