Sivilizasiyaların kəsişməsində türk dünyası
126
tərzinə üstünlük verənlər və ya yeni hökmdarlara (türklərə) qarşı
olanlar çoxluq təşkil edirdi. Bu səbəbdən də yerli əhalinin səlibçilərə
qarşı nisbətən loyal münasibəti müşahidə edilirdi. Ancaq bununla
belə, səlib müharibələrinin hansı sivilizasiya təmsilçilərinin
toqquşmasını əks etdirməsi ilə bağlı ortaya sual çıxır. Yəni,
səlibçilərin qarşısında Türk, yoxsa Ərəb sivilizasiya təmsilçiləri
dayanmışdılar. Çünki əgər ərəbləri nəzərdə tuturlarsa, belə olan
halda VII əsrdən aktiv passionarlıq dövrü yaşayan ərəblərin
zamanında səlibçilərin iddia etdikləri müqəddəs torpağı azad etməyə
ehtiyac yox idimi? Digər halda Osmanlı imperiyasının Qərbə doğru
genişlənməsi zamanı ona müqavimət göstərən Avropa dövlətləri
xristian işbirliyi ideyası ilə birləşmişdilər. Lakin ərəblərin İspaniyanı
ilhaqı və İspaniyadan Avropaya doğru hücumları zamanı niyə xaç
birliyi ideyası yaranmırdı? Belədə aydın görünür ki, xaç yürüşləri
Qərb sivilizasiyasının məhz Türk sivilizasiyasına qarşı mübarizəsi
olmuşdur.
Səlib yürüşlərinin niyə Qərb - Şərq sivilizasiyalarının (Şərq
dedikdə həmin dövr bu ərazidə mövcud olan Türk, Ərəb, İran
sivilizasiya daşıyıcılarının birliyini nəzərdə tuturuq) toqquşması
deyil, məhz Qərb - Türk sivilizasiyalararası qarşıdurma olduğuna
aydınlıq gətirmək üçün bu hadisələrin baş verdiyi dövrdə regionun
tarixi mənzərəsinə baxmaq lazımdır. Səlibçilərin yürüşlərinin əsas
hədəfi olan “müqəddəs torpaqlar”ın yerləşdiyi Aralıq dənizi sahili
(bu ərazi tarixi mənbələrdə Levant adlanır) ərazi XI əsrdə Bizans
imperiyasının, Misir Fatimilər Xilafətinin (909-1171-ci illər) və
Böyük Səlcuq Sultanlığının nüfuz dairəsində idi. Türklərin şərqdən
aramsız hücumları qarşısında zəifləyən Bizans imperiyası bu
regionda böyük ərazilər itirmişdi və mövqeləri zəifləmişdi. Bizans
səlibçiləri öz ərazisindən ötürməklə düşmənlərini real təhlükə
Sivilizasiyaların kəsişməsində türk dünyası
127
qarşısında qoymaq və bununla türklərə zərbə vurmaq istəyirdi. Digər
tərəfdən Fatimilər Xilafəti Misir, Tunis, Siciliya, Malta, Levant,
Hicaz (Yəmən) və Suriyadakı Aralıq dənizi limanlarına nəzarət
edirdi. Fatimilər Xilafətinin artıq əsas rəqibi Bizans deyil, Səlcuq
Sultanlığı idi. Belə bir şəraitdə Ərəb sivilizasiyasının daşıyıcısı olan
Fatimilər səlibçilərə qarşı aktiv mübarizə aparmadılar, xristian
ideyası altında birləşən müxtəlif Qərb xalqlarına qarşı səlcuq türkləri
ilə birgə ittifaq yaratmadılar. Əksinə, tarixi hadisələrin göstərdiyi
kimi, türkləri zəiflətmək üçün onları səlibçilərlə mübarizədə
meydanda tək qoydular.
Əslində həmin dövrdə Aralıq dənizində limanlara sahib olan
Fatimilər dənizdə səlibçilərə qarşı vuruşaraq və onları limanlara
buraxmamaqla lap əvvəldən bu yürüşün qarşısını birdəfəlik ala
bilərdilər. Doğrudur, tarixi mənbələrdə Fatimilər Xilafətinin
ordularının səlibçilərə qarşı bir neçə döyüşləri haqqında faktlar var.
Belə ki, 1099-cu ildə vəzir Əl-Əfdalın rəhbərliyi altında Fatimilər
Fələstinə ordu çıxartmış, 1109-cu ildə Tripoli işğal olunduqdan sonra
Misir donanması köməyə gəlmişdi (donanma 8 gün yubandığından
döyüşün taleyinə təsir göstərə bilməmişdi). Amma fakt faktlığında
qalır ki, Misir Xilafəti səlibçilərlə mübarizədə əsaslı rol oynaya
bilməmiş və ya bunu heç istəməmişdir. Alman tədqiqatçısı
M.A.Kyeler bəzi müsəlman mənbələrinə istinad edərək iddia edir ki:
“Fatimilər istəmirdilər ki, Suriyanın türk hökmdarları onların birbaşa
qonşusu olsunlar və ümumilikdə onlar özləri ilə türklər arasında
bufer zonanın saxlanmasında maraqlı idilər. Ona görə də Fatimilərin
səlibçilərə qarşı döyüşlərinin məqsədi bir dəniz dövləti kimi öz
maraqlarına uyğun olaraq Suriya limanlarının müdafiəsi idi. Digər
hallarda onların səlibçilərə qarşı münasibəti düşünülmüş şəkildə
formallıqdan başqa bir şey deyildi. Bu səbəbdəndir ki, Misir ordusu
Sivilizasiyaların kəsişməsində türk dünyası
128
və donanması səlibçilərə qarşı əhəmiyyətli bir təsir göstərə
bilməmişdir”.
101
Digər tərəfdən Suriyanın yerli əhalisi də türklərə sadiq
deyildilər və onlar da Fatimilər kimi səlibçilərlə razılaşmalara
üstünlük verirdilər. Hələbdən olan tarixçi İbn əl-Ədimin
məlumatlarına görə “Hələbin siyasi elitası səlibçilərin (frankların-
ərəb mənbələrində səlibçiləri həmin dövrdə “firəng” adlandırırdılar)
Suriyada davamlı qalmasına razılıqla baxırdı, çünki bu onların
şəhərinin müstəqil statusunun həmişəlik saxlanılmasına kömək
edirdi”.
102
Həmin dövrdə səlibçilərlə razılığa gedən, zaman-zaman
ittifaq yaradan üçüncü bir qüvvə isə “assasin”lər olmuşlar.
İsmailiyyə təriqətinin gizli bir qrupunu təşkil edən assasinlər əsasən
siyasi terrorla məşhurlaşmışdılar. Həsən Sabbahın (1035-1124)
dövründə İranda Ələmut qalasında möhkəmlənən bu mistik qrup
həmin dövrdə bir çox görkəmli dövlət xadimi və sərkərdələrin
öldürülməsində şübhəli bilinirdilər. Hətta Böyük Səlcuq
Sultanlığının vəziri Nizamilmülkün (1018-1092) də qətlini təşkil
etmişdilər. Səlib yürüşləri zamanı onların ayrı-ayrı cəngavərlərə qarşı
sui-qəsdlər təşkil etmələri haqqında da məlumatlar var və elə bu
səbəbdən hətta Avropada belə assasinlər vahimə yaradırdılar. Amma
tarixi mənbələrdə onların bəzən səlibçilərlə - cəngavər ordeni
“tampliyer”lərlə birgə hərəkət etməsi, ittifaq qurması ilə bağlı
məlumatlar da var. Beləliklə, göründüyü kimi, səlib yürüşləri zamanı
Qərb sivilizasiyasının qarşısında duran əsas qüvvə Türk sivilizasiya
daşıyıcıları olmuşdur. Regionda digər sivilizasiya daşıyıcıları
müxtəlif səbəblərdən Qərbin xristian hücumuna cavab verməmiş,
hətta bəzən türklərə qarşı onlarla əlbir olmuşlar.
101
Кэрол Хилленбранд. Крестовые походы. Взгляд с востока мусульманская
перспектива. Москва: Диля, 2008, стр. 92
102
Yenə orda, səh. 99
Dostları ilə paylaş: |