Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə6/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   2   3   4   5   6   7   8   9   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 18
Məşhur sivilizoloq alim Samuel Hantinqton sivilizasiyanı 
mədəni birlik adlandırırdı. Ancaq o, sivilizasiyaları mədəniyyətdən 
daha böyük məfhum kimi səciyyələndirirdi. Onun fikrincə
sivilizasiya dil, din, adət-ənənə, tarix, təşkilatlanma kimi obyektiv 
elementlərlə  və insanların özünü tanıması kimi subyektiv 
elementlərlə müəyyən olunur. Eyni zamanda, dünya 
sivilizasiyalarının təsnifatına dair mülahizələrindən də görünür ki, 
o,  əsas faktor kimi din amilinə üstünlük verir. Belə ki, onun 
təsnifatında səkkiz sivilizasiya növündən beşi (Qərb -xristian
Konfutsi,  İslam, Hindu, Slavyan-Pravoslav) dini birliyə söykənir. 
Hətta qalan üçündə də (Latın Amerikan, Afrika, Yapon) müəyyən 
mənada fərqli dini mədəniyyətlərin nəzərə alındığını görmək 
mümkündür.
18
 Bu  sahədə tanınmış digər alimlərdən Kristofer 
Dauson, Maks Veber (1864-1920) də dini sivilizasiyanın  əsas 
xarakterik xüsusiyyəti hesab edirlər.
19
 Onlardan  fərqli olaraq, 
Arnold Toynbi dini məhz sivilizasiyanın məhsulu kimi qəbul 
edirdi. Belə ki, onun fikrincə, “xristianlıq yunan-roma və siryani 
sivilizasiya daşıyıcılarının mədəniyyətlərinin izdivacından 
yaranmışdır”.
20
 
Azərbaycanlı alimlərdən professor Səlahəddin Xəlilov isə dinə 
sivilizasiya yaradıcı element kimi baxmır. O, yazır: “Əgər 
“sivilizasiya” anlamı dini dəyərlərlə  sıx bağlı olsaydı, onda 
müxtəlif dinlərə uyğun olaraq müxtəlif sivilizasiyalardan danışmaq 
olardı. Onda xristian sivilizasiyası  “İncil”lə, islam sivilizasiyası 
“Quran”la yaşıd olardı. Və ancaq bu halda, dini-əxlaqi dəyərlər ön 
                                                 
18
 Samuel Huntington. The Clash of Civilizations  / 
http://history.club.fatih.edu.tr/103%20Huntington%20Clash%20of%20Civilizations 
19
 С. Dawson, Dynamics of World History,  Max Weber, “The Social Psychology of the 
World Religions”, London: Routledge, 1991, p.97 
20
 Арнольд Тойнби. Цивилизация перед судом истории. Москва:  Прогресс, 1996, 
стр.132 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 19
plana çəkildikdə müəyyən dövrlər üçün geriyə  hərəkətdən də 
danışmaq olardı. Çünki bəşəri inkişafın bir çox mühüm mərhələləri, 
həm də məhz sivilizasiya anlamı ilə daha çox səsləşən mərhələləri 
dini dəyərlərə yaxınlaşmaq deyil, onlardan uzaqlaşmaq meyli ilə 
bağlıdır”.
21
  
Sivilizasiya yaradan növbəti elementlərdən biri kimi dil birliyi 
də əsas götürülür. Rus alimi N.Y.Danilevski mədəni-tarixi tiplərin 
böyük linqvistik-etnoqrafik ailə qruplarına uyğun gəldiyini iddia 
edirdi. O, “Rusiya və Avropa” kitabında yazırdı ki, “bu linqvistik-
etnoqrafik qruplardan yeddisi ari irqə - Hind-Avropa dil qrupunun 
təmsilçilərinə məxsusdur və onlardan beşi (iran, ellin, latın, german, 
sanskrit) tam müstəqil sivilizasiya yaratmışdır. Altıncı kelt dil 
qrupuna məxsus olanlar siyasi müstəqillikləri olmadığı üçün 
inkişaflarının etnoqrafik mərhələsindən irəliyə adlaya və öz 
sivilizasiyalarını yarada bilməmişlər. Bu dil qrupları 
daşıyıcılarından yeddincisi slavyanlardır ki, onların böyük hissəsi 
Rus çarlığının hakimiyyəti timsalında siyasi müstəqilliyə malik 
olmaqla öz sivilizasiyalarını yaratmışlar”.
22
  
Biz isə əksinə, dil birliyi elementinə sivilizasiya yaradan amil 
kimi deyil, sadəcə müəyyən dövr ərzində onun hüdudlarının 
konturlarını göstərən faktor kimi baxırıq. Dil birliyinin sivilizasiya 
proseslərində rolu ilə bağlı Rahid Uluselin fikirləri də maraq 
doğurur. Belə ki, onun yanaşmasında “dünyada mövcud olan böyük 
tarixi dil ailələrinin (Hind-Avropa, Hami-Sami, Altay və s.) genotip 
müəyyənliyi onların əsasında formalaşan lokal sivilizasiyaların hər 
                                                 
21
 Səlahəddin Xəlilov. Sivilizasiyalararası dialoq. Bakı: Adiloğlu nəşriyyatı, 2009,    
səh. 63 
22
 Данилевский  Николай Яковлевич.  Россия  и  Европа.  Взгляд  на  культурные  и 
политические 
отношения 
Славянского 
мира 
к 
Германо-Романскому.
 
http://new.runivers.ru/bookreader/book10067/#page/1/mode/1up стр.153 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 20
birinin daxili subordinasiya prosesinin genişlənməsinə  və onların 
tarixi yaddaşının möhkəmlənməsinə  səbəb olmuşdur. Lokal 
sivilizasiyalar etnolinqvistik və dini təməl üzərində  qərarlaşan 
qohumluq münasibətlərinin hüdudlarını  aşaraq təkcə genetik 
yaddaş  və teoloji oriyentasiya ilə kifayətlənməyən çoxölçülü 
sivilizasion əlaqələr dövrəsinə adlamışdır”
23
.   
Sivilizasiyaya millətüstü, amma özünəməxsus fərqlilikləri əks 
etdirən birlik kimi baxılması hallarına da rast gəlinir. “Sivilizasiya” 
termini ilə bütün dəyişikliklərə  və  təsirlərə baxmayaraq, böyük 
tarixi zaman kəsiyində özünəməxsusluğunu və unikallığını 
saxlayan insan və ölkələrin nə isə sabit birliyini də göstərirlər. 
Başqa sözlə, bu birlik - cəmiyyətin müəyyən mədəni-tarixi tipi və 
yaxud hansısa superetnosu kimi də qəbul edilir.
24
 
Sivilizasiyaların  əsasında dayanan amillər arasında coğrafi 
faktorlara da üstünlük verənlər vardır. Məşhur rus alimi Lev 
Meçnikov (1838-1888) sivilizasiyaların  əsasında coğrafi amillərin 
durduğunu iddia edirdi. Daha dəqiq desək, o, “Sivilizasiya və 
böyük tarixi çaylar. Müasir cəmiyyətin inkişafının coğrafi 
nəzəriyyəsi” adlı kitabında tarixi inkişafın  əsasını hidrosferada 
görürdü. Onun fikrincə, böyük su hövzələri və yolları  bəşər 
sivilizasiyasının formalaşmasında  əsas rol oynamışlar. Alim bəşər 
tarixini 3 mərhələyə ayırırdı. Bu mərhələlərin sivilizasiyasının 
əsasını müvafiq olaraq - çay, dəniz və okean təşkil edir. Çay 
mərhələsi 4 qədim sivilizasiya - Nildə Misir, Dəclə  və  Fəratda 
Mesopotamiya, Hind və Qanqda Hindistan, Xuanxe və Yantsızı 
çaylarında Çin sivilizasiyası üzərində  bərqərar olmuşdur. Dəniz 
mərhələsi (orta əsrlər və ya Aralıq dənizi) Karfagenin əsasının 
                                                 
23
 Rahid Ulusel. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm,2005, səh. 243 
24
 Yusif Rüstəmov. Fəlsəfənin əsasları. Bakı: Azərbaycan universiteti nəşriyyatı, 2004, 
səh.486 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə