Əşir Bəşiroğlu
54
dilində başqa bir nəfər, fransız, ingilis dilində və alman dilindəki qəzetləri qoca bir
kişi oxuyardı. Bir dəfə Mirzə Gürc Zeydanın, qazı Mir Məmməd Kərim ağanın
tərcümə etdiyi “On yeddi ramazan” romanını oxuyurdu. Hacı kresloda oturub
gözlərini yummuşdu, bilmək olmurdu, yatıb, ya ki, oyaqdır. Əsərdə Xəlifə Həzrət
Əlinin şücaəti və xidmətləri təsvir edilirdi. Birdən Hacı gözlərini açıb dikəldi və dedi:
“Başına döndüyüm imam Həzrət Əli ağa heç baltika-zad bilmirmiş, səlbəni elə
düzünəqulu tolazlayırmış”.
Mühəndis Rza Rzayev danışırdı ki, gimnaziyada oxuyurdum, 1919-cu ildə
Novruz bayramı münasibətilə kasıb və yetim uşaqlara ianə toplayırdılar. Mənə üç
nəfər şagirdlə birgə qıfıllı, möhürlü balaca bir qutu verib dövlətlilərin evinə, mağaza
və kontorlarına ianə üçün göndərdilər. Bir neçə yerdən ianə toplayıb, sonra da getdik
Hacı Zeynalabdin Tağıyevin evinə. Bizi içəriyə buraxmadılar. Qapıçını dilə tutub
zor-bəla ilə Hacıya xəbər çatdırdım ki, İçəri şəhərli Hacı Əlinağının nəvəsi gəlib. O
saat bizi içəri buraxdılar, qalxdıq kabinetə. Hacı kresloda oturmuşdu, məndən soruşdu
ki, “Sən mənə xəbər verilən kiçinin nəvəsisən?” Cavab verdim ki, “Bəli, Hacı ağa”.
Hacı tənəkə qutunu göstərib xəbər aldı ki, “bu qutuya başqa adamlar pul salıb?”
“Bəli, Hacı” – deyə dilləndim. Hacı dedi: “Onda bu qutunu aparın verin məktəbə,
başqa bir boş qutu gətirin”.
Boş qutu ilə geri qayıtdıq. Hacı qutuya bir çek saldı. Məktəbdə qutunu açanda
məlum oldu ki, Hacı yetim və kasıb uşaqların xeyrinə 5000 manat ianə verib.
Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərin aşağı məhəllələrində
ermənilər mülk tikdirirlər, tədbir görün, qabağını alın. Hacı deyir: “Qoy tiksinlər,
qabağını almaq lazım deyil. Yeri düşəndə, mən özüm də onları şirnikləndirirəm ki,
tiksinlər. Mülk yerdə qalacaq, heç kəs gedəndə bunları apara bilməyəcək. Aramyanı
görmədiz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı, xanəndə seyidə qismət oldu”.
Bir neçə adam küçədə Hacıya rast gəlirlər. Hacı soruşur: “Nə var, nə yox?” Deyirlər
ki, “Hacı, neçə gündü şəhərdə bir dənə də olsun təzə balıq tapılmır. Kömək eləyin”.
Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq gətirərlər”. Sabahı gün faytona
minib gedir vətəkələrindən birinə. Balıqçılar Hacını görəndə əl-ayağa düşür, torlarını
yığır, canla-başla çalışırlar. Hacı təzə tutulmuş, çabalayan bir balığı gətizdirir,
Hamının Sevimlisi
55
barmağındakı brilyant üzüyü çıxardıb məftillə balığın quyruğuna bənd edib dənizə
buraxır. Bu xəbər bütün vətəkələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan
balığı tutmağa cəhd edirlər. İki gündən sonra şəhər bazarlarına o qədər şamayı,
kütüm, som, sazan, çapaq, leş, osetirin, sevruqa, qızıl və ağ balıq gətirirlər ki,
tərpənmək olmur.
Hacı pula güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı
imarətindəki iki otaq seyflərindən birinin divarından qapı ilə üzbə-üz asıbmış ki, hər
açanda görsün və o günlərini yadından çıxartmasın.
Xalq artisti Sidqi Ruhulla deyirdi ki, “Hacı palçıq daşıyan zamanlarda yaşca
ondan böyük Murad adında usta köməkçisi ona çox mehribanlıq göstərir, tez-tez
palçıq dolu çanağı götürüb onun başına qoyurmuş, nərdivana qalxanda qolundan
yapışıb həyan olurmuş, dostlaşırlar. Murad elə sonradan da bənna olaraq qalır, Hacı
olur milyonçu. Bir dəfə rast gələndə Murad söhbətarası deyir ki, Hacı camaat danışır
ki, Tağıyev birdən-birə alış-verişdə 50.000 manat qazanıb, axı bu necə olur. Hacı
deyir: “Usta Murad, on gündən sonra Parisə yola düşürəm, get hazırlaş səni özümlə
ora aparacam”. Vaxt çatanda gedirlər Parisə, “luvr” mehmanxanasına düşürlər. Usta
Murad məəttəl qalır. Yeni aləm ona əfsanə, xəyal kimi görünür. Hacı “luvr”
mehmanxanasında işləyən bütün xidmətçilərə, xörək paylayanlara eyni rəngdən olan
parçadan bir dəst gözəl libas, ayaqqabı və baş geyimi bağışlayır. Bu məsələ bütün
Parisdə sensasiyaya dönür. Restoranda nahar edəndə hacı sifariş verir ki, ən əla növ
kürü gətirin. Bir azdan abı rəngli dəmir qutunu gətirib açılar. Bu beş girvənkə (2 kq)
kürü olan qutunun üstündə iri hərflərlə Q.Z.A.Tağıyüv yazılmışdı. Murad məəttəl
qalır ki, Hacının burada da adı-sanı var.
Bir axşam üç nəfər gəlib Hacıdan xahiş edir ki, Hacı, sabahkı hərraca
gəlməyin, Parisdən çıxın gedin, sabah 100.000 manat pulu sizin şəxsi hesabınıza
keçirib, sənədləri sizə təqdim edərik. Sizin təkcə adınız hərracda bizim işləri alt-üst
edər.
Hacı razılaşır, sabahı gün banka keçirilən 100.000 manatın sənədlərini alıb,
usta Muradla bərabər yollanır Romaya və söhbət arası deyir: “Usta Murad, gördün
Əşir Bəşiroğlu
56
birdən-birə yüz min manatı necə qazandım? Atalar boş yerə deməyib ki, pulu pul
qazanar, igid oğul palçıq tapdalayar”.
Usta Murad bir neçə ildən sonra dilənçi kökünə düşür. Onu tanıyanlar məsləhət
görür ki, get Hacıya de sənə köməklik eləsin. Utanır. Axırda nəalac qalıb gedir. İçəri
buraxmırlar, ha dil tökür, yalvarır, nəticə hasil olmur. Axırda deyir ki, gedib teleqram
vuracam, onda sizi tənbeh edər. Qapıdakı gözətçilər, qoçular onu qabaqlayır, Hacıya
xəbər verirlər ki, bənna Murad adlı bir nəfər gəlib. Hacı deyir: “Usta Murad? Buraxın
gəlsin!” Başa salırlar ki, içəri buraxılası deyil, cır-cındır içindədir. Hacı tapşırır ki,
onu göndərin hamama, alt və üst libasını dəyişdirin, gətirin yanıma. Elə də edirlər.
Köhnə dostlar görüşür. Ordan-burdan söhbət edirlər. Murad dərdini Hacıya deyir,
kömək istəyir. “Usta Murad, səni bəzzaz dükanına qoyacağam, göz-qulaq olarsan”.
Bənna Murad boyun qaçırır ki, bacarmaram. “Bacararsan”, deyə Hacı onun sözünü
kəsir, “əlaltılar işləyəcək, sən də baxacaqsan”.
Bir rus mühəndisi belə bir xatirə nəql edirdi: “Hacı Zeynalabdin Tağıyevə rast
gəldim. Parijdən təzə qayıtmışdı. Hal-əhvaldan sonra o tərəflər barədə nə fikirdə
olduğunu soruşdum. Heyrətlə dedi: “A kişi, faytonda gedirdik, yanımda dilminc, bizə
sağ tərəfə dönmək lazım idi, faytonçu atları sola döndərdi, mən onun kürəyinə
toxunub işarə ilə başa saldım ki, o biri səmtə getməliyik. Birdən sürücü faytonu
dayandırıb yerə hoppandı və əllərini oynada-oynada, qışqıra-qışqıra başladı qəzəblə
deyinməyə. Məəttəl qaldım, dilmancdan xəbər aldım ki, nə olub ona, nə deyir, nə baş
verib? Dilmanc məni başa saldı ki, qəzəblənib ki, necə cürət edib onu bizdəyirsən,
təhqir edirsən. Sözün var dillə de. Məəttəl qaldım. Hər şeyi başa düşdüm. Burda,
bizdə o cür qayda-qanun olanda adamlar rahat xoşbəxt olacaqlar.
Ömründə bir sətir oxumamış, imzası beş-altı cızmaqara xətdən ibarət olan,
rusca lorı danışan bu qocaya hörmətim qat-qat artdı. O nə Fransanın cah-
cəlallarından, nə parıldayan mehmanxana və restorandan, nə əzəmətli binalardan, nə
teatrlardan danışdı, o əxlaq normasından, azad, məğrur insana rast gəlməyindən
danışdı.”
Rəssam Əmir Hacıyev nəql edirdi ki, Tağıyev Qərbi Avropadan bir neçə
məşhur rəssamın əsərlərini baha qiymətə gətizdirmişdi. Ayvazovski onun sifarişiylə
Dostları ilə paylaş: |