Hamının Sevimlisi
91
manata qiymətləndirilirdi. Məsələn , “Nobel qardaşları” şirkəti 1879-cu ildə 8
desyatin neftli sah üçün cəmi 15,5 min manat ödəmişdisə, XX əsrin əvvələrində
Sabunçuda bir desyatin torpağa 500 manat qiymət qoyuldu. Təbii ki, Tağıyevin satın
aldığı bütün torpaq sahələrinin heç də hamısı yalnız neft çıxarmaq üçün istifadə
olunmurdu. Onların bəziləri yaşayış evləri, ticarət dükanları, mədəni və inzibati
mərkəzlər tikilməsi üçün nəzərdə tutulurdu.
Görünür , H.Z.Tağıyev 1862-ci il noyabrın 2-də Bakı sakini Ağaqulu
Ağarəhim oğlundan Bayırşəhər ərazisində sahəsi 27,5 kv sajin olan həyətli daş
zirzəmini 175 manata olmasını torpaq sahələri ilə ilk əməliyyatlar sırasına aid etmək
lazımdir. 1872-ci ilin əvvəlində o, şəhər torpağının 3 sahəsinin hərracla ona verilməsi
barədə xahişlə Bakı şəhər idarəsinə müraciət etdi. 80-ci illərdə Tağıyev 300 kv
sajinlik daha bir torpaq sahəsi aldı. 90-cı illərin əvvəlində isə şəhər idarəsi onun
İçərişəhərdə ikimərtəbəli daş ev tikmək barədə xahişinə razılıq verdi.
Torpaq əməliyyatlarında Tağıyevin 1900-cü ildə Hacı Axundovdan bir torpaq
sahəsinə 1877-ci ildə bağlanmış icarə hüquqlarını satın alması mühüm yer tutmuşdu.
H.Z.Tağıyev o torpaq sahəsindən yol çəkmişdi. XIX yüzilliyin 70-80-ci illərində
Bibiheybətdə neft mədənlərinin istismarı ilə əlaqədar bu yolun əhəmiyyəti son
dərəcədə artmışdı. Güclü Bibiheybət mədənlərindən qara şəhərə neft, mədənlərə isə
avadanlıq və tikinti materialları bu yolla daşınırdı.
Yuxarıda qeyd olunduğu kimi, H.Z.Tağıyevin 1882-ci ildə birinci gildiya taciri
rütbəsini almışdı. Onun ticarət əməliyyatları getdikcə genişlənir, ona məxsus olan
ticarət müəssisələrinin miqdarı da artırdı. Məsələn, 1884-cü ilin dekabrında Bakı
şəhər idarəsi onun, şəhərin ikinci hissəsində (Baryatinski küçəsində) daş dükanlar
tikmək planının layihəsini təsdiq etdi.
Neft məhsulları satışı H.Z.Tağıyevin ticarət əməliyyatlarda getdikcə daha
böyük yer tutur. Əgər 80-ci illərin ortalarında onun illik ticarət dövriyyəsi 3 milyon
manat idisə 1897-ci ildə bu 4,9 milyon manata çatmış və Tağıyevə 1 200 min manat
gəlir gətirmişdi.