Hamının Sevimlisi
81
O da maraqlıdır ki, Bakı quberniyası neft sənayeçilərinin 1883-cü il siyahısında
bir ağ neft zavodunun sahibləri kimi Tağıyev və Sarkısov, digər zavodun sahibkarı
kimi isə tək H.Z.Tağıyev göstərilmişdir.
80-ci illərin ortalarında Tağıyev Sarkısov qardaşlarından ayrılır, öz payını satın
alır və özünün müstəqil “H.Z.Tağıyev ticarət evi”ni təşkil edir. Bu, həmin dövrdə
ticarət evləri formasında fəaliyyət göstərən, ayrı-ayrı şəxslərə mənsub fərdi
müəssisələrin yaranması nümunəsi idi.
80-ci illərin əvvəllərində Tağıyev firmasına Bibiheybət və Balaxanıda 30
desyatin neftli torpaq, neft məhsulları daşımaq üçün 2 yelkənli gəmi, Sarıtsin, Nijni
Novqorod və Moskvada anbarlar və iki zavod (biri ağ neft, digəri idə sürtkü yağları
istehsalı zavodu) mənsub idi. 1885-ci ildə firma 7 mln.pud neft çıxarmış və 2
mln.pud ağ neft istehsal etmişdir. Öz istehsal gücünə görə Tağıyevin zavodları ancaq
“Nobel qardaşları” və “Xəzər” şirkətlərinin, habelə “Batum neft sənayesi və ticarət
cəmiyyəti”nin zavodlarından geri qalırdı.
D.İ.Mendeleyev yerli sahibkarlar içərisində Tağıyevi xüsusi qeyd edərək onun
işgüzar keyfiyyətlərini xüsusi qiymətləndirirdi: “Bakı neft işinin mühüm yerli
hərəkətvericisi Hacı Tağıyev sayılmalıdır. O, Bibiheybətdə dəniz yaxınlığında və
Bakıda yer alaraq orada inadla qazma işinə başladı, demək olar, hamısı fontan
vurmuş çoxlu quyular qazıldı, birbaşa mədənin yanında geniş zavod tikdi və özünün
Rusiyada və xaricdə ticarətini təsis etdi. Həmişə bütün işlərini elə ehtiyatla aparmışdı
ki, Bakıda olmuş bir çox böhranlara sakitcə davam gətirmiş və cüzi vəsaitlə (1863-cü
ildə mən Tağıyevi xırda podratçı kimi tanıyırdım), lakin bütün əməliyyatlara ağıllı
münasibət bəsləmək şərtilə, neft işinin sürətlə vəsait yığımına necə xidmət etməsinə
aydın nümunə olmaqdan qalmamışdır”.
H.Z.Tağıyev neft sənayeçiləri içərisində təkcə özünün heyrətamiz uğurluluğu
ilə deyil, həm də neft bazarının dəyişkən konyukturasından dərindən baş çıxarmaq
bacarığı ilə getdikcə daha çox məşhurlaşırdı. Qarşıya qoyulmuş məqsədə çatmaq
yolunda uzaqgörənlik və qətiyyət Tağıyevə, nəinki 1886-cı və 1892-ci illərdə neft
sənayecini çulğayan və onlarca rəqabətə davamsız müəssisəni müflisləşdirmiş