Hamının Sevimlisi
99
Nəhayət, Tağıyev məqsədinə nail oldu. Bu nəhəng kompleks ona 3 milyon 310 min
manata başa gəldi.
1897-ci il oktyabrın 11-də “H.Z.Tağıyevin Bakıda liftli məmulatları emalı üzrə
Qafqaz səhmdar cəmiyyəti”nin nizamnaməsi təsdiq olundu. Sonra isə onun təsisinə
icazə verildi. Cəmiyyət öz fəaliyyətinə 1898-ci ildə başladı. Onun hər biri 1000
manatlıq 2000 adlı səhmə bölünmüş 2 milyon manatlıq ilkin əsas kapitalı həmin ilin
yanvarında Dövlət Bankının Bakı şöbəsinin hesabına daxil oldu.
Cəmiyyətin ilk təsis yığıncağı 1898-ci il mayın 28-də keçirildi. Tağıyevin
ailəsinin üzvləri onun təsisçiləri, H.Z.Tağıyev, S.Z.Tağıyeva və fabrikin tikintisinə
nəzarəti həyata keçirən K.A.İretski sərəncamçı direktorlar idilər. Səhm nəzarət paketi
(1935 səhm) Tağıyevin özünə məxsus idi.
Fabrikin ətrafında enli küçələri və bağı olan fabrik qəsəbəsi ucalmışdır.
Tikililər fəhlə və qulluqçular üçün bir və iki mərtəbəli binalardan ibarət idi. Fabriklə
qəsəbənin sərhəddində böyük pəncərələr və işıqlı sinif otaqları olan geniş məktəb
binası yerləşirdi. Bu Abşeronda xüsusi planlaşdırılmış ilk fəhlə qəsəbəsi idi.
H.Z.Tağıyevin sənaye obyektləri istedadlı memarlar tərəfindən yeni memarlıq
üsulları əsasında ucaldılmışdır.
Fabrik hazır olandan sonra Rusiyanın bir sıra maqnatları narahat olmağa
başladılar. Marozov və başqa fabrikatlar qorxuya düşdülər. Rus və dünya
bazarlarında təzə rəqib çıxacağı fikri onları məcbur etdi ki, bu işə Peterburqun yüksək
inzibatı başçılarını cəlb etsinlər və onların vasitəsilə Tağıyevin qarşısına sədd
çəkilsin. Onlar öz istədiklərinə nail oldular. H.Z.Tağıyevə ancaq bez
buraxmağa icazə
verildi. Ilk illərdə fabrikin zərərlə işləməsi Tağıyevi məyus etmədi. Bütün şərq
ölkələri öz ölülərini dəfn etmək üçün Tağıyevin bezini alırdılar. Fabrik işə düşəndən
sonra Zaqafqaziyada bezin qiyməti ucuzlaşdı. Fabrikdə Kokand, Xivə, Yevlax,
Mazandaran, Qəzvin, Buxara pambığından istifadə olunurdu.
1903-cü ildə müəssisənin tərkibi əhəmiyyətli dərəcədə genişləndi. Bu isə əlavə
kapital qoyuluşu tələb edirdi. 1902-ci ilin yazında hər biri 1000 manatlıq 2 min və hər
biri 250 manatlıq 8 min səhm buraxmaq yolu ilə cəmiyyətin əsas kapitalı 4 milyon