Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə25/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 83
sivilizasiyasının formalaşması haqqında danışmaq olar. Rusiya 
hökmdarı Moskvanın Böyük Knyazı III İvanın (1440-1505) 1472-
ci ildə son Bizans imperatoru IX Konstantinin qardaşı qızı və taxtın 
nəzəri varisi Sofiya Paleoloq ilə evlənməsini kulminasiya hesab 
etmək olar. Bu nikahdan sonra III İvan Moskva Rus dövlətini 
Bizansın varisi adlandırdı və Bizansın “ikibaşlı qartal” gerbini Rus 
dövlətinin gerbi olaraq qəbul etdi (bu gün də həmin simvol Rusiya 
Federasiyasının gerbində saxlanılır). III İvan Bizans ilə Moskva 
Rus dövlətini doğma, eyni dövlət sayırdı. Sofiya Paleoloq ilə nikah 
ona mənəvi qida vermişdi. Əslində slavyanlıq və pravoslavlığın 
sinxron yaxınlaşmasının rəmzi olan bu hadisə ilə Rusiyanın 
gələcəkdə geosiyasi maraqlarının  əsası qoyulmuşdur. Belə ki, 
Rusiya imperiyası gücləndikcə onun ən böyük geosiyasi məqsədi 
İstanbula yiyələnmək, Bizansın hakim olduğu bütün torpaqlarda bu 
hakimiyyət varisliyini davam etdirmək, bütün dünya 
pravoslavlarını himayə etmək olmuşdur. Bu məqsədlərə çatmaqda 
isə Bizansın keçmiş torpaqları və pravoslav əhalisi üzərində hakim 
olan Türkiyə onun ən böyük rəqibinə çevrildi. Bununla da geosiyasi 
müstəvidə Rusiya-Türkiyə qarşıdurmasının əsası qoyulmuşdur.  
Beləliklə, sivilizasiyaların formalaşması prosesində  əsas 
elementlərdən olan müstəqil siyasi hakmiyyət faktorunu Kiyev Rus 
dövlətinin timsalında qazanmaqla yeni mərhələyə qədəm qoyan bu 
sivilizasiyada hər iki daxili seqmentin - pravoslavlıq və slavyanlığın 
sinxronlaşması başa çatdı. Buna görə  də, öz mənəvi dəyərlərini 
daha qədim dövrdən götürməsinə baxmayaraq Pravoslav-Slavyan 
sivilizasiyası üçüncü nəsil sivilizasiyalara aid edilir. Bizans 
slavyanlığı, slavyanlar isə xristianlığın qəbulunadək pravoslavlığı 
təmsil etmədiyi üçün onları birbaşa sivilizasiya daşıyıcısı deyil, 
mənəvi dəyərlərin ötürüldüyü mərhələlərdən biri hesab etmək olar. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 84
Pravoslav-Slavyan sivilizasiyası niyə  Qərb mədəniyyəti 
olaraq qəbul olunmur? 
 
Türk sivilizasiyasının Pravoslav-Slavyan sivilizasiyasının 
daşıyıcıları ilə münasibətlərinə baxmazdan əvvəl bu 
sivilizasiyanın xristian dünyası daxilində  fərqləndirilməsinə, 
Qərb sivilizasiyası ilə disharmoniyasına toxunmağı da lazım 
bilirik. Müasir dövr Qərb sivilizoloqlarından Samuel Hantinqton 
Rusiya-Qərb münasibətlərində disharmoniyanı 
sivilizasiyalararası təzadla əlaqələndirirdi. Belə ki, onun fikrincə, 
əgər Rusiya Qərbə doğru yönələrsə Pravoslav sivilizasiyası 
ümumiyyətlə mövcudluğunu dayandıracaq. O, Qərb sivilizasiyası 
üçün xarakterik olan səkkiz xüsusiyyətdən yeddisinin - katolik 
din, latın mənşəli dillər, kilsənin dövlətdən ayrı olması, qanunun 
aliliyi prinsipi, sosial plüralizm, seçkili orqanların hakimiyyəti 
ənənəsi, indivudializmin - Rusiyanın tarixi təcrübəsində olmadığını 
iddia edirdi. Yeganə ortaq xüsusiyyət kimi antik irsi qeyd edir ki
burada da Qərb Romadan, Rusiya isə Bizansdan bəhrələndiyi üçün 
prinsipial fərqlər olduğunu göstərir. O, rus sivilizasiyasını - Kiyev 
Rus və Moskva dövlətlərinin, Bizans imperiyasının təsiri və 
uzunmüddətli monqol hakimiyyətinin məhsulu hesab edirdi.
67
 
Rus nəzəriyyəçilər arasında Avrasiyaçı 
məktəbin 
nümayəndələri olan alimlərin Rusiyanın Avropadan çox Asiya ilə 
bağlılığı barədə mülahizələri də xüsusi maraq doğurur. 
Avrasiyaçılıq hərəkatının yaranmasını XX əsrin əvvəllərində knyaz 
N.S.Trubetskoy (1890-1938), ilahiyyatçı Q.V.Florovski (1893-
1979), P.P.Suvçinski (1892-1985), Q.V.Vernadski (1887-1973), 
P.N.Savitski (1895-1968) və başqalarının adı ilə bağlayırlar. 
                                                 
67
 Сэмюэль Хантингтон. Столкновение цивилизаций. Москва: АСТ, 2003, стр 184 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 85
Avrasiyaçılıq hərəkatının əsas ideyası rus mədəniyyətinin, tarixinin 
özünəməxsusluğu və onun qorunmasının zəruriliyi idi. Bu 
hərəkatın tərəfdarlarını Rusiyanın ayrıca bir sivilizasiya daşıyıcısı 
olması ideyası birləşdirirdi. Onların fikrincə, dünyanın inkişafında 
həlledici məkan Avrasiya regionu hesab olunur. Bu məktəbin 
nümayəndələri “Avrasiya” terminini geosiyasi məkan kimi təsnif 
edir, rus cəmiyyətinin yaranmasında bu məkanın roluna və 
əhalisinin özünəməxsusluğuna diqqət ayırırdılar. Avrasiyaçılar 
Rusiyanı Qərb və Şərq arasında əlaqələndirici mərkəz rolu oynayan 
xüsusi etno-coğrafi və özünəməxsus mədəniyyətə malik ölkə hesab 
edirdilər. 
Rus tədqiqatçılar içərisində Avropanın Rusiyaya yad olması 
tezisinə ilk olaraq panslavizm ideoloqlarından olan Nikolay 
Yakovleviç Danilevski və rus fəlsəfi düşüncə tarixində monarxist 
mühafizəkar qanadı  və anti-panslavizm
68
 cərəyanını  təmsil edən 
nümayəndələrdən Konstantin Nikolayeviç Leontyevin əsərlərində 
rast gəlirik. Leontyev Rusiyanı  nəinki təkcə  Qərbə qarşı qoyur, 
hətta bir az da irəli gedərək slavyanlıqdan da fərqləndirirdi. Müəllif 
Rusiyanın inqilab tərəddüdlərindən qorunması üçün Şərq ölkələri 
ilə ittifaqının tərəfdarı idi. Onun fikrincə, slavyan xalqlarının etnik 
və linqvistik yaxınlığı onların mədəni birliyinə  dəlalət etmir. 
Slavyan dünyası, slavyan mədəniyyəti Rus mədəniyyəti demək 
deyildir. Rus mədəniyyəti özünəməxsusdur: burda Avrasiya və 
Asiya elementləri qaynayıb-qarışıb.
69
 Rus  mədəniyyətinin  Şərq 
                                                 
68
 “Anti-panslavizm”  cərəyanının tərəfdarları bütün slavyanların vahid mərkəzdə 
birləşməsini və vahid slavyan dövlətinin yaradılmasını Rusiya imperiyasının süqutunun 
başlanğıcı kimi dəyərləndirirdilər. Onların fikrincə, Rusiya imperiyasının yalnız 
slavyanlardan təşkil olunması onun ümumdünya ruhunu məhv edər, Avrasiya və dünya 
imperiyasına yolunu bağlayardı. 
69
 Константин Леонтьев. Византизм и Славянство. 
http://knleontiev.narod.ru/articles.htm 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə