Hamının Sevimlisi
51
HACI ZEYNALABDĠN HAQQINDA ƏHVALATLAR
Təzə tədris üsulunun banilərindən biri, Bakı quberniyası maarif inspektoru,
qocaman müəllim, yazıçı Soltan Məcid Qənizadə deyirdi ki, III Aleksandr taxta çıxıb
tacgüzarlıq etdikdə Zaqafqaziya müsəlmanları tərəfindən Hacı Zeynalabdin Tağıyev
Peterburqa nümayəndə göndərilmişdi. Mərasim zamanı nazirlər soveti sadri çarın sağ
tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Hacı Zeynalabdin müsəlman
libasında, əynində arxalıq, üstündən çuxa, ayağında şirazi çarıq, əlində dəsmal, duz,
çörək çara yaxınlaşanda nazirlər sovetinin sədri, elə güman edir ki, Tağıyev başa
düşmür, deyir: “Vaşe veliçestvo, eto predstavitel dikoqo naroda (vəhşi xalqın
nümayəndəsidir)”. Tağıyev deyir: “mı ne dikie, moy narod ne dikiy, on imeet
boqatuyu, mnoqovekovuyu svoi istorii (biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil,
o çoxəsrlik zəngin tarixə maliokdir)”.
Qənizadə başqa bir əhvalat danışaraq deyir ki, Qori şəhərində - müsəlman
şagirdlərini seminariyaya yerləşdirməyə getmişdim. İmtahan vermiş müsəlman
uşaqlarının ikisini məktəbə götürmürdülər ki, vəsait yoxdur. Direktorla toqquşduq və
dedim ki, o uşaqlar bu seminariyada oxuyacaqlar. Gedib Hacıya teleqram vurdum ki,
iki nəfərin xərcini boynunuza götürün. Cavab gəldi ki, dörd müsəlman, iki erməni və
iki gürcü şagirdinin bütün xərclərini ödəməyi öhdəmə götürürəm.
Belə maraqlı bir əhvalat da nəql edirdi: “Rəssam Brodski Hacı Zeynalabdin
Tağıyevin rəsmi statisti sovetnik libasında, xüsusi lentada orden və medallar döşündə
bədənnüma portretini rəsm edir, iki seansda işi tamamlayır. Hacı nə qədər pul
verəcəyini xəbər alır. Brodski deyir ki, on min manat. Hacı təəccüblə soruşur ki, “3
saata on min?!” Rəssam deyir: “xeyr, Hacı, üç saata yox, 25 il, yeddi ay, iyirmi bir
gün və üç saat...”
Bu vaxt kabinetə ucaboy, orta yaşlı, ciddi simalı bir şəxs girir. Əynində çuxa,
onun altından arxalıq, belində qurşaq, başında buxara papaq, ayaqlarında şirazi çarıq,
saqqalı nadir, Hacı ilə görüşüb, qurşağın içəri tərəfindən bir pul kisəsi çıxarıb Hacıya
uzadır və deyir: “Hacı, bu əmanətinizi alın, çox sag olun. Allah sizi üstümüzdən əskik
Əşir Bəşiroğlu
52
eləməsin, əliniz həmişə uzun olsun”. Hacı hesabdarı çağırır: “Mir Həbib Ağa, gəl bu
əmanəti al!” Mir Həbib pul kisəsini alıb kişidən adını xəbər alır və gedib haqq-hesab
dəftərini yoxlayıb qayıdır, Hacıya xəbər verir ki, 1000 manatdır, 100 dənə onluq
qızıl. Borc qaytaran deyir: “Hacı zəhmət olmasa, mənim sizə girov qoyduğum
əmanətimi qaytarın”. Hacı maraqla soruşur: “Nə qoymuşdun girov?” Kişi deyir:
“Quranı açın, balaca zərfi Yasin surəsi olan vərəqə qoydunuz”. Mir Həbib iri Quarnı
açıb balaca zərfi götürdü və zərfin içindən iki dənə saqqal tükünü çıxardıb yiyəsinə
qaytarır. Bu mənzərəni seyr edən rəssam məəttəl qalır, heç nə başa düşmür. Mir
Həbib onu başa salır ki, bizdə borc alanda saqqaldan bir-iki tük girov qoymaq adəti
var. Heç kəs bu qanunu pozmuq. Düşsə, pozan olsa, namussuz hesab edilir. Onunla
heç kəs alış-veriş, dad-ustad etmir. Rəssam məəttəl qalır, gözləri kəlləsinə çıxır.
Çənbərəkəndli rəncbər Kərbəla Gülü deyirdi ki, qırx il bundan qabaq quraqlıq
oldu, bərk qıtlıq düşdü, arpa-buğda tapılmadı, bir tərəfdən də vəba azarı düşmüşdü.
Camaat acından qırılırdı. Dəllallar arpa-buğdanı baha qiymətə satırdılar. Hacı
Zeynalabdin dörd taxta anbar tikdirib, birinə arpa, birinə buğda, birinə un, birinə
düyü doldurur və ac əhaliyə-füqəra və möhtaclara, xəstələrə, yetimlərə kömək edirdi.
Buna görə də camaat Hacıya mahnı qoşmuşdu:
Hacı Zeynal Abdin
Xasi bəndeyi xuda,
Açıb buğda anbarın
Paylayır füqəraya.
Dənə torpaq qatıb baha satan alverçilər Hacıya düşmən kəsilmişdilər.
1892-ci ildə vəba azarından çox adam öldü. Kasıblar kəfən ala bilmir, meyit
ortada qalırdı. Sabunçulu Məhəmməd Cəfər bəy bir tay bez alıb qoyur məscidə ki,
ölüləri tez kəfənləyib basdırsınlar, meyid yerdə qalmasın. Camaat arasında yarı
zarafat, yarı ciddi, yarı istehza ilə deyirdilər: “Ölüm haqqdan, kəfən Məhəmməd
Cəfər bəydən”. Bu sözlər zərb-məsələ dönüb dillər əzbəri oldu.
Kərbəla gülü yenə nəql edirdi ki, bir arvad gəlir Hacının yanına ki, ərim ölüb.
Heç kəsim yoxdu, uşaqlarım acından öləcək, onları dolandıra bilmirəm, kömək elə.
O, da cavab verir ki, get fikirləşib, tədbir görərərm. Bir həftə sonra arvada gündə bir
Hamının Sevimlisi
53
vedrə süd verən Rusiyyət inəyi, bir də ələt xərci yollayır. Arvad süd, qatıq, qaymaq
satıb uşaqlarını böyüdür.
Mərdəkanlı qoca bağban nəql edirdi ki, bir axşam bir qoca Hacının yanına
gəlir. Qoca 20 dənə də yumurta gətirir və deyir ki, oğlumu evləndirirəm, istəyirəm
pullu toy edəm. Hacı deyir: “Allah mübarək eləsin, amma toyu pullu eləmə. Kənddə
hamı kasıbdır, çağıracaqsan, onlar sənə nə gətirəcək? Üç şahı, bir abbası, yuxarı başı
yarım manat. Mən sənə 50 manat verim, get toy elə”. Çıxardıb verir, qoca gedir.
Birdən Hacı nə fikirləşdisə məni onun dalınca göndərdi. Dedi ki, çağır qocanı dala.
Yürüyüb qocanı qaytardım. Hacı dedi: “A kişi, o pul böyük puldu, yolda səni
döyərlər, lap öldürə də bilərlər. Pulu qoy burda, sabah gəl apar”. Qoca dedi: “Xeyr,
Hacı, bu pulu mən qaytara bilmərəm. Birdən sən gecə öldün, sabah uşaqlar mənə pul
verər? Yox.” Hacı gülümsəyib razılaşdı: “Doğru deyirsən. Ola bilər. Nəfəsdir, getdi,
gəlmədi. Nə etibar”. Dönüb mənə dedi: “Apar kişini evinə qədər yola sal”.
Hacı Zeynalabdin bir dəfə Parapetin yanından keçəndə görür ki, bir neçə nəfər
aktyor, xanəndə restoranın qabağında dayanıb söhbət edirlər. Salamlaşıb ayaq
saxlayır, niyə yığışdıqlarını soruşur. Onların əvəzinə restoran sahibi cavab verir:
“Hacı, uşaqlar nahar etmək istəyirlər, amma pulları yoxdur”. Hacı gülümsəyir və
deyir: “Yaxşı, uşaqları mənim hesabıma yedirt”. Üç gündən sonra Hacı ordan
keçəndə qapı ağzında dayanmış restoran sahibindən xəbər alır: “O uşaqların yeyib-
içdiklərinin hesabını niyə göndərməmisən?” Restoran sahibi irişə-irişə deyir: “Hələ
qurtarmayıblar, yeyib-içirlər”. Hacı gülümsəyir: “Bu gün yola sal onları”.
Bir nəfər Hacının yanına dəfələrlə gəlib onun iş müdirlərinin birindən çuğulluq
edir: “Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına dükan açıb,
fayton alıb, işdən qov”. Hacı gülümsəyib deyir: “Qalmağı məsləhətdir. O, nə lazımdır
hamısını eləyib, alıb, tikdirib bundan sonra işləyəcək, onu çıxardıb, başqa adam
götürsəm, o, da köhnənin elədiklərini təzədən başlayacaq. Qalmağı məsləhətdir”.
Zeynal bəy Səlimxanov deyirdi ki, axşamlar çox vaxt Hacı kabinetində olardı,
yaxın adamları, şəhərin adlı-sanlı sakinləri söhbətə gələrdilər, qəzet və kitab
oxuyardılar. Ərəb, fars, bir də türk qəzetlərini yaxşı səsi olan bir mirzə oxuyardı, rus
Dostları ilə paylaş: |