Hamının Sevimlisi
79
Qeyd etdiyimiz təkamülə ən səciyyəvi məsələlərdən biri doğulmaqda olan
Azərbaycan milli burjuaziyasının ən görkəmli nümayəndəsi H.Z.Tağıyevdir. Öz
sahibkarlıq fəaliyyətinə xırda manufakturadan başlayan Tağıyev 60-cı illərin sonuna
neft məhsulları tacirləri içərisində mühüm simalardan birinə çevrilmişdir.
V.A.Koxorevin dəvəti ilə Bakıya gəlmiş böyük rus alimi D.İ.Mendeleyev yerli
ticarət-sənaye həyatının ən iri sahibkarları barədə aşağıdakıları yazmışdı:
“Kokorevdən sonra burada birinci yeri hökumət tədbirləri və Bakıda Burmeyster,
Hacı Tağıyev, Lens və L.E.Nobel kimi xadimlərin səyləri tutur.” XIX əsrin 70-ci
illərində Azərbaycan neft sənayesində baş verən köklü dəyişikliklər də buna şərait
yaradırdı.
1872-ci il 1 fevral qanununa müvafiq olaraq Abşeronun hər birində 10 desyatin
olmaqla 48 sahəyə bölünmüş neftli sahələrin açıq hərrac vasitəsi ilə xüsusi şəxslərə
icarəyə verilməsi barədə fərman imzalandı. Tağıyev də bu sahədə bəxtini sınamaq
istədi. 1873-cü ildə öz şəriki ilə birlikdə Bibiheybətdə 9 min manata torpaq sahəsi
aldı. Avadanlıq əlavə etdi, fəhlə və ustalar tutub quyu qazdırmağa başladı. Həmin ildə
ilk 12 neft hasilatı müəssisəsi yaradılmışdı, bunlardan biri də “H.Z.Tağıyevin neft
sənayesi firması” idi. Özünün 25 illik fəaliyyəti dövründə xırda neft hasilatı
müəssisəsindən quyu qazmaq, neftin hasilatı, emalı və daşınmasını, başqa sözlə, neft
işinin bütün sahələrini birləşdirən iri istehsal kombinatınadək böyük bir yol keçən
kompaniya belə yarandı.
Uzun müddət qazma işləri görülməsinə baxmayaraq neftdən əsər-əlamət yox
idi, lakin Tağıyev ruhdan düşmür və əhatəsindəkilərə qəribə gələn bir inadla axtarışı
davam etdirirdi. O, həsəd aparılacaq dərəcədə qətiyyət və əməksevərlik göstərərək
səhərdən axşamadək qazma işlərində şəxsən iştirak edirdi. Eyni zamanda o, özünün
ticarəd fəaliyyətini davam etdirirdi.
Hələ 70-ci illərin əvvəllərində Bakıda ilk ticarəd evləri meydana çıxdı.
Bunların ən məşhurlarından biri manufaktura satışı ilə məşğul olan “Sarkısov
qardaşları” ticarət evi idi. Sonralar H.Z.Tağıyev də bu ticarət evinin fəaliyyətinə
qoşuldu. Bu zaman o, artıq özünün ticarət əməliyyatlarını genişləndirməyə imkan