ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   26   27   28   29   30   31   32   33   34

Hamının Sevimlisi 
 
87 
 
göstərən  firmanı  yenidən  qurmaqdan  başlamağı  qərara  aldı.  Bu  qərarı  Rusiya 
cəmiyətinin  sındıkatların  fəaliyyətlərindən  narazılığının  təzəhürü  doğurmuşdu. 
Həmin narazılıq sonralar, ölkədə neft azlığının başlaması ilə əlaqədar, duru yanacaq 
istehlakçılarının  hökümətin  ünvanına  yığın-yığın  tələb  və  şikayətlər  yazdıqları 
müharibə qabağı illərdə, xüsusən, güclü şəkildə aşkara çıxdı.  
Sahibkarlar  yaranmış  vəziyyətdən  çıxış  yolunu  onları  maraqlandıran 
müəssisələrin səhmlərinin böyük hissəsini almaqda tapdılar.  
H.Z.Tağıyevin  diqqətini  “Ararat”  adlı  kiçik  neft  sənayeçi  şirkəti  cəlb  edirdi. 
1902-ci  il  dekabrın  30-da  Tağıyev  tacirlər  Arafelov  və  Pirican  Cəbiyevlə,  habelə 
mühəndis-texnoloq  Əmirovla  “Yeni  Ararat”  adlı  şirkətin  yaradılması  haqqında 
müqavilə imzaladı. Bu firmaya tam hüquqlu üzv kimi daxil olan P.Cəbiyev təkcə öz 
əmanəti ilə deyil, həm də özünün bütün əmlakı ilə, qalan bütün iştirakçılar isə ancaq 
öz əmanətləri ilə cavabdeh idilər. Cəmisi 42 min manat olan şərikli kapital hər biri 6 
min manatlıq 7 paydan ibarət idi. Bu paylardan Cəbiyev, Tağıyev və Aratelov adama 
ikisini,  Əmirov  isə  birini  qoymuşdu.  Yuxarıda  qeyd  olunur  ki,  “10  faizi  ehtiyat 
kapital üçün ayrılandan sonra xalis gəlir hər il şirkətin üzvləri arasında onların şərikli 
kapitaldakı paylarına müvafiq şəkildə bölünür.  
Şirkət iştirakçıların üçdə ikisinin razılığı ilə istənilən vaxt ləğv oluna bilər, əgər 
ilin  sonunda  kapitalın  yarısından  çoxuna  zərər  aşkara  çıxsa,  onda  iştirakçıların  hər 
birinin  tələbinə  görə  ləğvetmə  məcburidir.  Belə  şərt  öz  kapitalı  ilə  risk  etməyən 
H.Z.Tağıyevin arzusuna uyğun idi.  
Müqaviləyə  uyğun  olaraq  1906-cı  ilin  iyulunda  Tağıyev  12  min  manatlıq  öz 
payını  P.Cəbiyevə  ödədi.  1907-ci  ildə  firmanın  nizamnaməsi  təsdiq  olundu.  Birinci 
ildə 484 min pud neft çıxarıldı. Firma 7 quyuya, o cümlədən, 4 məhsuldar quyuya, 2 
daxili yanma və 1 elektrik mühərrikinə malik idi.  
1907-ci ildə H.Z.Tağıyevin iştirakı ilə “N.A.Aratelov və K
o
” cəmiyyətinin yeni 
“Anait” şirkəti yaradıldıqda 1908-ci ildə firmanın Balaxanıda yerləşən mədənlərindən 
1015 min pud neft çıxarılmışdı.  


Əşir Bəşiroğlu 
88 
 
İstehsalı artırmaq məqsədilə şirkət neftli sahələr almağa başladı. Hələ 1906-cı 
ilin  dekabrında  bağlanmış  müqaviləyə  görə  A.M.Lalayeva  özünün  Sabunçudakı  1 
desyatın  60  kv  sajinlik  neftli  torpağını  Tağıyevə  satmışdı.  1909-cu  il  aprelin  13-də 
“Yeni  Ararat”  şirkəti  “Anait”  neft  sənaye  şirkətindən  onun  Balaxanı  kəndində 
yerləşən,  11  quyusu  olan  neft  mədənini  4  desyatın  2030  kv  sajin”  icarəyə  götürdü. 
1909-cu  ilin  iyunun  əvvələrində  “Yeni  Ararat”  şirkəti  yaxınlıqda  yerləşən  “Günəş” 
adlı mədəni satın aldı. “Anait” mədəninin icarəyə götürülməsi və “Günəş” mədəninin 
alınması  ilə  əlaqədar  zəruri  xərcləri  ödəmək  üçün  şirkətin  kassasına hər pay  üzrə 4 
min  manat  olmaqla  cəmi  28 000  manat  köçürülməlidir.  1)  8000  manat  Tağıyev,  2) 
8000 manat N.M.Arafelov, 3) 8000 manat P.Cəbiyev, 4) 4000 manat Əmirov. Pullar 
şirkətin tam üzvü Pirican Cəbiyevin ilk tələbi ilə verilməlidir.  
1909-cu  ildə  N.M.Arafelov  və  “Yeni  Ararat”ın  başladıqları  müqaviləyə  görə 
“Anait” şirkəti Balaxanıdakı neftli əlavə sahəni 25 min manata 12 illiyə icarəyə verdi. 
1912-ci  ildə  A.M.Lalayev  Sabunçudakı  neftli  daha  bir  sahəni  10  min  manata 
H.Z.Tağıyevə satdı.  
XX  yuzilliyin  əvvələrində  H.Z.Tağıyev  əslində  “Ananim”  neft  sənaye 
şirkətinin  şəriklərindən  idi.  1906-cı  il  dekabrın  18-də  o,  Sabunçu  kəndindəki  neftli 
torpağın X.B.Arzumanyansa icarəyə verilməsi barədə müqavilə bağladı. 1907-ci ilin 
yazında Arzumanyans bu hüququ “Anonim”  şirkətinə verdi. 1911-ci il iyulun 18-də 
Tağıyev  şirkətlə  həmin  sahənin  “onun  Tağıyevin,  sahibkarlıq  hüquqları  və 
üstünlükləri  çərçivəsində”  sonrakı  istifadəsi  barəsində  müqaviləni  bərpa  etdi.  Bu 
müqaviləyə  görə  “Anonim”  şirkəti  “bütün  hasilatın,  o  cümlədən  fontan  neftinin, 
iyirmi  səkkiz  faizindən  on  üç  –  on  dörd  pay  miqdarında  torpağın  icarə  haqqını” 
H.Z.Tağıyevə ödəyirdi. Sonralar şirkətin fəaliyyətinin əlverişli şəraitini nəzərə alaraq 
Tağıyev özünün neftdən ayırmalarındakı payının 50 faizdən, 28  faizə endirilməsinə 
razılıq verdi.  
Daha bir müəssisə “H.Z.Tağıyev və Q.S.Hüseynov” neft sənaye firması barədə 
çox az məlumat var. Ancaq o məlumdur ki, 1914-cü ildə firmanın 43 min pud neft 
verən  2  məhsuldar  quyusu  var  idi.  Görünür  Tağıyevin  neonlarında  tirmə  ikinci 


Hamının Sevimlisi 
 
89 
 
dərəcəli əhəmiyyətə malik idi. Ona görə də o, bu müəssisəni Q.S.Hüseynova güzəştə 
getdi.  
H.Z.Tağıyev Bakı sakini Balaxanım Rzaqulu qızı və onun uşaqları ilə 1912-ci 
il  mayın  23-də  bağlanmış  müqaviləni  bərpa  etdi.  Müqavilədə  deyilirdi:  “Bizim 
hüquqverənlərimizin Bakı Quberniya İdarəsi ilə 1874-cü il iyunun 7-ci və 1877-ci il 
dekabrın  22-də  bağladıqları  iki  müqaviləyə  görə  Bakı  şəhərinin  Suraxanı  yolu 
yaxınlığında,  Fotogen  zavodlarının  və  digər  sənaye  müəssisələrinin  tikintisi  üçün 
nəzərdə tutulmuş yerdəki örüş torpaqlarında uzunu 40 və eni 75 sajın iki sahənin nəsli 
iltizam  sahibliyi  şəriksiz  surətdə  bizə  və  Tağıyevə  məxsusdur.  Bu  sahələrdə 
Tağıyevlə  bizim  müxtəlif  tikililəri  və  əmlakı  ilə  birlikdə  şərikli  ağ  neft  zavodumuz 
var.  
1913-cü  il  dekabrın  21-də  N.İ.Cakeli  Bakı  sakinləri  olan  həkimlər 
M.D.Mdivani  və  M.İ.Ter-Ohanesyansdan  Bakı  qəzasının  Binəqədi  kəndində  sahəsi 
4945,3 kv sajına bərabər neftli torpağı 24 illiyə icarəyə götürdü. Sonralar, 1916-cı ilin 
martında N.İ.Cakeli və H.Z.Tağıyev arasında aşağıdakı sərtlərlə müqavilə imzalandı: 
Köməkçi  icraçı  Tağıyev  torpaq  sahibləri  Ter-Ohanesyans  və  Mdivaninin  xeyrinə 
faydalı  neft  hasilatının  15  faizinin  dəyərinə  bərabər  icarə  haqqından  əlavə  ilkin 
icarəçiyə  (yəni  Cakeliyə)  icarə  olunmuş  sahədə  əldə  edilən  bütün  faydalı  neft 
hasilatının 9 faizinin dəyərini verməyi öhtəsinə götürür. 
Neftli  sahələrin  icarəyə  götürülməsi  barədə  arabir  bağlanan  bütün  bu 
müqavilələr,  eləcə  də  bir  sıra  neft  sənayesi  müəssisələrində  iştirak  etmək 
H.Z.Tağıyevin  öz  neft  kompaniyasını  yaratmaq  niyyətlərinə  cavab  verirdi.  Bu 
niyyətin  yerinə  yetirilməsində  mühüm  addım  1913-cü  ilin  aprel  hərracında 
H.Z.Tağıyevin  vasitəçisi  Ağahüseyn  Tağıyevin  Sabunçuda,  Ramanada  və  Balabəy 
Aşurbəyovun Şıx kəndində torpaq sahələri icarəyə götürmələri oldu. Bu neftli sahələr 
yeni firmanın yaradılması üçün əsas oldu. Firmanın təsisçisi H.Z.Tağıyev idi. 1915-ci 
il  aprelin  10-da  Tağıyev,  onun  arvadı  Sona  xanım  Tağıyeva,  oğlu  Sadıq  Tağıyev, 
əsilzadələr Əlibəy və Balabəy Aşurbəyovlar, tacirlər Ağahüseyn Tağıyev və Əsədulla 
Əhmədov tam şirkətin təşkili haqqında müqavilə bağladılar.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə