Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə4/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   2   3   4   5   6   7   8   9   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 12
Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin 
toplumsal - ictimai həyatlarının ortaq bir bütünüdür. Hər qövmün 
(millətin) öncə yalnız kültürü vardır. Bu qövm kültür baxımından 
yüksəldikcə siyasət baxımından da yüksələrək güclü bir dövlət 
meydana gətirir. Digər yandan da, kültürün yüksəlməsindən 
mədəniyyət doğmağa başlayır. Mədəniyyət başlanğıcdan milli 
kültürdən - harsdan doğduğu halda, sonralar qonşu millətlərin 
mədəniyyətlərindən də bir çox müəssisələr - qurumlar alır”.
11
 Ziya 
Göyalp cəmiyyətin inkişafında mədəniyyətlə sivilizasiyanın 
intibahını  tərs mütənasib hesab edir. Onun fikrincə, milli kültürü 
güclü, ancaq mədəniyyəti zəif bir millətlə milli kültürü pozulmuş, 
ancaq mədəniyyəti yüksək olan başqa bir millət siyasi savaşa 
girəndə kültürü güclü olan millət daim qalib gəlmişdir. Misal kimi 
o, farsların qədim misirliləri, yunanların farsları, makedoniyalıların 
yunanları, romalıların makedoniyalıları,  ərəblərin sasaniləri, 
türklərin  ərəbləri məğlub etməsini göstərir və  mədəniyyətin 
inkişafının milli kültürü pozduğu və bunun məğlubiyyətin başlıca 
səbəbi olduğu fikrini irəli sürürdü.  
Türk dünyasının digər bir böyük oğlu  Əhməd bəy Ağaoğlu 
(1869 - 1939) isə  mədəniyyət və sivilizasiya anlayışlarına eyni 
məna daşıyan məfhum kimi baxırdı. O, 1919-cu ildə Maltada 
sürgündə olarkən yazırdı: “Mədəniyyət - “Civilisation” deyiminə 
çeşitli təriflər verilmişdir. Biz bu deyimi, zənnimizcə, bütün tərifləri 
əhatə edən və bu kəlməyə  ən geniş  mənanı verən “həyat tərzi” 
olaraq qəbul edirik. Belə ki, mədəniyyət demək “həyat tərzi” 
deməkdir, yalnız həyat qavramını  ən geniş  və  əhatəli bir mənada 
anlamaqdır. Həyatın bütün təcəllilərini, maddi və  mənəvi bütün 
                                                 
11
 Ziya Göyalp. Türkçülüyün əsasları (tərcümə Elman Mustafaoğlu). Bakı: Maarif, 
1991, səh. 47 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 13
olaylarını o qavram əhatə etməlidir”.
12
 Müəllif mədəni insan 
cəmiyyətinin üç başlıca mədəniyyət arasında bölünmüş olduğunu 
iddia edirdi: Budda-Brəhmən mədəniyyəti, Qərb və ya Avropa 
mədəniyyəti,  İslam mədəniyyəti.  Əhməd Ağaoğlu mədəni 
fərqlilikdə əsas oriyentir kimi ortaq bir düşüncə və duyum tərzini 
götürür və din, əxlaq, hüquq kimi elementlərin milli kimliyi 
xarakterizə edən xüsusiyyət kimi səciyyələndirilməsini düzgün 
hesab etmirdi. O, zaman çərçivəsində bu xüsusiyyətlərin millətlər 
üçün dəyişdiyini nəzərə alaraq, milli mədəniyyəti səciyyələndirən 
əsas element olaraq yalnız dil amilini fərqləndirirdi. Bununla belə 
qeyd etməliyik ki, nə  qədər təəccüblü olsa da, dil elementini 
sivilizasiya meyarı hesab edən müəllif bəhs etdiyimiz kitabında 
dünya sivilizasiyaları arasında türk mədəniyyətini (və ya 
sivilizasiyasını) müstəqil olaraq fərqləndirmirdi. 
Müasir dövr Azərbaycan filosoflarından akademik Ramiz 
Mehdiyev də bir çox cəhətdən fərqlənməyən, bir-birinə keçən, 
qarşılıqlı asılılıqda olmasına baxmayaraq, mədəniyyət və 
sivilizasiya anlayışlarının eynilik təşkil etmədiyi qənaətindədir. 
Onun fikrincə, “sivilizasiya mədəni proses üçün ilkin şərait yaradır, 
mədəniyyət isə yeniliyin yaradıcısı olmaqla sivilizasiyanın inkişafı 
üçün  şərait yaradır. Mədəniyyət sivilizasiyanın təsbit etdiyi sosial 
normaların təcəssümünü, gerçəkləşdirilməsini nəzərdə tutan 
müstəqil maddi və  mənəvi fəaliyyətdir. Eyni bir sivilizasiya 
çoxsaylı mədəniyyətlər yaradır. Məsələn, orta əsrlərdə ərəb, fars və 
Azərbaycan mədəniyyətləri islam sivilizasiyasının məhsullarıdır; 
türk sivilizasiyası türk, qırğız və Azərbaycan mədəniyyətlərini, 
eləcə də digər türkdilli xalqların mədəniyyətlərini əhatə edir”.
13
 
                                                 
12
 Əhməd Ağaoğlu. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006, səh. 24 
13
 Ramiz Mehdiyev. Fəlsəfə. Bakı: Şərq-Qərb, 2010, səh.26 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 14
Ümumiyyətlə, mahiyyət və anlayış baxımından həm fərqlilik, 
həm də oxşarlıq, hətta eynilik keyfiyyətlərinə malik olan 
mədəniyyət və sivilizasiya anlayışlarının əhatə dairəsi ilə bağlı elmi 
dairələrdə  hər zaman fərqli mülahizələrin səsləndiyini müşahidə 
edirik. Bu baxımdan, sivilizasiyanın mədəniyyətə nisbətən daha 
əhatəli məfhum olduğunu qəbul edənlər çoxluq təşkil edir. 
Azərbaycanlı alim Rahid Ulusel bu qənaətin səbəblərini aşağıdakı 
kimi  əsaslandırır: “Sivilizasiya mədəniyyətdən həm də ona görə 
daha geniş, tutumlu anlayışdır ki, əsasən bir dominant etnos 
nüvəsində etnobirlik və etnobirliklərin tarixi subordinasiyası 
nəticəsində millət və milli dövlət təşəkkülləndiyi kimi, bu prosesin 
üzvi tərkib hissəsi olaraq bir neçə milli mədəniyyət bir lokal 
(regional) sivilizasiya məkanında konsentrasiya olunub müəyyən 
mürəkkəb komponentli sivilizasiya orqanizmini yarada bilir. 
Təkamül edən hər hansı bir tarixi etnos öz mədəniyyətinin 
genotipini yaratmış olur. Mədəniyyətin genezisinin 
formalaşmasından sonrakı professionallıq mərhələlərində onun 
substrat təməli – elmi-fəlsəfi, siyasi-ideoloji qat yaranır. 
Mifogenezisindən transsendental-metafizik təlimlərin 
formalaşmasına qədər böyük təkamül yolu keçən antik Yunan, 
Hind, Çin mədəniyyətləri məhz bu təməl qatı təşəkkül etdirdikdən 
sonra miqyaslı sivilizasiya arealına genişlənə bilmişlər. 
Mədəniyyətin morfoloji-struktur dinamikası onu yeni-yeni 
intellektual-praktiki axtarış səviyyələrinə çıxarır, bu, onun daxilində 
və çevrəsindəki sivilizasiya mühitini böyüdür. Sivilizasiya 
mərhələsində 
mədəniyyət daha yüksək professionallıq 
keyfiyyətlərinə yiyələnməyə zərurət duyur.”
14
 
                                                 
14
 Rahid Ulusel. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı:Elm, 2005, səh. 24 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə