Əşir Bəşiroğlu
72
verilmişdir. Senatın 1910-cu il 8 fevral fərmanı ilə H.Z.Tağıyev nəsli zədagən
rütbəsinə də layiq görülmüşdü.
H.Z.Tağıyev Müqəddəs Stanislav ordeninin III və II dərəcələri, habelə
aşağıdakı medallarla təltif olunmuşdur. Üzərində “Səyyinə görə” yazısı olan (biri
Anna, ikinci isə Stanislav lentindən) boyundan asılan 3 qızıl, Stanislav lenti, biri
boyundan asılan, digəri sinəyə taxılan 2 gümüş medal. Tağıyevin mükafatları
arasında imperator III Aleksandrın hökmranlığı dövrünün gümüş xatirə medalı da
var. Bunlardan başqa o, xarici ölkələrin mükafatları ilə İarnın Şiri-Xurşud ordeninin
IV, II
və I dərəcələri, habelə Buxaranın II dərəcəli qızıl ulduzu ilə təltif olunmuşdu.
Azərbaycanda Sovet hökuməti qurulandan sonra Tağıyevin bütün müəssisələri
milliləşdirilmiş və ona Mərdəkandakı bağ evində yaşamaq imkanı verilmişdi. İrana
getmiş böyük qızı Leyladan fərqli olaraq, Vətənindən ayrılmaq istəməyən
H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında ikən vəfat etmiş və özünün
vəsiyyətinə görə Bakıda ən tanınmış din xadimlərindən olan Axund Hacı Əbu
Turabın Mərdəkandakı məqbərəsinin önündə dəfn edilmişdir.
H.Z.TAĞIYEVĠN FƏALĠYYƏTĠNĠN KAPĠTALĠST SAHĠBKARLIĞI
Tarixi
ədəbiyyatda
ayrı-ayrı
məlumatların
olmasına
baxmayaraq,
H.Z.Tağıyevin sahibkarlıq fəaliyyətinin bir çox cəhətləri indiyədək öyrənilməmiş
qalmışdır. Məsələn, özünün etiraf etdiyi kimi “heç bir sistenatik təhsil almamış”
H.Z.Tağıyevin iri firmalar və bütöv inhisarçı birləşmələrlə sərt rəqabət mübarizəsində
nəinki var-yoxdan çıxmadığını, həm də öz müstəqilliyini qoruyub saxlayaraq Nobel,
Rotşild, Mantaşev kimi neft kralları ilə bir cərgədə dayanmağa necə nail olduğunu
araşdırmaq çox maraqlıdır. Yaxud neft sənayeçilərinin çoxu özlərinə nə üçün onun
yardımını təmin etməyə çalışırdı? Tağıyevin öz neft müəssisələrini satmaq barədə
gözlənilməz qərarının həqiqi səbəbi nə idi?
H.Z.Tağıyev Azərbaycan ticarət və sanaye maliyyə burjuaziyasının yuxarı
təbəqələrində ən hörmətli və sayılan simalarından biri idi. O, hökumət və bank
məmurları dairələrində böyük nüfuza malik idi. Azərbaycan neft sənayesinin bir çox
vacib məsələlərinin həllində fəal iştirak edirdi. Hər hansı xüsusi təşkilatçılıq vərdişi
Hamının Sevimlisi
73
olmasa da o, qəribə fərasətlilik, işgüzar fəhmlilik, kapitalist təsərrüfatı sahəsində
dərin bilik nümayiş etdirirdi. Tağıyev öz müəssisələrini təşkilatca yenidən qurmaq,
texniki və enerji ilə təchiz etmək hesabına onları öz dövrünün qabaqcıl kompaniyaları
səviyyəsinə çatdırmışdır. Buna görə də həm alimlərin, həm də ədəbiyyatçıların ona
marağı təbiidir. H.Z.Tağıyev uzun müddət tədqiqatçıların nisbətən az bir hissəsinə
məlum idi. Onun barəsində ya susur, ya da olduqca az məlumat verirdilər. Bəziləri isə
onun fəaliyyətini yanlış şərh edirdilər. Azərbaycan burjuaziyasının görkəmli
nümayəndəsi olan Tağıyevin fəaliyyətinin öyrənilıməsi çox vacibdir.
B.Y.Axundovun monoqrafiyasında ilk dəfə olaraq H.Z.Tağıyevin Bakı neft
sənayeçilərinin XIX əsrin sonlarında təşkil olunmuş müxtəlif birliklərdə iştirakı,
ingilis kapitalı nümayəndələrinin onun neft mədənlərini satın alması barəsində faktik
materiallar gətirilir. Digər tədqiqatlarda da ingilislər tərəfindən Tağıyevin neft
mədənlərinin satınalınma şərtləri işıqlandırılır. İngilis kapitalistlərinin Rusiyanın neft
sənayesinə
soxulmaq planlarında tağıyev firmasının yeri aydınlaşdırılır.
H.Z.Tağıyevin Azərbaycanın rayonlarında torpaq alması barədə məlumat verilir.
M.A.Musayevin 70-ci
illərdə
çapdan çıxmış iki monoqrafiyasında
H.Z.Tağıyevin firmasının ticarət əməliyyatları barəsində məlumatlar verilir.
D.B.Seyidzadənin kitabında xalq təsərrüfatının bir sıra sahələrində Azərbaycan
burjuaziyasının, o cümlədən də H.Z.Tağıyevin mövqeyi barəsində maraqlı materiallar
toplanmışdır.
Yazıçı Manaf Süleymanovun kitabında sahibkarlardan: - Mirzəyev qardaşları,
Murtuza Muxtarov, Seyid Mirbabayev, Ağabala Quliyev, H.Z.Tağıyev və digər
sənayeçilərin fəaliyyətini təhlil etməyə ilk cəhd göstərilmişdir.
H.Z.Tağıyevin firmasının yaranması və fəaliyyəti tarixinin öyrənilməsi üçün
“Rusiyanın neft sənayesində inhisarçı kapital: 1883-1914” və “Yeni inqilabi yüksəliş
illərində Azərbaycanda fəhlə hərəkatı” adlı sənədlər topluları böyük əhəmiyyətə
malikdir. Bunların birincisində 1897-ci ildə Tağıyev firmasının ləğvinədək
fəaliyyətini, Tağıyevin inhisarçı birləşmələrdə iştirakını, neft məhsullarının ixracı
uğrunda mübarizəsini və s. işıqlandıran qiymətli sənədlər və bu sənədlərə izahlar