ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Hamının Sevimlisi 
 
63 
 
 
AZƏRBAYCAN  MÜSƏLMAN  MÜƏLLĠMLƏRĠNĠN QURULTAYI 
1906-cı  ilin  may  ayında  “Nicat”  maarif  cəmiyyətinin  qiraətxanasındakı 
yığıncaqda müəllimlərin (avqustda) qurultayının çağırılması qərara alınır. Aşağıdakı 
tərkibdən ibarət komissiya təşkil edilir. Həsənbəy Zərdabi, Ə.Ağayev, N.Nərimanov, 
Ə.Cəfərzadə, A.Əfəndiyev, H.Mahmudbəyov, H.M.Hacıbababəyov, M.Y.Əfəndiyev. 
Ciddi  hazırlıq  başlanır.  H.B.Zərdabi  “Kaspi”,  N.Nərimanov  “Həyat”,  Ə.Ağayev 
“İrşad” qəzetlərinə məktub yazır, qurultayın məqsəd və təkliflərini aydınlaşdırırlar.  
1906-cı il avqust ayının 15-də, səhər saat 10-da II şəhər məktəbinin salonunda 
qurultay  işə  başlayır.  Təsis  komissiyasının  sədri  N.Nərimanov  qısa  giriş  sözü  ilə 
qurultayı  açır.  H.B.Zərdabi  sədr,  N.Nərimanov  onun  müavini,  Fərhad  Ağayev  isə 
katib seçilir. Qurultayda münaqişə baş verir. Qocaman müəllim Səmədbəy Acalov o 
münqişəni belə izah edir: “Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor var idi. 
O,  məktəbdə  azərbaycanca  danışmağı  qadağan  etmişdi.  Bu  əmri  pozan  müəllimlər 
işdən  qovulurdu.  Müəllimlər  balaca  uşaqları  azərbaycanca  danışmadan  başa  sala 
bilmirdilər. O uşaqlar rus dilini çox pis bilirdilər”. 
Qurultay  nümayəndələri  qərara  aldılar  ki,  belə  yaramazlığa  qarşı  Livitskidən 
Qafqaz  canişininə  şikayət  etsinlər  və  ana  dilini  sərbəst  dərs  kimi  keçmək  barədə 
sərəncam verilsin. 
Teleqramı  tərtib  etmək  qurultayın  sədrinə  tapşırıldı.  H.B.Zərdabi  tapşırığı 
yerinə  yetirdi,  teleqram  mətnini  nümayəndələrin  nəzərinə  çatdırmaq  üçün  oxudu, 
sonuncu cümlə  belə  qurtarırdı:  “qurultay  ədalətli sərəncam  verməyinizi xahiş  edir”. 
N.Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”. 
Zərdabi  həlim  bir  tərzdə  izah  elədi  ki,  “tələb”  sözü  canişinlikdə  oturmuş 
çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara verməzlər, deyərlər, 
siz  nəsiz,  kimsiz  ki,  tələbiniz  də  nə  ola.  Burda  evimizin  içində  bir  Livitski  ilə 
bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə 
əngəl  törədər,  Livitskiyə  əhsən  deyər,  hələ  üstəlik  səlahiyyətinin  bir  az  da  artırar. 
Xahiş daha münasibdi, nəzakətlidir. 


Əşir Bəşiroğlu 
64 
 
Münaqişə  başladı,  iki  cəbhəyə  bölündülər,  təklif  səsə  qoyuldu.  Nərimanovun 
“qurultay  tələb  edir”  təklifi  keçdi.  Bir  cavan  müəllim  qışqırdı:  “Əqil  yaşda  yox, 
başdadır”. H.B.Zərdabi qurultayı tərk edir. Bu əhvalat avqustun 21-də baş verir. Bu 
münaqişəni  Tağıyevə  çatdırırlar.  O,  avqustun  22-də  qurultaya  gəlir,  müəllimlərə 
müraciətlə  deyir:  “Sizin  dünənki  qərarınız  göstərir  ki,  qurultaya  N.Nərimanov  kimi 
uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsiniz Nərimanov kimdir? Onun cibində 
bir  qəpiyi  yoxdur,  mənim  pulumla  oxuyur.  İndi  gəlib  burda  inqilabi  danışıq  aparır, 
sizi  də  yoldan  çıxarmaq  istəyir.  Xahiş  edirəm,  dünənki  qərarınızı  dəyişin,  çünki 
hökumət yanında bütün millətimizə ayıb gətirən işdir”. 
Dərin  sükut  idi.  “Yoldaşlar,  deyə  Nəriman  kürsüyə  qalxıb  asta  səslə  sözə 
başlayır.  Mən  cənab  Tağıyevdən  təqaüd  alanlardanam.  Cənab  Tağıyev  yoxsul 
müəllimlərə  kömək  etməklə  onları  öz  tərəfinə  çəkmək  istəyir.  Istəyir  ki,  onların  öz 
fikri  olmasın,  onun  sözü  ilə  durub  otursunlar.  Mən  qurultay  qarşısında  bu  gündən 
cənab  Tağıyevin  təqaüdündən  imtina  edirəm”.  Bu  hadisə  uzun  illər  tək  müəllimlər 
arasında yox, başqa sənət sahibləri arasında da geniş söhbət mövzusu oldu. Tağıyevin 
baş mühasibi deyirdi ki, “Hər il, payızın əvvəlində təqaüd göndərdiyimiz tələbələrin 
siyahısını tutub Hacının təsdiqinə verirdim. Həmin qurultay olan ili, o  əhvalatdan 2 
ay sonra Hacıdan xəbər aldım ki, Nərimanovu siyahıya salım, ya yox? Dedi ki, sal. 
Nərimanov isə sözünün üstündə durub pulu almamışdı. Amma Nərimanovun qardaşı 
və  bacısı  uşaqlarından  6  nəfər  qız  uşağı  Tağıyevin  qız  məktəbində  pulsuz 
oxuyurdular. 
Ancaq  Sovet  hakimiyyəti  qurulandan  sonra  Nərimanov  Hacıya  çox  kömək 
elədi.  Heç  kəs  ona  gözün  üstə  qaşın  var  demədi.  Mərdəkandakı  bağ  evini  Hacıya 
verdi.  Zarafat  deyil,  on  dörd  otaq  aşağıda,  on  dörd  otaq  üst  mərtəbədə.  Bağı,  çar 
hovuzu hər şeyi var idi. Deyilənə görə Nərimanov Odessa universitetində oxuyarkən 
Hacıdan aldığı pullarını da ödəmişdi. Hətta iyirmi dördüncü ildə Hacı vəfat edəndə, 
qəzetlərə onun haqqında yazılarda yazırdı. Bunlar hamısı Nərimanovun hünərinə idi. 
Hacı  da  hər  yerdə  tanınmışdı,  Qafqazda,  İranda,  Türkiyədə,  Misirdə,  Hindistanda. 
Hacı öləndə hələ xüsusi mülkiyyətçilik idi. Dükanlar hamısı xüsusi adamların əlində 


Hamının Sevimlisi 
 
65 
 
idi, kooperativ, hökumət  mağazası yox idi. Bakıda müsəlmanlar üç gün Hacıya yas 
saxladılar, dükanlarını açmadılar. 
 
BĠRĠNCĠ  DÜNYA  MÜHARĠBƏSĠ 
Birinci Dünya müharibəsi (1914-cü il avqust ayı) elan edilən gün Almaniyada 
olan  bütün  rus  təbəələrini  əsir  tutub  xüsusi  düşərgələrə  saldılar.  O  vaxt  Hacı 
Zeynalabdin Tağıyev də öz ailəsi ilə birlikdə Almaniyada istirahət edirdi.  
Tağıyevin  qızı  Sara  əhvalatı  belə  nəql  edirdi:  “Peterburqda  Smolin  qız 
institutunda  oxuyurdum.  Bacım  Leyla  xəstələnib  Bakıya  qayıtmışdı.  Mən  tək  idim. 
Hər yaz, mayın axırında Bakıya tətilə gəlirdim, payızda geri qayıdırdım. 1914-cü ilin 
yazında atamın etibar etdiyi yəhudi Samoil Moesoviç Dembo Peterburqa gəlib məni 
Varşavaya apardı. Atam, anam, bacılarım Leyla və Sürəyya, qardaşlarım Məmməd və 
İlyas, anamın ən yaxın qulluqçusu Raisa, bir də atamın köhnə tanışlarından qoca, 90 
yaşlı  Məstanbala  Almaniyaya  getdik.  Məstanbala  söhbət  vaxtı  atama  deyir  ki,  Hacı 
varlı adamsan, pulun çoxdu, Firəngistana gedəndə bir dəfə məni də apar, atam da onu 
götürmüşdü.  Əvvəl  Berlinə  getdik,  ən  məşhur  “Ekspolenada”  otelinə  düşdük.  Bir 
neçə gündən sonra Ems mədən sularına yollandıq. Bir ay orada qaldıq, Marenbadenə 
getdik.  Atam  bir  ay  da  orada  müalicə  oldu,  biz  isə  dincəldik.  Axşamüstü  bir  rus 
ruhanisi  atamın  yanına  gəlib  xəbər  verdi  ki,  məni  rus  səfiri  göndərib:  -  “Deyir  ki, 
Hacıya de tez yola düşsün, Almaniya Rusiyaya müharibə elan edib. Xəbər qəzetlədə 
dərc olunandan sonra rus tələbələrini vətənlərinə buraxmayacaq, əsir saxlayacaqlar.” 
Biz  Berlinə  çatanda  müharibənin  elan  xəbəri  artıq  yayılmışdı.  Vağzalqabağı 
meydanda  adam  əlindən  tərpənmək  olmurdu.  Kişilər  əllərindəki  ağacları  havada 
hərlədib,  hədələyə-hədələyə  “Rus...rus...rus”  deyə  qışqırırdılar.  Keçmiş  Qafqaz 
canişini  qraf  Voronsov  Daşkovun  arvadı,  milliyyətcə  erməni  olan  Liza  Kinikorun 
qızını  (Elizaveta  Qriqoryevna)  almanlar  küçədə  saçlarından  yapışıb  sürütləmişdilər. 
Vağzal binasından çıxa bilmirdik. İki saat keçdi, atam dedi: “Sandıqlar qalsın burda, 
hərə  çamadanını  götürsün,  gəlsin  dalımca.”  O,  qabaqda,  biz  də  onun  dalınca  çıxdıq 
meydana. Polsi nəfərləri bizi o saat araya aldılar. Mindirdilər bir maşına. Atam dedi: 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə