Hamının Sevimlisi
69
hamının nəzərində qeyri-adi qəhrəman sayılırdı. Tək mənim yox, elə hamının. O, da
Hacıya ağız açıb mənə evlənmək istədiyini demişdi. Atam ona da Buxara Əmirinə
verdiyi cavabı vermişdi.
Nuru paşa evimizdə ziyafətdə olanda bir neçə türk şeiri oxudu. Adım
Sürəyyəyə uyğun bir şeir
də oxudu, özü də sevinə-sevinə, gülərüzlə, o da yadımdadır:
Çox qədim zamanlarda
Bizim ana Turanda
Lahıdud Türküstanda
O müqəddəs torpaqda
Bir Pəri qız varmış
İsmi Sürəyyə imiş,
Sevgilər ulduzuymuş,
İgidlər qibləsiymiş.
“Əh!” deyə susdu, çöhrəsindəki ələm buludları daha da qatılaşdı, söhbətin
mövzusunu dəyişdirdi.
Hacı Əhməd paşa adı dillər əzbəri olmuş Ənvər paşa və Nuru paşanın atası
evimizə və bağımıza ziyafətə gəlmişdi. Nuru paşanın əmisi Xəlil paşa Osmanlı şərq
cəbhəsinin ordu komandanı idi. Bəxtəvər günlərimiz idi. O, on illər ərzində
qorxduğu, hamıdan gizlətdiyi əziz xatirələri danışıb, ürəyini boşaltmağa, heç olmasa
öz dilindən eşidib xəyalən o zamanlara qayıtmaq istəyirdi. Səsi səssiz və ahəngdar
idi. Məlal dolu gözləri uzaq keçmişə, o təntənəli, dəbdəbəli mənzərəyə, ehtişama
baxırdı. Dərindən ah çəkib dedi: “Hey gedi dünya...Təlatümlü, vəfasız dünya”.
Birdən qonşu otaqda radioda çalmağa başlayan həzin musiqiyə Xan
Şuşunskinin məlahətli səsi qoşuldu:
Saçın ucun hörməzlər,
Səni mənə verməzlər...
Əyil üzündən öpüm
Qaranlıqdır görməzlər.
Ay gülüm, bülbülüm