Sivilizasiyaların kəsişməsində türk dünyası
83
sivilizasiyasının formalaşması haqqında danışmaq olar. Rusiya
hökmdarı Moskvanın Böyük Knyazı III İvanın (1440-1505) 1472-
ci ildə son Bizans imperatoru IX Konstantinin qardaşı qızı və taxtın
nəzəri varisi Sofiya Paleoloq ilə evlənməsini kulminasiya hesab
etmək olar. Bu nikahdan sonra III İvan Moskva Rus dövlətini
Bizansın varisi adlandırdı və Bizansın “ikibaşlı qartal” gerbini Rus
dövlətinin gerbi olaraq qəbul etdi (bu gün də həmin simvol Rusiya
Federasiyasının gerbində saxlanılır). III İvan Bizans ilə Moskva
Rus dövlətini doğma, eyni dövlət sayırdı. Sofiya Paleoloq ilə nikah
ona mənəvi qida vermişdi. Əslində slavyanlıq və pravoslavlığın
sinxron yaxınlaşmasının rəmzi olan bu hadisə ilə Rusiyanın
gələcəkdə geosiyasi maraqlarının əsası qoyulmuşdur. Belə ki,
Rusiya imperiyası gücləndikcə onun ən böyük geosiyasi məqsədi
İstanbula yiyələnmək, Bizansın hakim olduğu bütün torpaqlarda bu
hakimiyyət varisliyini davam etdirmək, bütün dünya
pravoslavlarını himayə etmək olmuşdur. Bu məqsədlərə çatmaqda
isə Bizansın keçmiş torpaqları və pravoslav əhalisi üzərində hakim
olan Türkiyə onun ən böyük rəqibinə çevrildi. Bununla da geosiyasi
müstəvidə Rusiya-Türkiyə qarşıdurmasının əsası qoyulmuşdur.
Beləliklə, sivilizasiyaların formalaşması prosesində əsas
elementlərdən olan müstəqil siyasi hakmiyyət faktorunu Kiyev Rus
dövlətinin timsalında qazanmaqla yeni mərhələyə qədəm qoyan bu
sivilizasiyada hər iki daxili seqmentin - pravoslavlıq və slavyanlığın
sinxronlaşması başa çatdı. Buna görə də, öz mənəvi dəyərlərini
daha qədim dövrdən götürməsinə baxmayaraq Pravoslav-Slavyan
sivilizasiyası üçüncü nəsil sivilizasiyalara aid edilir. Bizans
slavyanlığı, slavyanlar isə xristianlığın qəbulunadək pravoslavlığı
təmsil etmədiyi üçün onları birbaşa sivilizasiya daşıyıcısı deyil,
mənəvi dəyərlərin ötürüldüyü mərhələlərdən biri hesab etmək olar.
Sivilizasiyaların kəsişməsində türk dünyası
84
Pravoslav-Slavyan sivilizasiyası niyə Qərb mədəniyyəti
olaraq qəbul olunmur?
Türk sivilizasiyasının Pravoslav-Slavyan sivilizasiyasının
daşıyıcıları ilə münasibətlərinə baxmazdan əvvəl bu
sivilizasiyanın xristian dünyası daxilində fərqləndirilməsinə,
Qərb sivilizasiyası ilə disharmoniyasına toxunmağı da lazım
bilirik. Müasir dövr Qərb sivilizoloqlarından Samuel Hantinqton
Rusiya-Qərb münasibətlərində disharmoniyanı
sivilizasiyalararası təzadla əlaqələndirirdi. Belə ki, onun fikrincə,
əgər Rusiya Qərbə doğru yönələrsə Pravoslav sivilizasiyası
ümumiyyətlə mövcudluğunu dayandıracaq. O, Qərb sivilizasiyası
üçün xarakterik olan səkkiz xüsusiyyətdən yeddisinin - katolik
din, latın mənşəli dillər, kilsənin dövlətdən ayrı olması, qanunun
aliliyi prinsipi, sosial plüralizm, seçkili orqanların hakimiyyəti
ənənəsi, indivudializmin - Rusiyanın tarixi təcrübəsində olmadığını
iddia edirdi. Yeganə ortaq xüsusiyyət kimi antik irsi qeyd edir ki,
burada da Qərb Romadan, Rusiya isə Bizansdan bəhrələndiyi üçün
prinsipial fərqlər olduğunu göstərir. O, rus sivilizasiyasını - Kiyev
Rus və Moskva dövlətlərinin, Bizans imperiyasının təsiri və
uzunmüddətli monqol hakimiyyətinin məhsulu hesab edirdi.
67
Rus nəzəriyyəçilər arasında Avrasiyaçı
məktəbin
nümayəndələri olan alimlərin Rusiyanın Avropadan çox Asiya ilə
bağlılığı barədə mülahizələri də xüsusi maraq doğurur.
Avrasiyaçılıq hərəkatının yaranmasını XX əsrin əvvəllərində knyaz
N.S.Trubetskoy (1890-1938), ilahiyyatçı Q.V.Florovski (1893-
1979), P.P.Suvçinski (1892-1985), Q.V.Vernadski (1887-1973),
P.N.Savitski (1895-1968) və başqalarının adı ilə bağlayırlar.
67
Сэмюэль Хантингтон. Столкновение цивилизаций. Москва: АСТ, 2003, стр 184
Sivilizasiyaların kəsişməsində türk dünyası
85
Avrasiyaçılıq hərəkatının əsas ideyası rus mədəniyyətinin, tarixinin
özünəməxsusluğu və onun qorunmasının zəruriliyi idi. Bu
hərəkatın tərəfdarlarını Rusiyanın ayrıca bir sivilizasiya daşıyıcısı
olması ideyası birləşdirirdi. Onların fikrincə, dünyanın inkişafında
həlledici məkan Avrasiya regionu hesab olunur. Bu məktəbin
nümayəndələri “Avrasiya” terminini geosiyasi məkan kimi təsnif
edir, rus cəmiyyətinin yaranmasında bu məkanın roluna və
əhalisinin özünəməxsusluğuna diqqət ayırırdılar. Avrasiyaçılar
Rusiyanı Qərb və Şərq arasında əlaqələndirici mərkəz rolu oynayan
xüsusi etno-coğrafi və özünəməxsus mədəniyyətə malik ölkə hesab
edirdilər.
Rus tədqiqatçılar içərisində Avropanın Rusiyaya yad olması
tezisinə ilk olaraq panslavizm ideoloqlarından olan Nikolay
Yakovleviç Danilevski və rus fəlsəfi düşüncə tarixində monarxist
mühafizəkar qanadı və anti-panslavizm
68
cərəyanını təmsil edən
nümayəndələrdən Konstantin Nikolayeviç Leontyevin əsərlərində
rast gəlirik. Leontyev Rusiyanı nəinki təkcə Qərbə qarşı qoyur,
hətta bir az da irəli gedərək slavyanlıqdan da fərqləndirirdi. Müəllif
Rusiyanın inqilab tərəddüdlərindən qorunması üçün Şərq ölkələri
ilə ittifaqının tərəfdarı idi. Onun fikrincə, slavyan xalqlarının etnik
və linqvistik yaxınlığı onların mədəni birliyinə dəlalət etmir.
Slavyan dünyası, slavyan mədəniyyəti Rus mədəniyyəti demək
deyildir. Rus mədəniyyəti özünəməxsusdur: burda Avrasiya və
Asiya elementləri qaynayıb-qarışıb.
69
Rus mədəniyyətinin Şərq
68
“Anti-panslavizm” cərəyanının tərəfdarları bütün slavyanların vahid mərkəzdə
birləşməsini və vahid slavyan dövlətinin yaradılmasını Rusiya imperiyasının süqutunun
başlanğıcı kimi dəyərləndirirdilər. Onların fikrincə, Rusiya imperiyasının yalnız
slavyanlardan təşkil olunması onun ümumdünya ruhunu məhv edər, Avrasiya və dünya
imperiyasına yolunu bağlayardı.
69
Константин Леонтьев. Византизм и Славянство.
http://knleontiev.narod.ru/articles.htm
Dostları ilə paylaş: |