Hamının Sevimlisi
93
başladı və Tağıyev şəxsən bu danışıqlarda iştirak etdi. Bakı-Şollar su kəmərinin
çəkilişi, məlum olduğu üzrə, İngiltərə-Amerika firmasına tapşırılmışdı.
Hələ 1901-ci ildə lindley Şahdağın ətəyində güclü su mənbəyi olduğunu aşkar
etmiş və oradan su çəkilməsi lahiyəsini təsdiq olunmaq üçün Dumaya təqdim etmişdi.
Lakin Duma qlasnilarının əksəriyyəti Şahdağın ətəyindəki mənbədə kifayət qədər su
olmasına şübhə edərək, layihəni rədd etmişdir. Şəhər camaatının sudan korluq
çəkdiyi bir şəraitdə Dumanın bu işə laqeyd qalması Tağıyevi şəhər idarəsinə ərizə
yazmağa vadar etdi. Ərizəsində göstərdi ki, mən Şahdağın ətəyində güclü su
mənbəyinin olduğuna şübhə etmirəm və bu iş üçün öz hesabımdan 25 min manat pul
ayırıram. Bu şərtlə ki, Duma üzvləri göstərilən mənbədə kifayət qədər su olduğuna
inanandan sonra şəhər idarəsi verdiyim pulu geri qaytarsın. H.Z.Tağıyevin o sahəyə
sərmayə qoyması və ciddi nəzarəti sayəsində su çəkilişi başa çatdı.
Bakının yüksəlişi şəhər ərazisinin genişlənməsi, yeni rayonların meydana
gəlməsi ilə müşayiət olunur, bu da öz növbəsində ajiotajın güclənməsinə, şəhər
torpaqlarının bahalaşmasına, torpaq sahələri ilə möhtəkirliyin genişlənməsinə,
şəhərin
mərkəzi və ucqarları arasında ziddiyyətlərin kəskinləşməsinə təkan verirdi. Bütün
bunlar şəhər torpaqlarının ayrı-ayrı sahibkarlar tərəfindən tutulması, torpaqlara sahib
olmaq üstündə müxtəlif çəkişməyə gətirirdi.
H.Z.Tağıyev 1885-ci ildə şəhər üçün çox vacib olan məsələni nizama salmağa
dair geniş şəhərsalma proqramı ilə çıxır etdi. O, təklif edirdi ki, şəhər duması indidən
boş torpaqların planlaşdırılmasına başlasın, yəni küçələri, bağları, bulvarları,
meydanları, bazarları, məscid, kilsə, məktəb və s. istimai binalar tikmək üçün sahələri
layihələşdirsin və tərtib olunmuş planı hökümətin təsdiqinə versin.
H.Z.Tağıyevin fikrincə, mübahisəli məsələlərin həllində aşağıdakı şərtləri
rəhbər tutmaq lazımdır. Birinci, mübahisəli torpaq sahələrini onların sahiblərinə o
şərtlə vermək lazımdır ki, onlara şəhərə, layihələndirilən plana görə bağ, meydan və
ictimai binalar üçün lazım olan qədər torpaq güzəştə getsinlər. İkincisi, torpaq
sahələrinin sahibləri 5 il ərzində öz sahələrinin 1/3-nə və ya hətta yarışma ağac
əkməli idilər. Beləliklə, H.Z.Tağıyev təklifi çox vacib bir problem- geniş boş torpaq