Əşir Bəşiroğlu
84
Neft sənayesindəki böhran şəraitində H.Z.Tağıyevin layihəsinin həyata
keçməsi daxili bazardakı rəqabəti müəyyən qədər yumşalda bilərdi. Ölkənin
daxilində ağ neft satışının olması ilə Bakı ağ neft zavodçuları qarşısında xarici
bazarlarda möhkəmlənmək prespektivləri açırdı. Məhz buna görə də Tağıyevin
məruzəsində ağ neft ixracının təşkili məsələsinə xüsusi yer verilmişdi. H.Z.Tağıyev
deyirdi: “Əvvəlcədən inamla demək olar ki, bizim şirkət Türkiyənin, Yunanıstanın,
Balkan xalqlarının, Avstriyanın, Almaniyanın, İtaliyanın və Aralıq dənizi
limanlarının bazarlarına tam hazırlıqla, yəni yüksək keyfiyyətli və ən ucuz qiymətli
ağ neftlə gələcək, bizim ağ neftimizin ucuzluğu, tədricən Amerika ağ neftini
sıxışdırıb bazarlardan çıxaracaq”.
Göstərilən vəzifənin yerinə yetirilməsi üçün H.Z.Tağıyev təkcə ağ neft
istehsalını ildə 50 milyon puda çatdırmağı deyil, həmdə ağ neftin ixrac qiymətini
azaltmağı təklif edirdi. O, “Kaspi”nin səhifələrində öz layihəsini izah edərək daha
sonra yazırdı: “Bu tədbir bizim öz istehsalımızın artığı üçün zəruri olan qədər
amerikalılar bizimlə sazişə girməkdə ləngiməyəcəklər və qarşılıqlı rəqabəti
dayandırmaq üçün biz bazarları bölüşdürəcəyik”.
H.Z.Tağıyev haqlı olaraq güman edirdi ki, onun ağ neft zavodlarını
birləşdirmək layihəsinin həyata
keçiriləcəyi təqdirdə, xam neftin satışı barədə də buna
bənzər sazişlər meydana çıxacaqdır ki, bununda nəticəsində Bakı neft sənayeçiləri
daxili bazarda öz mövqelərini möhkəmləndirəcək. Avropa və Asiya bazarlarında
Amerika kapitalı ilə layiqincə rəqabət apara biləcəkdir. Tağıyevin bütün cəhdlərinə
baxmayaraq neft sənayeçilərinin ayrı-ayrı qrupları arasındakı ciddi ziddiyyətlər
üzündən həmin illərdə sindikat tipli hər şansı bir sabit birlik təşkil etmək cəhdləri baş
tutmadı.
“Nobel qardaşları” şirkəti tərəfindən yerli sahibkarlara qarşı elan olunmuş
“açıq müharibə” 1886-cı ilin qışında genişləndi. L.E.Nobel xam neftin üzərinə vergi
qoyulması uğrunda geniş kompaniya təşkil etdi. Buna cavab olaraq yerli sahibkarların
digər səlahiyyətli nümayəndələri ilə (S.Şastlivçev, S.Bağırov, Q.Əlibəyov və s. )
birlikdə Bakının neft sənayeçiləri və ağ neft zavodçularından biri olan H.Z.Tağıyev
1886-cı il oktyabrın 31-də Qafqazın baş milli rəisi A.M.Dondukov – Korsakova
Hamının Sevimlisi
85
xahişlə müraciət etdi. Xahişdə qeyd olunurdu ki, xam neftin üzərinə vergi qoyulması
“ancaq hər vasitə ilə bunun həyata keçirilməsinə çalışan bir və ya iki iri firmanın
varlanmasına səbəb olacaq, qalan bütün sənayeçilər, xüsusən orta və xırda
sənayeçilər üçün bu tədbir büsbütün müflüsləşməyə gətirib çıxaracaq”. Neft
sənayeçilərinin müraciətini D.İ.Mendeleyev də müdafiə etdi. “İri sahibkarlar üçün bu
qədər arzu olunan” vergiyə qarşı mübarizə apararaq o, xəbərdarlıq edirdi ki, “xam
neftin üzərinə vergi qoyulsa, bütün neft işinin inkişafı ləngiyəcək”, çünki “neft
hasilatı bütün neft işinin bünövrəsini təşkil edir”.
H.Z.Tağıyevin dünya bazarlarını Amerika kapitalının nümayəndələri ilə
bölüşdürmək barəsində Y.K.Şonun layihəsində əks olunmuş çoxdankı ideyası “Nobel
qardaşları” şirkəti tərəfindən müdafiə edilmədi. Şirkət öz layihəsini təqdim etdi və
hökümət bunu bəyəndi. Uzun müzakirədən sonra 1893-cü il oktyabrın 26-da “Bakı ağ
neft zavodçuları ittifaqı”nın yaranması ağ neftin qiymətlərinin kəskin surətdə aşağı
düşməsinə gətirib çıxarmış, 1892-ci il böhranı ilə şərtlənmişdi, bu da rəqabətin
güclənməsinin, iri firmaların xırda və orta sənayeçilərini özlərinə tabe etmək
cəhdlərinin nəticəsi oldu.
“Bakı ağ neft zavodcuları ittifaqının təşkilat strukturunun mürəkkəbliyi onun
üzvlərinin qarşılıqlı münasibətlərinin də mürəkkəbləndiyini sürətləndirdi. “İttifaq” 80
firmanı birləşdrirdi. Rusiya inhisarlarının bütün tarixi heç bir birlik üzvlərinin sayına
görə onunla müqayisə oluna bilməzdi. “İttifaq”da iki qruplaşmanın yaranması da
rəqabət mübarizəsinin davam etməsi ilə izah olunur. Bunlardan birinə “Nobel
qardaşları”, “S.M.Şibayev və K
o
”, “Xəzər şirkəti”, “Xəzər-Qara dəniz cəmiyyəti”,
“Q.M.Arafelov və K
o
” və “Musa Nağıyev" ticarət evləri, habelə onlara qoşulan orta
və xırda ağ neft zavodçuları daxil idi; digər qrupa “Bakı standartları”nin üzvləri –
“H.Z,Tağıyev”, “O.M.Lianozov və oğlanları”, “A.İ.Mantaşev və K
o
” şirkəti və
“Budaqov qardaşları” ticarət evi başçılıq edirdi.
1894-cü ilin əvvəlində ağ neftin birgə xarici ticarəti barədə iki qrup arasında
müqavilə imzalandı. Eyni zamanda qruplardan hər biri “qrupların iştirakçılarının