ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   26   27   28   29   30   31   32   33   34

Əşir Bəşiroğlu 
96 
 
dənizindəki daşımalarda aparıcı rol oynamaq imkanı verirdi. Cəmi bir neçə il ərzində 
onun  firması  Rusiyanın  ən  iri  gəmi  müəssisələrinin  ciddi  rəqibinə  çevrildi. 
H.Z.Tağıyevin  “Kür-Xəzər”  cəmiyyəti”  əslində  Xəzərdə  “Qafqaz  və  Merkuri” 
sindikatına və “Şərq cəmiyyətinə” qarşı duran yeganə qüvvə idi.  
1907-ci ildə Xəzər mayedaşıyan donanma sahiblərinin sazişi məhz “Kür-Xəzər 
cəmiyyəti”nin bazası əsasında meydana çıxdı. H.Z.Tağıyev Nobelə yazırdı: “1907-ci 
ildə mənim təşəbbüsümlə burada bir ümumi “Gəmi sahibləri sazişi” adı altında maye 
yüklərin daşınması ilə məşğul olan gəmi sahiblərinin birliyi yaradıldı”.  
Tağıyev yeni birliyin nəinki təşəbbüsçüsü, həm də canı idi. O, Xəzərdəki bütün 
mayedaşıyan  gəmilərin  yükgötürmə  qabiliyyətinin  65  faizə  qədərini  və  onların 
tutumunun 62,5  faizini  öz  əllərində  saxlayan  45  gəmi  sahibini  birləşdirən  təşkilatın 
başında  dururdu.  1908-ci  ildi  sindikat  artıq  mayedaşıyan  donanmanın  payına  düşən 
bütün yüklərin 40, 1909-cu ildə isə 37 faizini daşımışdı.  
H.Z.Tağıyevin sədrlik etdiyi xüsusi rəhbər orqan sərəncamverici komitə vahid 
yüksək  kirayə  haqqını  və  sifarişlərin  illik  bölgüsünü  müəyyənləşdirirdi.  Birlikdə 
iştirakının  müəyyən  üstünlüyü  ondan  ibarət  idi  ki,  sifarişlər  və  yüksək  istisnasız 
olaraq,  bütün  kontragentlərin  gəmiləri  arasında  bölüşdürülürdü.  Sindikatın  fəaliyyət 
göstərdiyi birinci ildə onun iştirakçılarının gəmilərinin ikiqat artırılmış kirayə haqqı 
ilə  110  milyon  pud  neft  məhsulları  (dənizlə  bütün  neft  daşınmalarının  30  faizi) 
daşınırdı.  
Kirayə  haqqının  artırılmasına  baxmayaraq  azərbaycanlı  neft  sənayeçiləri 
sindikatın  yaradılmasını  rəğbətlə  qarşıladılar.  Çünki  gəmi  sahibləri  birliyinin 
simasında, onlar XX yüzilliyin əvvələrində yaradılmış və nəqliyyat-satış vasitələrinin 
çoxunu öz əllərində toplamış “Nobmazut”un inhisarına qarşı mübarizədə müttəfiqini 
görürdülər.  “Şərq  cəmiyyəti”nin  Xəzər  şöbəsinin  müdiri  V.Q.Xelius  yeni  saziş 
ərəfəsində  yazırdı  ki,  “Tatar(azərbaycanlı)  gəmi  sahibləri  neft  sənayeçilərinə  təzyiq 
göstərməklə  bu  və  ya  digər  formada  buna  (sazişə)  qoşulmaq  niyyətindədirlər”.  O, 
həmçinin bildirirdi ki, sindikatın iştirakçıları neftin qiymətinin aşağı düşməsinə qarşı 
birgə  mübarizə  etməyi  qərara  almışlar.  Qiymətlərin  aşağı  düşməsi  isə  Rusiya 
bazarlarının vəziyyətindən daha çox “Nobel” və Rotşildin neft sənayeçilərini istismar 


Hamının Sevimlisi 
 
97 
 
etmək arzularındam irəli gəlirdi. H.Z.Tağıyev sindikatı möhkəmləndirmək cəhdlərini 
rəhbər tutaraq, birliyin gəmi sahiblərini səhmdar cəmiyyətinə çevrilməsi təklifini irəli 
sürürdü.  
H.Z.Tağıyevi  birbaşa  yükdaşıma  yollarına  buraxmamaq  üçün  “Qafqaz  və 
Merkuri”, “Nadejda” və “Şərq cəmiyyəti” hökümətə təsir göstərirdi. Bəhanələri də bu 
idi  ki,  güya  o,  inqilabçılara  kömək  edir.  Onlar  tələb  edirdilər  ki,  gəmiçilikdə 
işləyənlərin hamısı rus millətindən olsun. Tağıyev öz gəmilərini Qara dəniz-Qafqaz-
Volqa-Xəzər  yoluna  çıxara  bilmədi.  Bütün  bu  haqsızlıqlarla  üzləşən  H.Z.Tağıyev 
özünün  bütün  donanmasını  “Qafqaz  və Merkuri”yə  və  “Şərq  cəmiyyəti”nə satmağa 
və gəmiçilik sahəsində öz fəaliyyətini dayandırmağa məcbur oldu.  
 
XALQ TƏSƏRRÜFATININ BAġQA SAHƏLƏRĠNDƏ  
H.Z.TAĞIYEVĠN  ROLU 
H.Z.Tağıyev  müvəqqəti  olaraq  neft  işlərini  dayandıraraq  bütün  enerjisini  və 
kapitalını  qarşısına  qoyduğu  böyük  bir  planın  həyata  keçirilməsinə  -  Zaqafqaziya 
regionunda sənaye sahəsinin yaradılmasına yönəltdi. Bu məqsədlə o, özünün pambıq 
parça istehsal edən fabrikini açmaq qərarına gəlir. Bu Hacının ən böyük müəssisəsi 
idi.  
H.Z.Tağıyev cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-
maarif  sahəsində  misilsiz  xidmətləri  ilə  başqa  kapitalist  və  milyonçulardan 
fərqlənirdi.  Onun  fəaliyyətində  elə  hallar  olmuşdur  ki,  xalqın  ehtiyacını  öz  şəxsi 
mənafe  və  qazancından  qat-qat  yüksək  tutmuşdu. Məsələn, 1896-cı  ildə  Hacı  zavod 
və  mədənlərini  beş  milyon  yarım  zərərinə  satıb,  bu  fabriki  tikdirmək  qərarına 
gəlmişdi. Hacının bu hərəkəti Bakı varlılarının və hətta ən yaxın dostlarınını rişxəndli 
atmacalarına səbəb olmuşdur. Bundan Hacının məqdəsi nə idi? O, belə düşünürdü ki, 
zavod  və  mədənlərdə  cəmi  yüz  nəfər  adam  özünə  çörək  pulu  çıxarırsa,  fabrikdə 
minlərlə  adamın  əli  çörəyə  çatacaqdır.  Hacının  bu  hərəkəti  N.Nərimanovun  dediyi 
kimi “puldan, dövlətdən doymayanları, dövlətdə ancaq xoşbəxtlik görənləri təəccübə 


Əşir Bəşiroğlu 
98 
 
gətirirdi.  Hacının  bu  fikrindən  xəbərdar  olanlar  onun  bu  işdə  fədakarlığına  təəccüb 
edirdilər”.  
Tağıyevin  təşəbbüsləri  çox  vaxt  çətinliklə  həyata  keçirdi.  Əcnəbi  və  erməni 
kapitalistləri, yerli çar məmurları Hacının hər bir təşəbbüsündən qorxuya düşərək, hər 
vasitə  ilə  ona  pəl  vurmağa  çalışırdılar.  Bez  fabrikinin  tikilişi  də  onların  tərəfindən 
belə  narazılıqla  qarşılandı.  H.Z.Tağıyev  fabrik  üçün  Xəzərin  Şimal-qərb  hissəsində 
yer  seçdi.  Əhmədli,  Zığ  kəndləri  icmalarından  torpaq  icarə  etməyə  başladı.  Lakin 
torpaqlar  Hacıdan  qabaq  başqa  adamlar  tərəfindən  icarəyə  götürüldüyündən  o, 
torpağı  ikinci  və  üçüncü  adamlardan  icarəyə  götürməyə  məcbur  oldu.  Həmin  bu 
yerlərdə  Hacıdan  əvvəl  Nobel,  Şibayev,  Montoşev  və  başqaları  torpaq  sahələrini 
icarəyə  götürmüşdülər.  Hacının  qarşısına  çıxan  bir  çətinlikdə  ondan  ibarət  idi  ki, 
kəndlərin  öz  torpaqlarını  ancaq  30  illiyə  icarəyə  verməyə  ixtiyarı  var  idi.  Bu  isə  iri 
sənaye müəssisəsi üçün çox az müddət idi. Buna baxmayaraq Hacı müqavilələri şəhər 
idarəsinə  təqdim  edir,  onları  99  illiyə  vahid  bir  müqavilə  ilə  əvəz  etməsi  barədə 
əkinçilik nazirliyi qarşısında olmasını xahiş edirdi.  
Hacı  əleyhinə  qızışdırılan  kompaniya  nəticəsində  ərizə  yarım  il  hərəkətsiz 
qaldı.  “Noveye  vremya”  qəzeti  Hacıya  hücum  edərək,  onu  saxtakarlıqda,  dövlət 
torpaqlarını zəbt etməkdə təqsirləndirirdi. Dövlət əmlak idarəsi rəisi Şopoşnikov da 
bildirirdi  ki,  Əhmədli  və  Zığ  kəndlərinin  icma  torpaqlarını  icarəyə  verməyə  ixtiarı 
yoxdur.  Halbuki  yuxarıda  adları  çəkilən  əcnəbi  kapitalistləri  icma  kəndlərindən 
onlarca desyatın torpaq icarəyə götürmüşdülər.  
Nəhayət, H.Z.Tağıyev özü əkinçilik nazirliyinə müraciət etdi. Nazirlik fabrikin 
tikilməsinə icazə verdi və göstərdi ki bu işdə heç bir saxtakarlıq yoxdur. Beləliklə, 22 
desyatindən artıq torpaq sahəsində fabrik tikilməyə başladı.  
1897-ci ilin əvvəlində H.Z.Tağıyev – İplik və digər pambıq parça istehsalı üzrə 
səhmdar  cəmiyyəi  yaradılmasına  icazə  verilməsi  xahişi  ilə  hökümət  orqanlarına 
müraciət  etdı.  1897-ci  il  iyunun  27-də  Qafqazın  baş  mülki  rəisi  cəmiyyətin 
nizamnamə layihəsinin təsdiq olunması barədə yazırdı: “göstərilən cəmiyyətin təşkili 
çox  faydalıdır  və  Tağıyevin  mötəbərliyi  isə  tamamilə  uğurlu  nəticələr  vəd  edir” 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə