ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   26   27   28   29   30   31   32   33   34

Hamının Sevimlisi 
 
93 
 
başladı  və  Tağıyev  şəxsən  bu  danışıqlarda  iştirak  etdi.  Bakı-Şollar  su  kəmərinin 
çəkilişi, məlum olduğu üzrə, İngiltərə-Amerika firmasına tapşırılmışdı.  
Hələ 1901-ci ildə lindley Şahdağın ətəyində güclü su mənbəyi olduğunu aşkar 
etmiş və oradan su çəkilməsi lahiyəsini təsdiq olunmaq üçün Dumaya təqdim etmişdi. 
Lakin Duma qlasnilarının əksəriyyəti Şahdağın ətəyindəki mənbədə kifayət qədər su 
olmasına  şübhə  edərək,  layihəni  rədd  etmişdir.  Şəhər  camaatının  sudan  korluq 
çəkdiyi  bir  şəraitdə  Dumanın  bu  işə  laqeyd  qalması  Tağıyevi  şəhər  idarəsinə  ərizə 
yazmağa  vadar  etdi.  Ərizəsində  göstərdi  ki,  mən  Şahdağın  ətəyində  güclü  su 
mənbəyinin olduğuna şübhə etmirəm və bu iş üçün öz hesabımdan 25 min manat pul 
ayırıram.  Bu  şərtlə ki,  Duma  üzvləri  göstərilən  mənbədə  kifayət qədər su olduğuna 
inanandan sonra şəhər idarəsi verdiyim pulu geri qaytarsın. H.Z.Tağıyevin o sahəyə 
sərmayə qoyması və ciddi nəzarəti sayəsində su çəkilişi başa çatdı. 
Bakının  yüksəlişi  şəhər  ərazisinin  genişlənməsi,  yeni  rayonların  meydana 
gəlməsi  ilə  müşayiət  olunur,  bu  da  öz  növbəsində  ajiotajın  güclənməsinə,  şəhər 
torpaqlarının bahalaşmasına, torpaq sahələri ilə möhtəkirliyin genişlənməsinə, şəhərin 
mərkəzi  və  ucqarları  arasında  ziddiyyətlərin  kəskinləşməsinə  təkan  verirdi.  Bütün 
bunlar şəhər torpaqlarının ayrı-ayrı sahibkarlar tərəfindən tutulması, torpaqlara sahib 
olmaq üstündə müxtəlif çəkişməyə gətirirdi.  
H.Z.Tağıyev 1885-ci ildə şəhər üçün çox vacib olan məsələni nizama salmağa 
dair geniş şəhərsalma proqramı ilə çıxır etdi.  O, təklif edirdi ki, şəhər duması indidən 
boş  torpaqların  planlaşdırılmasına  başlasın,  yəni  küçələri,  bağları,  bulvarları, 
meydanları, bazarları, məscid, kilsə, məktəb və s. istimai binalar tikmək üçün sahələri 
layihələşdirsin və tərtib olunmuş planı hökümətin təsdiqinə versin.  
H.Z.Tağıyevin  fikrincə,  mübahisəli  məsələlərin  həllində  aşağıdakı  şərtləri 
rəhbər  tutmaq  lazımdır.  Birinci,  mübahisəli  torpaq  sahələrini  onların  sahiblərinə  o 
şərtlə vermək lazımdır ki, onlara şəhərə, layihələndirilən plana görə bağ, meydan və 
ictimai  binalar  üçün  lazım  olan  qədər  torpaq  güzəştə  getsinlər.  İkincisi,  torpaq 
sahələrinin  sahibləri  5  il  ərzində  öz  sahələrinin  1/3-nə  və  ya  hətta  yarışma  ağac 
əkməli idilər. Beləliklə, H.Z.Tağıyev təklifi çox vacib bir problem- geniş boş torpaq 


Əşir Bəşiroğlu 
94 
 
sahələrinin  müvafiq  şəhərsalma  elementlərini  nəzərdə  tutan  perspektiv  planlaşdırma 
üçün  ayrılmasını  həll  edirdi.  Bu  isə  şəhərin  ərazisində  geniş  küçələr,  meydanlar, 
bulvarlar salmağa imkan verirdi.  
H.Z.Tağıyevin  evtikmə  sahəsində  geniş  fəaliyyəti  90-cı  illərə  təsadüf  edir.. 
1893-cü  ilin  mayın  25-də  üçmərtəbəli  evinin,  sonra  isə  digər  yaşayış  evlərinin 
layihələri  təsdiq  olundu.  1895-ci  ildə  Mərdəkanda  şəxsi  villa  tikdirdi.  1896-1898-ci 
illərdə memar K.B.Skureviçin layihəsi ilə şəhərin mərkəzində Tağıyev passajı tikildi, 
o  tesliklə  ticarət-sənaye  fəaliyyətində  mühüm  yer  tutdu.  Tağıyev  passajini  təkcə 
Rusiyada yox, Avropada da məhşur olan Yelisey passajı ilə müqayisə etmək olar. 
1898-1902-ci  illərdə  İ.V.Qoslavski  Bakıda  Tağıyevin  gözəl  sarayını 
(Azərbaycan  Tarixi  muzeyinin  indiki  binası)  ucaltdı.  Burada  ərəb  memarlığından 
uvrajlarda,  interjerin  bəzəklərində,  parketin  naxışlarında  və  hətta  mebeldə  ustalıqla 
ifadə olunmuşdur.  
 
GƏMĠ  NƏQLĠYYATINDA TAĞIYEVĠN ROLU 
Neftin  daşınmasını  ələ  keçirmək  uğrunda  mübarizə  xüsusi  kəskin  xarakter 
alırdı. Hər bir iri firma öz əlində mümkün qədər çox nəqliyyat vasitələri toplamağa 
can atırdı. Ona görə də 1910-cu ildə “Saruxanov-Kür neft sənayesi üçün konsessiya 
alanda bu işə ən maraqlı olanlardan biri də H.Z.Tağıyev idi.  
Hələ  XIX  yüzilliyin  90-cı  illərində  ilk  dəfə  H.Z.Tağıyev  Şuşa-Yevlax  dəmir 
yolunun  tikintisinin  layihəsini  təşkil  etmişdi.  1898-ci  ildə  o,  1891-ci  ildə  tərtib 
olunmuş  müvafiq  sənədlərin  ona  verilməsi  barədə  xahişlə  Zaqafqaziya  dəmiryol 
idarəsinə müraciət etdi. Lakin H.Z.TağıyevXasayxan Usmiyevlə birlikdə tikinti üçün 
özlərinə  məxsus  torpaq  sahəsini  ayırdılar,  bu  halda  isə  artıq  senatın  razılığı  tələb 
olunmurdu.  Tağıyevin  təklifi  Yollar  Nazirliyində  müsbət  qarşılandı,  lakin  naməlum 
səbəblər üzündən layihə o zaman həyata keçirilmədi.  
Lakin  neft  məhsullarının  80  faizinin  Xəzər  dənizi  ilə  daşınması  neft 
sənayeçilərinin  diqqətini  Xəzər  nəqliyyatına  yönəldirdi.  XX  yüzilliyin  əvvələrində 
Xəzər  gəmiçiliyində  neftdaşıyan  donanmaların  xüsusi  çəkisi  böyük  idi,  bütün 
daşımaların  80-85  faizi  onun  payına  düşürdü.  D.S.Hüseynovanın  hesablamalarına 


Hamının Sevimlisi 
 
95 
 
görə  Azərbaycan  kapitalistlərinin  Xəzər  ticarət  donanması  gəmilərinin  miqdarında 
payı 44,4 faizə, yükgötürmə qabiliyyətində isə 42,1 faizə bərabər idi.  
1898-ci ildə Xəzər gəmi sahiblərinin bir naviqsiya müddəti üçün sindikat sazişi 
bağlandı. “Neftdaşıma gəmiləri sahiblərinin birliyi” fəaliyyətə başladı. Başlıca olaraq 
xırda  Azərbaycan  sahibkarlarının  birləşməsinin  məqsədi  gəmi  kirayəsinin  yüksək 
qiymətini  təmin  etmək  idi.  1903-cü  ildə  Azərbaycanlı  gəmi  sahiblərinin  bir  qrupu  - 
H.Z.Tağıyev, Bünyadov, Aşurov, Hüseynov, Quliyev qardaşları və s. saziş haqqında 
müqaviləni  daha  bir  naviqasiya  üçün  bərpa  etdi.  “Nobel  qardaşları”şirkəti  də  bu 
müqaviləyə  qoşuldu.  Sonuncu  belə  hesab  edirdi  ki,  kontragentlərin  müstəqil  kirayə 
haqqı qoymaq hüququndan məhrum edilməsi “Neftdaşıma gəmi sahibləri birliyi” nə 
daxil olmağın məcburi şərtidir. Tezliklə birliyin sahibləri başa düşdülər ki, onlar bu 
sazişdə heç bir şey udmamışlar. Naviqasiya başa çatdıqdan sonra birlikdən çıxdılar.  
Qeyd  olunmalıdır  ki,  azərbaycanlı  gəmi  sahibləri  içərisində  təksahiblik 
formasının  yayıldığı  şəraitdə  “Xəzər”  şirkəti,  Xəzər  dənizi  və  Volqa,  Oka,  Kama 
çayları  və  onların  qollarında  gəmiçilik,  səhmdar  müəssisə  idi.  Şirkətin  5  iri 
mayedaşıyan  gəmisi  vardı.  Şirkətdə  mühüm  rol,  1896-cı  ildə  onun  ən  iri  payçısı 
(1898-ci  ildə  Tağıyev  738  paya  malik  idi),  sonra  isə  idarə  heyətinin  sədri  olan 
H.Z.Tağıyevə  məxsus  idi.  Onun  arvadı  və  oğlu  da  idarə  heyətinə  daxil  idilər.  Bu 
zaman Tağıyevin özünün 3 gəmisi (“Leyla” “Aba” və “Bakı”) var idi. 1898-ci ildə o, 
şirkətin  idarə  heyətini  Moskvadan  Bakıya  köçürdü.  Normal  surətdə  səhmdar 
müəssisəsi  kimi  qalan  “Xəzər”,  əslində,  ən  iri  Xəzər  gəmi  sahiblərindən  birinə 
çevrilən H.Z.Tağıyevin mülkiyyəti olurdu.  
Lakin XX yüzilliyin əvvələrində “Xəzər”in mövqeləri zəifləməyə başladı və iki 
gəminin  başqa  sahibkarların  əlinə  keçməsindən  sonra  H.Z.Tağıyev  öz  mayedaşıyan 
donanmasını  yenidən  qurdu  və  1904-cü  ildə  İ.Vəliyevlə  birlikdə  əsas  kapitalı  2 
milyon manat olan “Kür-Xəzər paraxod cəmiyyəti”nin 3 mayedaşıyan gəmisi, 2 quru 
yük-maye, 8 yük-sərnişin, 2 yedək gəmisi, cəmisi ümumi yükgötürmə qabiliyyəti 516 
milyon pud olan 15 gəmisi var idi. Bu da Xəzərdəki bütün gəmilərin ümumi sayının 
5,7  faizinə  bərabər  idi.  Belə  qüvvətli  donanmaya  malik  olan  H.Z.Tağıyevə  Xəzər 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə