Hamının Sevimlisi
97
etmək arzularındam irəli gəlirdi. H.Z.Tağıyev sindikatı möhkəmləndirmək cəhdlərini
rəhbər tutaraq, birliyin gəmi sahiblərini səhmdar cəmiyyətinə çevrilməsi təklifini irəli
sürürdü.
H.Z.Tağıyevi birbaşa yükdaşıma yollarına buraxmamaq üçün “Qafqaz və
Merkuri”, “Nadejda” və “Şərq cəmiyyəti” hökümətə təsir göstərirdi. Bəhanələri də bu
idi ki, güya o, inqilabçılara kömək edir. Onlar tələb edirdilər ki, gəmiçilikdə
işləyənlərin hamısı rus millətindən olsun. Tağıyev öz gəmilərini Qara dəniz-Qafqaz-
Volqa-Xəzər yoluna çıxara bilmədi. Bütün bu haqsızlıqlarla üzləşən H.Z.Tağıyev
özünün bütün donanmasını “Qafqaz və Merkuri”yə və “Şərq cəmiyyəti”nə satmağa
və gəmiçilik sahəsində öz fəaliyyətini dayandırmağa məcbur oldu.
XALQ TƏSƏRRÜFATININ BAġQA SAHƏLƏRĠNDƏ
H.Z.TAĞIYEVĠN ROLU
H.Z.Tağıyev müvəqqəti olaraq neft işlərini dayandıraraq bütün enerjisini və
kapitalını qarşısına qoyduğu böyük bir planın həyata keçirilməsinə - Zaqafqaziya
regionunda sənaye sahəsinin yaradılmasına yönəltdi. Bu məqsədlə o, özünün pambıq
parça istehsal edən fabrikini açmaq qərarına gəlir. Bu Hacının ən böyük müəssisəsi
idi.
H.Z.Tağıyev cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-
maarif sahəsində misilsiz xidmətləri ilə başqa kapitalist və milyonçulardan
fərqlənirdi. Onun fəaliyyətində elə hallar olmuşdur ki, xalqın ehtiyacını öz şəxsi
mənafe və qazancından qat-qat yüksək tutmuşdu. Məsələn, 1896-cı ildə Hacı zavod
və mədənlərini beş milyon yarım zərərinə satıb, bu fabriki tikdirmək qərarına
gəlmişdi. Hacının bu hərəkəti Bakı varlılarının və hətta ən yaxın dostlarınını rişxəndli
atmacalarına səbəb olmuşdur. Bundan Hacının məqdəsi nə idi? O, belə düşünürdü ki,
zavod və mədənlərdə cəmi yüz nəfər adam özünə çörək pulu çıxarırsa, fabrikdə
minlərlə adamın əli çörəyə çatacaqdır. Hacının bu hərəkəti N.Nərimanovun dediyi
kimi “puldan, dövlətdən doymayanları, dövlətdə ancaq xoşbəxtlik görənləri təəccübə