Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə2/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   2   3   4   5   6   7   8   9   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
6
element xalqlardan asılı olaraq müxtəlif olardı.”
1
 Eyni  zamanda 
Gustav le Bon hesab edirdi ki, sivilizasiyanı  təşkil edən 
elementlərdən bəziləri bu xalqın ruhunu daha yaxşı  təsvir edir, 
bəziləri yox. Lakin bu elementlər mahiyyətcə xalqdan-xalqa, 
dövrdən-dövrə müxtəlifləşdiyinə görə, məlum olur ki, onların 
arasında heç olmasa birini tapmaq mümkün deyil ki, ondan 
müxtəlif sivilizasiyalar üçün ümumi meyar kimi istifadə olunsun. 
Sivilizasiyaların etnik birliyə, mədəniyyətə, dinə, dil 
bağlılığına, siyasi məqsədə, inkişaf səviyyəsinə, ictimai-iqtisadi 
formasiya növünə, coğrafi amillərə söykənməsi ilə əlaqədar fərqli 
fikirlər səslənməkdədir. Bu fərqlilik özünü daha çox cəmiyyətşünas 
filosof alimlərlə geosiyasətçilərin mülahizələrində göstərir. Bu cür 
fərqli yanaşmaların olması da o mənada anlaşılandır ki, birinci qrup 
alimlər keçmiş  və mövcud, geosiyasətçilər isə daha çox gələcəyə 
yönəlmiş münasibətləri araşdırmağa çalışır və sivilizasiyaların 
identifikasiyasında bu parametrə üstünlük verirlər.  
 Elmi  dairələrdə “sivilizasiya” termininə ilk olaraq şotland 
alimi Adam Ferqyusonun (1723-1816) əsərlərində rast gəlinir. 
Onun təsnifatına görə bu termin sinifli cəmiyyət,  şəhərlər, yazı 
mədəniyyəti ilə  səciyyələnən insan cəmiyyətinin inkişaf 
mərhələsini  əhatə edir. Alim dünya tarixini vəhşilik-barbarlıq-
sivilizasiya mərhələlərinə bölürdü və bu bölgü uzun müddət elmi 
dairələrdə  əsas təsnifat olaraq qəbul olunmuşdur.
2
 Bu  təsnifatdan 
göründüyü kimi, başlıca kriteriya mədəni inkişaf səviyyəsi hesab 
olunur və heç bir milli və ya lokal xüsusiyyətlər  əsasında 
                                                 
1
 Gustav le Bon. Kütlə psixologiyası (tərcümə Qardaşxan Əzizxanlı). Bakı: Zəkioğlu 
nəşriyyatı, 2006, səh. 71 
2
 Семёнов Юлиан. Философия истории. (Общая теория, основные проблемы, идеи 
и  концепции  от  древности  до  наших  дней).  Москва:  Современные  тетради, 
2003, cтр.116 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
7
fərqləndirilmir. Başqa sözlə desək, ümumilikdə  cəmiyyət həyatını 
xarakterizə edir və heç bir səviyyədə  hər hansı bir kriteriya üzrə 
bölünmürdü. Yalnız bir məqam xüsusilə diqqəti çəkir ki, Qərbdə 
həmin dövrdə yüksək mədəni inkişaf səviyyəsi - “sivilizasiya” 
dedikdə, yalnız avropalıların həyat tərzi nəzərdə tutulur, bütün 
digərləri isə barbar hesab edilirdi. Baxmayaraq ki, Avropa bu gün 
əldə etdiyi nailiyyətlərin bir çoxunu Şərq ölkələrinin 
mədəniyyətlərinə borcludur. Hətta Avropanın bütün tarix boyu ən 
yüksək inkişaf mərhələsini  əks etdirən ellinizm dövründə belə 
Şərqdə - misal üçün, Çində  mədəni inkişaf səviyyəsi ondan daha 
üstün olmuşdur. Maraqlıdır ki, əslində qədim yunanlar da ölkələri 
mədəni və barbar olaraq fərqləndirirdilər. Yəni, onlar özlərini 
mədəni ölkə, bütün digərlərini isə barbar adlandırırdılar. Lakin 
yeganə fərq ondan ibarət idi ki, onlar özlərini mədəni adlandırarkən 
yalnız Avropanı nəzərdə tutmurdular. Yunanlar üçün mədəni dünya 
Aralıq dənizinin həm Avropa, həm Asiya, həm də Afrika sahilləri 
sayılırdı.  
Qərbin rolunun dominantlaşdırılmasının əksinə olaraq, məşhur 
alim akademik Vasili Bartold (1869-1930) ellin-roma 
mədəniyyətinin bəşər tarixində tutduğu mövqeyi göstərmək üçün 
Şərq ölkələri ilə müqayisə edərək yazırdı ki, “Qədim Şərq ölkələri 
minilliklər boyu dünyanın yeganə  mədəni ölkələri olmuşlar.”
3
 
Gustav le Bon da Qərbin Şərq dəyərlərindən bəhrələnməsi fikrində 
idi. O, yazırdı: “Əgər xalqlar özlərindən qabaq işlənmiş 
mənbələrdən faydalana bilməsəydilər, sivilizasiyaların inkişafı çox 
yavaş gedərdi və müxtəlif xalqların tarixi yalnız təkrardan ibarət 
olardı. Misir və gildani əhalisinin 7 və ya 8 min il bundan əvvəl 
                                                 
3
 Василий Владимирович Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия 
культуры и исскуства. Москва: Эксмо, 2010, стр.10 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
8
qurduqları sivilizasiyalar elə bir material mənbəyi yaratmışdılar ki, 
ora bilik götürmək üçün növbə ilə bütün millətlər gəlirdi. Yunan 
incəsənəti Dəclə və Nil çaylarının sahilində yaranmış incəsənətdən 
əmələ gəlmişdir. Yunan üslubundan Roma üslubu alındı və o da öz 
növbəsində Şərq təsirləri ilə qarışaraq ardıcıl surətdə Bizans, roman 
və qotik üslublarına başlanğıc verdi.”
4
 
Ancaq tarixi hadisələrin sonrakı inkişafı göstərdi ki, hər hansı 
bir regionun və ya ölkənin bütün digərləri üzərində üstünlüyünə 
əsaslanan bu cür yanaşma özünü doğrultmur və  bəşəriyyətin 
müxtəlif mədəniyyətləri  əks etdirən sivilizasiyalardan təşkil 
olunması ilə bağlı yeni mülahizələrə yol açdı. Beləliklə, leksikona 
daxil olduğu ilkin dövrdə ümumilikdə  cəmiyyətin inkişaf 
mərhələsini  əks etdirən “sivilizasiya” anlayışı sonradan müxtəlif 
mədəniyyətlərin inkişaf dövrünü əks etdirən məfhum olaraq təfsir 
olunmağa başlanmışdır.  
 
Sivilizasiya və mədəniyyət: eynilik, yoxsa yaxınlıq 
“Sivilizasiya” anlayışı bir termin kimi XVIII əsrdə 
“mədəniyyət” anlayışı ilə  sıx  əlaqədə meydana gəlmişdir. Uzun 
müddət bu termin daha çox Qərbi Avropa xalqlarının yüksək 
mədəniyyətini, hətta kapitalizmi xarakterizə etmək üçün işlədilirdi. 
Lakin sonralar bu fikrə üstünlük verilməyə başlandı ki, bütün 
xalqlar özünəməxsus mədəniyyətə malik olduğu halda, heç də 
bütün xalqlar öz sivilizasiyalarına malik deyillər. Məsələn, Avropa 
xalqlarının hər biri özünəməxsus mədəniyyətə malik olsa da
sivilizasiya anlayışında bu fərdilik yoxdur. Onlar ümumilikdə Qərb 
sivilizasiyasını,  Şərqi Avropa ölkələrinin bir qismi isə Pravoslav-
                                                 
4
 Gustav le Bon. Kütlə psixologiyası (tərcümə Qardaşxan Əzizxanlı). Bakı: Zəkioğlu 
nəşriyyatı, 2006, səh. 93 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə