Hamının Sevimlisi
87
göstərən firmanı yenidən qurmaqdan başlamağı qərara aldı. Bu qərarı Rusiya
cəmiyətinin sındıkatların fəaliyyətlərindən narazılığının təzəhürü doğurmuşdu.
Həmin narazılıq sonralar, ölkədə neft azlığının başlaması ilə əlaqədar, duru yanacaq
istehlakçılarının hökümətin ünvanına yığın-yığın tələb və şikayətlər yazdıqları
müharibə qabağı illərdə, xüsusən, güclü şəkildə aşkara çıxdı.
Sahibkarlar yaranmış vəziyyətdən çıxış yolunu onları maraqlandıran
müəssisələrin səhmlərinin böyük hissəsini almaqda tapdılar.
H.Z.Tağıyevin diqqətini “Ararat” adlı kiçik neft sənayeçi şirkəti cəlb edirdi.
1902-ci il dekabrın 30-da Tağıyev tacirlər Arafelov və Pirican Cəbiyevlə, habelə
mühəndis-texnoloq Əmirovla “Yeni Ararat” adlı şirkətin yaradılması haqqında
müqavilə imzaladı. Bu firmaya tam hüquqlu üzv kimi daxil olan P.Cəbiyev təkcə öz
əmanəti ilə deyil, həm də özünün bütün əmlakı ilə, qalan bütün iştirakçılar isə ancaq
öz əmanətləri ilə cavabdeh idilər. Cəmisi 42 min manat olan şərikli kapital hər biri 6
min manatlıq 7 paydan ibarət idi. Bu paylardan Cəbiyev, Tağıyev və Aratelov adama
ikisini, Əmirov isə birini qoymuşdu. Yuxarıda qeyd olunur ki, “10 faizi ehtiyat
kapital üçün ayrılandan sonra xalis gəlir hər il şirkətin üzvləri arasında onların şərikli
kapitaldakı paylarına müvafiq şəkildə bölünür.
Şirkət iştirakçıların üçdə ikisinin razılığı ilə istənilən vaxt ləğv oluna bilər, əgər
ilin sonunda kapitalın yarısından çoxuna zərər aşkara çıxsa, onda iştirakçıların hər
birinin tələbinə görə ləğvetmə məcburidir. Belə şərt öz kapitalı ilə risk etməyən
H.Z.Tağıyevin arzusuna uyğun idi.
Müqaviləyə uyğun olaraq 1906-cı ilin iyulunda Tağıyev 12 min manatlıq öz
payını P.Cəbiyevə ödədi. 1907-ci ildə firmanın nizamnaməsi təsdiq olundu. Birinci
ildə 484 min pud neft çıxarıldı. Firma 7 quyuya, o cümlədən, 4 məhsuldar quyuya, 2
daxili yanma və 1 elektrik mühərrikinə malik idi.
1907-ci ildə H.Z.Tağıyevin iştirakı ilə “N.A.Aratelov və K
o
” cəmiyyətinin yeni
“Anait” şirkəti yaradıldıqda 1908-ci ildə firmanın Balaxanıda yerləşən mədənlərindən
1015 min pud neft çıxarılmışdı.