Hamının Sevimlisi
75
1895-ci ildə Badkubədə rus dilində verilən “Kaspi” qəzetini 57 min manata
alıbdır. Bu qəzeti almaqla Hacının məqsədi vətəndaşlara xidmət etməkdir.
N.Nərimanov demişdir: - Xalq Hacının adını həmişə uca tutacaq, qələm
sahibləri onun xidmətlərini vəsf edəcəkdir. Bəli, belə də oldu, Hacı barəsində çox
yazılıb. Biz də bu yazı ilə onun gördüyü işlərin cüzi bir hissəsini xalqa çatdırmaqla
özümüzü xoşbəxt sayırıq.
Hacı böyük din xadimlərinin, üləmaların, açıqgözlü ruhanilərin hörmətini
həmişə saxlardı. Yuxarıda qeyd etdiyimiz kimi, Hacı qabaqcıl maarifpərvər ruhanilər
Mir Məhəmməd Kərim Mircəfərzadə, Mirzə Axund Əbu Turab, Axund Molla
Ruhulla ilə həmişə məsləhətləşərdi. Quran Hacının pulu ilə azərbaycancaya tərcümə
edilərək nəşr olunmuşdur. Tərcüməçi Axund Məmməd Kərim Ağa olmuşdur.
H.Z.Tağıyev ölərkən vəsiyyət etmişdir ki, onu Axund Əbu Turabın ayağı altında dəfn
etsinlər: “Çünki onun ayağının bildiyini mənim başım da bilmir” demişdir. Burada
Bakı milyonçusu Muxtarovun Axund Əbu Turabın qəbri üzərində əzəmətli günbəz
tikdirdiyini qeyd etməmək olmur.
Hacı Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının başçısı Səttarxanın İran
istibdadına qarşı apardığı mübarizəyə rəğbət bəsləyir, Səttarxana və onun
mücahidlərinə kömək edirdi. 1905-ci il erməni-müsəlman qırğınının qarşısını
almaqda Hacının müstəsna xidməti olmuşdur. 1902-ci ildə Şamaxıda baş vermiş və
şəhəri viranəyə çevirmiş zəlzələ xəbərini alan kimi H.Z.Tağıyev ianə yığmaq üçün
komitə yaratdı və birinci özü 1000 manat verdi. Daha sonra o fevralın 2-də şəhərin
bütün fəxri vətəndaşlarını Bakı şəhər Dumasının zalına dəvət etdi. İanə yığmaq
qərara alındı. Şamaxıya çadırlar, həkimlər göndərildi. Bu yığıncaqlarda H.Z.Tağıyev
əlavə 4000 manat verdi. H.B.Zərdabi zərərçəkənlərə yardım üçün Şamaxıya getdi.
Rusiya imperiyasının hər yerindən Hacının adına ianə gəlirdi. Məsələn: Savva
Mozozovdan 1000 manat, “A.Knoi” ticarət evindən 2000 manat və sair. O vaxt türmə
Nargin adasında idi. Camaat öz düstaqlarının yanına getməkdə çətinlik çəkirdi. Hacı
bu ağır vəziyyəti aradan qaldırmaq üçün özünün hazır dəyirman binasını içərisində
dəyişiklik apararaq onu hökumətə icarəyə verdi. O bina türmə kimi 1910-cu ilin
Əşir Bəşiroğlu
76
fevralından istifadə olundu. Bununla da şəhər əhlinin canı Nargin adasına gedib
gəlməkdən qurtardı. İndi də bu bina xalq arasında “Tağıyev qazamatı” adı ilə
məşhurdur.
Bakı şəhər təsərrüfatının inkişafında Tağıyevin xidmətləri xüsusilə böyükdür.
Bakının həyatında elə bir az çox əhəmiyyətli sahə yox idi ki, Tağıyev orada iştirak
eləməsin. Ümumən xalqın xeyrinə olan tədbirlərdən Tağıyev heç vaxt yaxasını
kənara çəkməzdi. Şəhərin və camaatın ehtiyacını təmin etmək məqsədilə bəzən rəsmi
hökumət orqanlarının və Dumanın qərarlarını gözləmədən özü işə müdaxilə edirdi.
Belə tədbirlərdən biri şəhərin su ilə təchiz edilməsi məsələsi idi. Əhalinin bu
böyük tələbinə şəhər bələdiyyəsinin etinasız yanaşdığını gördükdə Hacı öz hesabına
isə girişdi. Öyrəndi ki, Rusiyada su kəməri çəkilişi üzə D.İ.Şipov adlı bir mütəxəssis
yaşayır. Hacı aşağıdakı məzmunda teleqram vuraraq onu Bakıya dəvət etdi “Moskva,
D.İ.Şipova. Sizin ictimai işlərdə məhsuldar, yorulmaz işinizlə tanış olduqdan sonra
arzu edirəm ki, namizədliyinizi şəhər nizamnaməsinin 103-cü maddəsi əsasında su
kəməri şöbəsinin müdiri kimi Bakı şəhər idarəsinin üzvlərinə təqdim edim. Bu təzə
bir işdir, sınanmış, təcrübəli xadimlər tələb edir. Maaş məsələsi ikinci dərəcəli
məsələdir. Təki siz bu vəzifəni tutmaq üçün razılığınızı bildirəsiniz. Xahiş edirəm ki,
teleqramla cavab verəsiniz”.
Fevralın 24-də D.İ.Şipov, Londondan bu məsələ ilə əlaqədar dəvət edilmiş
mühəndis Lindleylə birlikdə Bakı-Şollar su kəmərinin çəkilişi barədə danışıqlara
başladı. Tağıyev bu danışıqlarda şəxsən iştirak etdi. Bakı-Şollar su kəmərinin çəkilişi,
İngiltərə-Amerika firmasına tapşırılmışdı. Hələ 1901-ci ildə Lindley Şahdağın
ətəyində güclü su mənbəyi olduğunu aşkar etmiş və oradan su çəkilməsi layihəsini
təsdiq olmaq üçün Dumaya təqdim etmişdi. Lakin Duma qlasnılarının əksəriyyəti
Şahdağın ətəyində su olmasına şübhə edərək layihəni rədd etmişdi. Bütün şəhər
camaatının sudan korluq çəkdiyi bir şəraitdə Dumanın bu məsələyə etinasız
münasibətini görən H.Z.Tağıyev şəhər idarəsinə ərizə yazaraq bildirdi ki, o,
Lindleyin fikrinə şərik olaraq kəmərin çəkilişinə təcili başlamaq üçün öz hesabından
25 min manat pul ayırır. Bu şərtlə ki, Duma üzvləri orada kifayət qədər su olduğuna
inanandan sonra şəhər idarəsi verdiyim pulu geri qaytarsın. Əgər o mənbədə su
Hamının Sevimlisi
77
olmazsa mən verdiyim 25 min manat puldan imtina edəcəyəm. Bakıya su kəməri
çəkilməsi işi ləngiyirdi. H.Z.Tağıyev kəməri çəkmək işini davam etdirmək üçün
Rayovski adlı mühəndisi Bakıya dəvət etmişdi. Rayovski bu işin öhdəsindən şərəflə
gəlmiş və Bakıya Şollar su kəməri çəkilib başa çatdıqdan sonra öz yurduna
qayıtmışdı.
Tağıyev Azərbaycan torpaqlarını həmişə əziz tuturdu. Doğma vətəni onun üçün
hər şeydən əziz idi. Dövləti,sərvətinin çoxluğu onu heç zaman ölkəsinə xəyanət
etməyə sövq etməmişdi. 1912-ci ildə Tağıyevin Behbudovla olan məhkəməsi ilə
əlaqədar şaiyə yayılmışdı ki, H.Z.Tağıyev Osmanlı Türkiyəsinə getmək fikrindədir.
O, “Qolos Moskva” və “Utro Rossii” qəzetləri vasitəsilə bu şayiəni yayanlara belə
cavab vermişdir: “... o ki, qaldı mənim vətəni buraxıb, Osmanlı torpağına getməyimə
məcburam, qəti surətdə bəyan edim ki, belə bir iş heç vaxt xəyalımdan keçməyib və
heç vaxt xəyal etmirəm ki, öz vətənimi buraxıb, bu qoca vaxtımda qürbət vilayətə
gedim. Behbudovla mənim işim nə yerə müncər olarsa (amma mən inanıram ki,
axırda ədalət qələbə calacaqdır) mən öz vətənimi buraxa bilmərəm. O vətəni ki, mən
orada doğulmuşam, mən orada işləmişəm, mən orada var qüvvəmlə vətənə, dövlətə,
camaata xidmət etmişəm. Mən öz vətənimi sevirəm. Gələcəkdə keçəcəyim imtahanlar
nə qədər ağır olsa da mən öz vətənimdən əl çəkmərəm. Burada mənim atamın qəbri
vardır. Mənim qəbrim də burada olmalıdır.”
Belə bir sədaqətin nəticəsidir ki, H.Z.Tağıyev başqa Bakı milyonçuları kimi
inqilab zamanı xaricə qaçmadı, ya da inqilab düşmənlərinə qoşulmadı. Sovet
hökuməti də ona toxunmadı. Bu işdə N.Nərimanovun Tağıyevə bəslədiyi humanist
münasibət də xüsusi qiymətləndirilməlidir. H.Z.Tağıyev ömrünün sonuna kimi
hökumətin ona verdiyi Mərdakandakı bağ evində yaşadı.
Tağıyev tükənməz bir enerji sahibi idi. Bu onun 1922-ci il yanvarın 20-də
Nərimanova yazdığı məktubunda öz əksini tapır. Hacı məktubda işsiz qala
bilmədiyini, işləmək istədiyini göstərirdi. H.Hərimanov onun arzusunu Moskvaya
çatdırsa da Moskva onun işləməyinə mane oldu. Çünki sovet hökuməti ona
inanmırdı.
Dostları ilə paylaş: |